Əslində Mən (Roman) - Bir az Baş Obrazdan....

 
Əslində Mən (Roman) - Bir az Baş Obrazdan....

Təhsil,tədris-bu sözlərə o qədər nifrət edirəm ki...Bəziləri üçün təhsil, "pul” a bərabərdir. Müəllimlərin əksəriyyəti şagird və tələbələri parta arxasında əyləşən "20 manat” , "50 manat” , "100 manat” , bir sğzlə "pul” kimi görür. Bu nəticə etibarilə də tələbə müəlimin Rüşvət aldğını görüb puluna, malına güvənərək oxumur və oxuduğu təhsil müəssisənin bitirdikdən sonra aldığı diplomun da bir mənası olmur. Bir parça kağızdan ibarət diplomun varsa sən savadlı, ali təhsillisən guya? Başın boş olduqdan sonra o diplomun mənası nədir ki daha? Mən məhz bu səbəblərə görə məktəbə getməyi sevmirdim. X sinifdə oxuyurdum. Hər səhər yuxudan qalxanda əsəbləşirdim. Saxta dostlar, acgöz müəllimlər bir sözlə iyrənc bir mühit. Amma məcbur idim hər səhər məktəbə getməyə. Bir təhər yola verməyə çalışırdım. Düzdür mən özüm ideal bir insan deyiləm və gələcəkdə necə biri olacağımı da bilmirdim, lakin bu gün özümə baxdığımda özümü çoxundan fərqli biri kimi görürdüm. Məktəb çox tanışım olsa da , dostum yox idi demək olar ki. Sinifdə 12 oğlan 13 qız idik. Düzdür , hərkəslə aram yaxşı idi, lakin demək olar ki, heç kimə qoşulmurdum. Bir – iki mənə yaxın olan uşaqlar var idi sadəcə. Məktəbdə bəzən sinifyoldaşlarımdan birinin sözü kimləsə çəp gələrdi və yığışıb davaya gedərdilər, mən isə getməzdim. Axı nəyimə lazım idi? Vur, kiminsə ağzı-burnunu dağıt, bir az söy onu, söyə-söyə dərinə get. Axı bu səviyyəsizliklərə gərək nədir? Söydün, vurdun aha? Daha sonra? Əlinə nə keçir ki? Tutaq ki, dava adi bir söz üstündə düşüb və sən sənə söz atanı döyüb, söydün, aha sonra? Ağızdan çıxan söz ağıza qayıdacaq sənin o hərəkətlərinlə ki? Bəlkə elə sən onun söyüşünə layiq birisən? Layiq deyilsənsə niyə belə edirsən? Necə deyərlər "soğan yeməmisənsə niyə göynüyürsən?” . Ehh , 16 illik ömrümdə bir dəfə də davam da düşməyib, bir dəfə də söyüş söyməmişəm. Əlimə heç nə keçmir axı? Günlər boş-boşuna ötüb keçirdi. Həyatım monotonluqlardan ibarət idi. Səhər yuxudan qalx məktəb, hazırlıq, gəl evə və yenə yat. İstirahət günlərində isə günortaya qədər yatırdım. Sırf zaman keçsin deyə. Artıq öz-özümə qapanırdım. Bəzən uşaqlar axşam zəng vururdular ki, Aydın gəl kafeyə filan gedək. Hər dəfə bir bəhanə uydurub getmirdim. Sevmirdim elə yerləri. Bəzi kafelərə siqaret dumanının əlindən girmək mümkün olmurdu. Mənim də siqaretdən zəhləm gedirdi. İnsan həqiqətən də axmaq bir varlıqdır. Öz ölümünü özü asanlaşdırır, ölümünü özü tezləşdirir. Nəyə lazımdır axı bu zibil? Birindən soruşursanki niyə çəkirsən axı bu siqareti? Deyir dərdliyəm həm də daha gecdi ata bilmərəm, öyrəşmişəm bu zibilə. Siqareti həm çəkir həm də söyür. Başa düşmürəm, siqaretin elə bil dili var ki, gəlib sənə deyir – " dərdin var, məni çək rahatla” , "mütləq məni çəkməlisən ki, dərdin azalsın” . Ehh, bu mühiti anlamıram vallah. Anlamadığım səbəbdən də özümə qapanır, depressiyaya düşürdüm. 16 yaşından çoxları bu hala düşür və buna "keçid dövrü” deyirlərmiş. Həyatım yaman rəngsizləşib, maraqsızlaşırdı, bezirdim. Ağlıma gic-gic şeylər gəlirdi. 19 noyabr- bu günü heç unutmuram. Ömrümün ən gözəl və ən pis günü idi o gün. Səhər yenə deyinə-deyinə yuxudan qalxmışdım...Müəllif:Əhəd Əhədli


Geri dön

Elya Alieva

  • 4 fevral 2015 22:54
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

J ♥ S

  • 1 fevral 2015 17:57
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Tewekkurler

--------------------
J & S ∞♥....

Aylowka)))

  • 28 yanvar 2015 00:53
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Maraqli geldi mene cox sagolun ardi olar yeqinki)

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

-Kralica-

  • 27 yanvar 2015 23:24
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cooox saqolun


cooox saqolun

--------------------




Pıtırcık

  • 27 yanvar 2015 21:27
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

psix)

  • 27 yanvar 2015 20:51
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
maraxlidir....ilk serh menden tongue tsk

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}