İmam Hüseynin (ə) Ömər Sədlə söhbəti İBRƏTLİ

 
legend.az


Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər ibn Sədə xəbər göndərdi ki, İmam (ə) onunla görüşüb söhbət etmək istəyir.
Ömər Səd bu təklifi qəbul etdi. İmam Hüseyn (ə) gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət etdi və göstəriş verdi ki, qardaşı Əbülfəzl və oğlu Əli Əkbərdən başqa heç kim çadıra girməsin. Ömər Səd də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir göstəriş verdi və yalnız oğlu Həfs ilə xüsusi nökəri onunla birgə çadıra daxil oldular. İmam Hüseyn (ə) bu məclisdə Ömər Sədə xitabən belə buyurdu: “Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?”Ömər Səd dedi: “Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.”
İmam Hüseyn (ə) buyurdu: “Mən öz hesabıma sənin üçün bir ev alaram.”
Ömər Səd dedi: “Qorxuram xurma bağımı müsadirə etsinlər.”
İmam Hüseyn (ə) buyurdu: “Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.”
Ömər Səd dedi: “Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr.”
İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan.” (“İmam Hüseynin (ə)Mədinədən Kərbəlayadək buyurduqları, Məhəmmədsadiq
Nəcmi, səh. 130-131.)

Həqiqətən də Aşura hadisəsindən sonra Ömər ibn Sədə söz verilmiş Rey valiliyi ona verilmədi və Kərbəla faciəsindən bir neçə il sonra başlamış Muxtarın qiyamı zamanı özü və Həfs adlı oğlu atasının cinayətlərində şərik olduğu üçün qətlə yetirildi. Tarixdə yazırlar ki, Muxtarın əsgərləri Ömər ibn Sədi yatağında tapıblar. O, qaçmağa cəhd göstərsə də, yorğanı ayağına ilişib yıxılıb. Ömərin başını yataqda kəsib Muxtar üçün gətiriblər.


Geri dön

G♥S

  • 4 fevral 2015 17:30
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
Allah razi olsun..!

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 4 fevral 2015 15:32
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Allah razi olsun...
İmam Hüseyn (ə) buyurdu: “Mən öz hesabıma sənin üçün bir ev alaram.”

--------------------

Elya Alieva

  • 4 fevral 2015 10:15
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 3 fevral 2015 21:07
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnnn

NIGAR

  • 3 fevral 2015 20:56
  • Məqalə: 643
  • Şərh: 10093
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 66
Cəmi: 87

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}