"Eşitdik və itaət etdik" deyənlərə müjdə!

 
"Eşitdik və itaət etdik" deyənlərə müjdə!

İslam sözü boyun əymə, tabe olma deməkdir. Allahın təkliyini qəbul edib yalnız Allaha ibadət edən, həmçinin, Muhəmməd peyğəmbərin Allahın elçisi olduğunu və ona nazil edilən Quranın haqq olduğunu qəbul edən şəxs müsəlman sayılır. Kim Allaha və Onun elçisinə iman gətirər, Allahın öz elçisinə nazil etdiyi əmrləri qəbul edər və bacardığı qədər əməl edərsə, Uca Allah onun üçün dini asanlaşdırar. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: Uca Allah: “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istə­diyinə də əzab verər. Allah hər şeyə qa­dirdir” (əl-Bəqərə, 284) ayəsini Peyğəmbərə nazil etdik­dən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Pey­ğəmbərin yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahın elçisi! Biz bacardığımızı – sədəqə vermək, cihad etmək, oruc tutmaq və na­maz qılmaq kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır.
Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onlara dedi: “Sizdən əvvəlki Ki­tab əhli kimi: “Eşitdik və asi olduq”– demək istəyirsiniz? Xeyr, deyin: “Eşitdik və itaət etdik. Ey Rəbbimiz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!”
On­lar: “Eşitdik və itaət etdik. Ey Rəbbimiz! Səndən bağış­lanma dilə­yirik, dönüş də yal­nız Sənədir!”– deyəndən sonra Uca Allah bu ayəni nazil etdi:
“Peyğəmbər öz Rəb­bin­dən ona nazil edilənə iman gətirdi, mö­minlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitabla­rına və elçilərinə iman gətir­dilər. On­lar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik. Ey Rəbbimiz! Sən­dən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285).
Onlar Peyğəmbərin əmrini yerinə yetirdilər və Uca Allah bu ayəni nazil etdi:
“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir”. “Ey Rəbbimiz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlkilərə yüklədi­yin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımız­san! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286).
Möminlər bu ayəni oxuduqda, hər dəfə: “Ey Rəbbimiz!...”– deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi sizə ver­dim!”– deyə cavab verir.” (Səhih Muslim).


əyər oxumaq istərsəs zikr.az-dan girə bilərsin!


Geri dön

Elya Alieva

  • 4 fevral 2015 22:51
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Allax razi olsun

--------------------
UREYIM...I MEN

J ♥ S

  • 1 fevral 2015 17:55
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Tewekkurler

--------------------
J & S ∞♥....

-Kralica-

  • 27 yanvar 2015 23:22
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cooox saqoolun

--------------------




Aylowka)))

  • 27 yanvar 2015 23:09
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun ellerin derd gormesin can)

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 yanvar 2015 21:20
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

sessiz deniz

  • 27 yanvar 2015 21:16
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnn

Pıtırcık

  • 27 yanvar 2015 20:54
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http://legend.az/user/imza/

psix)

  • 27 yanvar 2015 20:50
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah yar ve yardimcin olsun..hemise hazirlayasiz .tsk

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}