Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, gündüz arabir 12-14 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Temperaturun gecə 2-7° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 2 fevral 2015 03:42
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
Tesekkurler

--------------------
.....

G♥S

  • 1 fevral 2015 12:36
  • Məqalə: 204
  • Şərh: 4078
  • Bal:
{awards}
Xebere gore tewekkur..

--------------------

Elya Alieva

  • 1 fevral 2015 02:33
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Tesekkurler

--------------------
.....

..::My Black::..

  • 31 yanvar 2015 19:55
  • Məqalə: 277
  • Şərh: 1912
  • Bal:
{awards}
Xeber ucun sagolun

Darling

  • 31 yanvar 2015 16:35
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

psix)

  • 31 yanvar 2015 15:35
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
ilk serh menden

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 102

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}