Facebook film çəkməyə başlayır

 
Facebook film çəkməyə başlayır

Facebook-un filialı Oculus VR şirkəti Oculus virtual reallıq şlemləri üçün uyğunlaşdırılmış 6 film elan edib. Birinci filmin müəllifi bildirib ki, istifadəçi süjetə və filmin müddətinə təsir göstərə biləcək.

Facebookun filialı Oculus VR şirkəti Story Studio adlı kinostudiya işə salıb. Kinostudiya Oculus şlemlərində baxış üçün nəzərdə tutulmuş virtual reallıq formatlı filmlər buraxacaq.

Xatırladaq ki, 2014-cü ildə dünyanın ən böyük sosial şəbəkəsi Oculus VR virtual reallıq şlemləri istehsalçısını 2 milyard dollara satın alıb.

Oculus VR indiyədək şlemləri kompüter oyunlarına uyğunlaşdırmaqla məşğul olub. İndi isə komanda film istiqamətini öyrənməyə çalışır.

Story Studio artıq bu həftə Lost qısametrajlı animasiya filmini buraxmağa hazırlaşır. Layihənin rəhbəri Saşka Unzeld deyib ki, filmin süjeti istifadəçinin hərəkətlərindən asılı olaraq dəyişəcək. Unzeld Pixar şirkətində animator kimi çalışıb. O, 2013-cü ildə göy çətirin macəraları haqda The Blue Umbrella animasiyalı qısametrajlı filmini buraxıb.

Lost filminin orta davametmə müddəti təxminən 5 dəqiqə təşkil edəcək, amma müddət tamaşaçıdan asılı olacaq. Film 3 dəqiqə və ya 10 dəqiqədən sonra bitə bilər, hər şey istifadəçidən asılıdır – The Verge nəşri Unzeldin sözlərini sitat gətirib.

Hazırda Story Studio komandası təxminən 10 nəfərdən ibarətdir. Onlar ciddi problemlə üzləşiblər: virtual reallığı necə kinoya çevirmək olar? – Unzeld deyir. İlk öncə biz virtual reallıqda çəkiləcək filmin gedişini anlamalıyıq. Adi kino yazılmış ssenari üzrə ardıcıllıqla göstərilir. Virtual reallığa gəldikdə, ssenari tamaşaçının ixtiyarında olmalıdır – o izah edib. Unzeld, həmçinin deyib ki, onlar hələ ki yeni istiqamət üzrə kinostudiyalarla necə qarşılıqlı əlaqədə olmağı bilmirlər.

Story Studio kinostudiyası Oculus şlemləri üçün 6 film elan edib: Lost, Dear Angelica, Bullfighter və Henry, digər ikisinin adı bilinmir.

Oculus VR şirkətinin əməkdaşları şlemi tanınmış Hollivud kinostudiyalarına nümayiş etdirdikdən sonra Story Studio kinostudiyasını yaratmaq ideyası yaranıb.


Geri dön

Elya Alieva

  • 3 fevral 2015 02:01
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

J ♥ S

  • 1 fevral 2015 17:16
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

--------------------
J & S ∞♥....

Pıtırcık

  • 29 yanvar 2015 20:06
  • Məqalə: 505
  • Şərh: 9703
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

psix)

  • 29 yanvar 2015 18:28
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
ilk serh menden tongue

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 62
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}