Ölkələr haqqında məlumatlar - Norveç (2)

 
Ölkələr haqqında məlumatlar - Norveç (2)

Avropada, soyuq Skandinaviya yarımadasında yerləşən Norveçin əhalisi 4,5 milyon nəfər, ərazisi isə 323 min kvadrat kilometrdir. Bu, yüksək tərəqqi etmiş, xalqı bolluq və rifah içərisində yaşayan bir ölkədir.
Norveç çox demokratik dövlətdir, burada hec kəs mühafizə ilə gəzmir, korrupsiya yoxdur, kral həyətində gecə opera tamaşaları qoyurlar, kral isə öz sarayının qarşısındakı parkda gəzmək istəyənlərə hər bir şərait yaradaraq, ancaq parkın bir hissəsini şəffaf hasarla öz tənha gəzintiləri ücün bağlamışdır.
Norveç dövləti çalışır ki, neftdən gələn böyük gəlirlərdən istisnasız olaraq ölkənin bütün vətəndaşları bəhrələnsinlər. Ümumiyyətlə, norveclilər ictimai həyatda bərabərlik prinsipini rəhbər tuturlar. Dövlət də bütün sosial-iqtisadi vasitələrlə bu yanaşmanın uğurla həyata keçirilməsinə çalışır.
XX əsrin əvvələrində Norveç əsasən balıqçılıqla məşğul olan, gəmigayırma sahəsində yüksək texnoloji nailiyyətlər əldə etmiş bir dövlət idi. 1969-cu ilin dekabrında “Ekofiks” neft yatağının tapılması vəziyyəti tam dəyişdi. Neft, digər təbii sərvətlər kimi milli sərvət elan olundu. Neftdən gələn gəlirlər sosial proqramlara və Ümumi Firavanlıq Fonduna sərf olundu. Norvec get-gedə dünyanın ən varlı dövlətlərindən birinə cevrilməyə başladı. Norveçdə indi adambaşına düşən ümumi daxili məhsul 50 min dollardan yüksəkdir. Son 30 ildə Norvecin neftdən əldə etdiyi xalis gəlir 454,5 milyard dollar təşkil edib.
Lakin Norveçdə iqtisadiyyatın diversifikasiyası- şaxələndirilməsi uğurla aparılıb. Belə ki, hazırda neft-qaz sahəsindən əldə olunan gəlirlər ölkədə ümumi daxili məhsulun - ÜDM-nin yalnız 20 faizi həcmindədir. Neftin və qazın satışından daxil olan gəlir ümumi ixracdan əldə olunan gəlirin 45 faizini təşkil edir. Hər bir norveçlinin şəxsi bank hesabına neftin gəlirlərindən müəyyən edilmiş məbləğ köcürülür.

Norveçdə əhaliyə tibbi xidmət tam pulsuzdur. Tibb müəssisələri əsasən dövlətin və bələdiyyələrin nəzdindədir. Dövlətin ayırdığı subsidiyalar cox yüksək səviyyəli tibbi xidmətə imkan verir. Norveçdə özəl xəstəxanalar yoxdur. Əgər dünən bir palatada kral V Harald mualicə olunurdusa, bu gün sadə bir ölkə vətəndaşı həmin palatada müalicə oluna bilər. Dövlət başçısına sadə vətəndaşların istifadə etdiyi xidmət kifayət edir.


Ölkədə təhsil də pulsuzdur. Təsadüfi deyil ki, Norvec bu gün dünyada ən cox təhsilə pul xərcləyən dövlətdir. Məktəblərdə ingilis dili və informatika fənləri yüksək səviyyədə tədris olunur. Norveçlilər doğma dilləri ilə yanaşı, ingilis dilini də əla bilirlər. Uşaqlarda, ilk növbədə, humanist dünyagörüşü formalaşdırılr – onlara zorakılıqlardan uzaq olmaları, tolerantlıq, təbiətə sevgi və zəhmətkeşlik təlqin edilir. Norveclilərin zəhmətkeşliyinə isə söz ola bilməz. Bir coxları işlədikləri peşədən əlavə, hobbi kimi balıq tutmağı çox sevirlər. Bu sahədə özəl fermer təsərrüfatlar yaradanlar da az deyil.
Kənd təsərrüfatı Norvecdə yüksək səviyyədə inkişaf edib və əsasən, ailə fermer təsərrüfatları hesabına daxili tələbatların ödənilməsinə istiqamətlənib. Aqrar sahənin əsasını heyvandarlıq təşkil edir. Bu da ölkənin ət və süd məhsullarına olan tələbatını tam ödəyir.
Norveçlilər meyvə və tərəvəz istehsalında da yüksək nəticələr əldə edirlər. Tədarük edilən məhsulun daxili istehlakdan artıq qalan hissəsini Qərbi Avropa ölkələrinə ixrac edirlər. Bunlar o halda baş verir ki, 200 min fermer cəmi 3 faiz torpagı becərərək yüksək məhsul əldə edə bilir.
İş vaxtı 7,5 saat təşkil edir. Vəkil 400 min kron, şüpürgəci isə 220 min kron (1 kron – 0,1286 AZN) maaş alır. Bütün inşaat işləri dövlətin ciddi nəzarəti altında həyata kecirilir. İpoteka kreditlərinin cox hissəsini dövlət bankları verir. Yaşayış fondunun 80,3 faizi Norveçdə yaşayan fiziki şəxslərə məxsusdur.

Norvecdə ən aşağı işsizlik faizı -1faiz və yuxarı işsizlik yardımı 800-1500 avrodur (dövlət işsizlərin kommunal və nəqliyyat xərclərinə də tam təminat verir). Bütün norveclilər, evdar qadınlar da daxil olmaqla, 65 yaşları tamam olan kimi əsas pensiyalarını alırlar. Əlavə pensiya gəlir və iş stajından asılıdır. İnsanların orta ömür səviyyəsi 79-81 ildir. Orta pensiya qazanclarının üçdə ikisinə bərabərdir. Dövlət hamıya, hətta evdar qadınlara da 4 həftəlik məzuniyyətlə təminat verir. Bundan başqa, 17 yaşına kimi hər bir ailəyə bir uşağa görə 1620 dollar müavinət verilir.


Siyasi idarəçilik üsuluna görə Norveç monarxiyadır. Lakin dünyanın ən demokratik monarxiyası sayılan bu ölkədə qanun şahdır, yəni qanunlar hər şeydən üstün tutulur. Qanunlar bu ölkənin vətəndaşları üçün din və adət- ənənələrinin fövqündə dayanır. Hamı bir nəfər kimi, dövlətin birinci adamı kraldan başlayaraq qanuna tabe olur. Bu, ölkəyə gələn əcnəbilərə də aiddir, hətta onların dinləri və adət- ənənələri ilə uyğun gəlməsə belə.
Bəzi neft istehsal edən dövlətlərdən fərqli olaraq norveclilər heç vaxt fikirləşmirlər ki, təbii sərvətlər ayrı-ayrı insanların və ya şirkətlərindir. Norveçdə təbii sərvətlər bütün cəmiyyətindir və vətəndaşlar inanırlar ki, təbii sərvətlərin düzgün istifadəsindən övladlarının və dövlətlərinin gələcəyi asılıdır.


Geri dön

Elya Alieva

  • 3 fevral 2015 02:23
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
mdmdmdmdmdmdmdmdm

--------------------
UREYIM...I MEN

psix)

  • 29 yanvar 2015 15:20
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------
......

Pıtırcık

  • 28 yanvar 2015 20:55
  • Məqalə: 543
  • Şərh: 9785
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
http://legend.az/user/imza/

Fearless

  • 28 yanvar 2015 20:55
  • Məqalə: 282
  • Şərh: 414
  • Bal:
{awards}
meqaleye gore twkler

--------------------
http:// user/İMZA/

VEHŞİ BEBİR

  • 28 yanvar 2015 20:51
  • Məqalə: 1
  • Şərh: 502
  • Bal:
{awards}
super twk-ler

--------------------
her cüre şekillerin qebulu ve müxtelif bezekli ramkalarda bezedilmesi.

sessiz deniz

  • 28 yanvar 2015 20:48
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}