Ən gözəl nemətlər kimin üçündür?

 
Ən gözəl nemətlər kimin üçündür?

“De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?

De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb- bilən bir tayfaya belə ətraflı izah edirik.” (əl-Əraf, 7/32)
Uca Allah bütün təmiz, yaxşı və gözəl şeyləri öz bəndələri üçün yaratdığını və qullarının bunlardan istifadə etməsini öz iradəsi xaricində haram buyura biləcək başqa bir səlahiyyət sahibinin olmayacağını bildirir. Deməli, haram və halal buyurma səlahiyyəti yalnız Allaha məxsusdur.

Uca Rəbbimiz bu ayədə dünya həyatında öz bəndələrinə gözəlliklər, yaxşı, xoş və təmiz ruziləri nemət olaraq bəxş etdiyini xatırladır. Bu baxımdan, insanın vəzifəsi həqiqi mülk və nemət sahibini bilərək Ona iman etməkdir. Dünya həyatı bəşər övladı üçün bir imtahan olduğuna görə həyatin gözəl nemətlərindən bütün məxluqat istifadə edir. Bu səbəbdən, inanmayan bir şəxsin dünya həyatında mömindən daha böyük bir pay və nemət əldə etməsi mümkündür. Lakin yaxşı və gözəl şeylərin iman əsasında paylanacağı axirət olduğu üçün bütün bu gözəl və təmiz şeylər təkcə möminlərə veriləcəkdir. Digər tərəfdən, Allaha qarşı üsyankar mövqedən çıxış edənlər, yəni inanmayanlar bu dünyada Onun nemətləri ilə yaşamalarına baxmayaraq, axirətdə bu paydan heç bir şey almayacaqlar.

Uca Yaradan bəxş etdiyi saysız nemətlərin müqabilində bizdən şükr etməyimizi istəyir. Nemətlərə şükr etmək həm nemətlərin mütəmadiliyini təmin edir, həm də Uca Rəbbimizin məmnuniyyətini qazanmağımıza vəsilə olur (İbrahim surəsi (14) -7). Dünya həyatında bizə bəxş edilmiş çox sayda gözəl nemətlərin ən gözəli, şübhəsiz ki, Uca Allahı tanımaq və Ona inanmaq nemətidir. Başqa sözlə, möminlik şərəfini qazanmaq nemətlərin ən gözəli və ən üstünüdür. Çünki biz ancaq imanlı olduğumuzda dünya və axirət xoşbəxtliyini əldə edə bilərik. Uca Yaradanın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək bizə verilən nemətlərin qarşılığında edəcəyimiz ən gözəl şükrdür. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.s.) çox ibadət etməsinə təəccüb edən səhabəyə: “Şükr edən bir bəndə olmayımmı?” - deyə cavab vermişdir. Əslində Allah-Təala (c.c.) peyğəmbər olaraq seçməklə ona bir nemət vermişdir. O da bu nemətin müqabilində çox ibadət edərək şükrünü bildirmişdir.

Bu baxımdan, sahib olduğumuz nemətlərin qarşılığında şükr və ibadətlərimizi mütəmadi olaraq yerinə yetirməliyik. Allahın bizə bəxş etdiyi nemətlərin müqabilində haqq yoldan çıxmamalıyıq. Nemətlərə nankorluqla cavab vermək onların əldən çıxmasına və Uca Allahın qəzəbinə səbəb olar. Ən böyük nankorluq saysız-hesabsız gözəl nemətlərin içində olub, bu nemətlərin sahibini tanımamaq və Ona qulluq etməkdən imtina etməkdir. Bu səbəblə müqəddəs kitabımız Qurani-Kərimdə imansızlıqla nankorluq eyni kəlmələrlə ifadə edilmişdir (İbrahim, 14/28; ən-Nəhl, 16/55).

Bizi yaradan Uca Rəbbimiz, ehtiyaclarımızı məşru (şəriətə uyğun) bir çərçivədə qarşılaya biləcəyimiz halal və təmiz nemətləri də yaratmışdır. Bunlardan istifadə edərkən tarazlığı qorumaq, başqalarının da bu nemətlərdən faydalanma hüququna hörmət göstərmək və ən önəmlisi Uca Yaradanımıza şükr etmək insanlıq borcumuzdur. Bilməliyik ki, nankorluqla qarşılanan nemətlər bir daha geri dönməmək şərtilə əldən çıxar və nəticədə Allahın qəzəbinə məruz qalmağımız qaçılmaz olar.


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 3 fevral 2015 00:15
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
Allah razi olsun..!

--------------------

•●Miňi Miňňacık•●

  • 2 fevral 2015 19:28
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Allah razi olsun...!

--------------------

sessiz deniz

  • 2 fevral 2015 18:26
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb- bilən bir tayfaya belə ətraflı izah edirik.” (əl-Əraf, 7/32)
Uca Allah bütün təmiz, yaxşı və gözəl şeyləri öz bəndələri üçün yaratdığını və qullarının bunlardan istifadə etməsini öz iradəsi xaricində haram buyura biləcək başqa bir səlahiyyət sahibinin olmayacağını bildirir. Deməli, haram və halal buyurma səlahiyyəti yalnız Allaha məxsusdur.

psix)

  • 2 fevral 2015 17:01
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
allah razi olsun allah yar ve yardimciniz olsun tsk

--------------------
......

G♥S

  • 2 fevral 2015 15:20
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

NIGAR

  • 2 fevral 2015 13:44
  • Məqalə: 585
  • Şərh: 9785
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/

ღ ĸαвυѕυм ღ

  • 2 fevral 2015 13:07
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur xebere gore, Allah razi olsun.

--------------------

Elya Alieva

  • 2 fevral 2015 11:21
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

Bash Belası

  • 2 fevral 2015 09:16
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
Uca Allah bütün təmiz, yaxşı və gözəl şeyləri öz bəndələri üçün yaratdığını və qullarının bunlardan istifadə etməsini öz iradəsi xaricində haram buyura biləcək başqa bir səlahiyyət sahibinin olmayacağını bildirir. Deməli, haram və halal buyurma səlahiyyəti yalnız Allaha məxsusdur.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}