Mətbəx sirləri: Pizzette

 
Mətbəx sirləri: Pizzette


Tərkibi:

xəmir:

500 q un
3 x.q. zeytun yağı
1 ç.q. duz
250 ml isti su
1 paket quru maya (7 q)
1 x.q. şəkər tozu

iç:

150 ml tomat sousu
1/4 ç.q. duz
1 x.q. zeytun yağı
3/4 x.q. oreqano qurusu
300 q motsarella pendiri
yaşıl zeytun (hər pizzaya yarım zeytun)
40 q vetçina (yaxud kolbasa)

Mayanı və şəkəri isti suya səpib isti yerə qoyun. 10-15 dəqiqə saxlayın. Un, duz, zeytun yağı, gəlmiş mayanı qarışdıraraq xəmir yoğurun. Xəmirin həcmi iki dəfə artana qədər (təxminən 2 saat) isti yerdə saxlayın.

Vetçina (kolbasa) və zeytunu doğrayın. Motsarellanı sürtgəcin xırda gözündən keçirin.

Sobanı 190 dərəcə qızdırın.

Xəmir gələndən sonra onu 15 bərabər hissəyə bölüb kündələyin. Hər birini əlinizlə basaraq 1,2 sm qalınlıqda yayın.

Bunları perqament döşənmiş siniyə düzün. Hər birinin üzərinə tomat sousu çəkin.

Sobada 15 dəqiqə bişirin (tam bişməlidir, bu vaxt az və ya çox da ola bilər).

Sobadan çıxarıb üzərinə motsarella pendiri, vetçina (kolbasa), zeytun qoyun, yenidən sobada təxminən 5 dəqiqə, pendir əriyib qızılı-qəhvəyi rəng alanadək bişirin.

Nuş olsun!


Geri dön

Elya Alieva

  • 2 fevral 2015 20:46
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
Usss Nus olsun

--------------------
.....

ღ ĸαвυѕυм ღ

  • 29 yanvar 2015 21:59
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
tesekkur resepte gore

--------------------

Darling

  • 29 yanvar 2015 21:13
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
OLSADA YESEK DADLI GORUNUR

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

psix)

  • 29 yanvar 2015 20:45
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
cox dadlidire tsk

--------------------
......

(HaYeL)

  • 29 yanvar 2015 20:41
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
VaaaU lezzetlidir.. Allah razi olsun ..) Meqaliye gore CoooX saqolun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 94

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}