Qərar üçün tələsmə!

 
Qərar üçün tələsmə!


Kəndin birində bir yaşlı adam varmış. Çox kasıbmış amma Kral belə onu qısqanarmış ... Elə dillərə dastan bir ağ atı varmış ki, Kral bu at üçün qocaya hardasa xəzinəsinin hamısını təklif etmiş amma adam satmamışdır.. "Bu at, bir at deyil mənim üçün; bir dostdur, insan dostunu satar mı?" deyərmiş həmişə.

Bir səhər qalxmışlar ki, at yoxdur. Kəndli qocanın başına toplanmış:
"Səni qoca kaftar,ağlını itirmiş qoca, bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın, ömürünün sonuna qədər bəylər kimi yaşardın. İndi nə pulun var, nə də atın" demişlər ...

Qoca: "Qərar vermək üçün tələsməyin " demiş. "sadəcə at itib" deyin, "Çünki gerçək budur. Ondan sonrası sizin şərhiniz və verdiyiniz qərara bağlıdı.Atımın itməsi, bir talehsizlikdir, yoxsa bir şanssızlıq? Bunu hələ bilmirik. Axı bu hadisə hələ bir başlanğıcdır.Arxasının necə gələcəyini kimsə bilə bilməz . " Kəndlilər qocaya qəhqəhələrlə gülmüşlər.

Aradan 15 gün keçmədən at, bir gecə qəflətən dönmüş ... Sən demə oğurlanmamış, dağlara gedibmiş. Dönərkən də, vadidəki 12 vəhşi atı arxasına taxıb gətirmiş. Bunu görən kəndlilər toplanıb qocadan üzr istəmişlər, "Sən haqlı çıxdın. Atının itməsi bir talehsizlik deyil sanki bir dövlət quşu oldu sənin üçün, indi bir at sürün var .." demişlər.

"Qərar vermək üçün yenə tələsirsiniz" demiş qoca. "Yalnız atın geri döndüyünü söyləyin. Bilinən gerçək yalnız budur. Ondan sonrasının nə gətirəcəyini hələ bilmirik. Bu daha başlanğıdır. Birinci cümlənin birinci sözünü oxuyar oxumaz kitab haqqında necə fikir icra edə bilərsiniz ki?"
Kəndlilər bu dəfə qocaya lağ etməmişlər amma "Bu qoca doğurdan ağıldan kəmdi" deyə içlərindən keçirmişlər ...

Bir həftə keçmədən, vəhşi atları tərbiyə etməyə çalışan qocanın tək oğlu atdan düşmüş və ayağını qırmış. Evin dolanışığını təmin edən oğul indi uzun zaman yataqda qalacaqdı. Kəndlilər yenə gəlmişlər qocaya. "Bir dəfə daha haqlı çıxdın" demişlər. "Bu atlar üzündən tək oğlun, qıçını uzun müddət istifadə edə bilməyəcək. Halbuki sənə baxacaq başqası da yoxdu. İndi əvvəlkindən daha kasıb, daha yazıq olacaqsan" demişlər.

Qoca "Siz erkən qərar vermə xəstəliyinə tutulmusunuz" deyə cavab vermiş. "O qədər tələsik etməyin. Oğlum qıçını qırdı. Həqiqət budur. Sonrası sizin verdiyiniz qərardır. Amma görəsən nə qədər doğrudur? Həyat belə kiçik parçalar halında gəlir və ondan sonra nələr olacağı sizə əsla bildirilməz. "

Bir neçə həftə sonra, düşmənlər qat qat böyük bir ordu ilə hücuma keçmişlər. Kral son bir ümidlə əli silah tutan gəncləri orduya dəvət etmişdi. Kəndə gələn vəzifəlilər, qocanın qırıq qıçlı oğlu xaricində bütün gəncləri əsgərə götürmüşlər. Kəndi matəm bürümüş. Çünki döyüşün qazanılmasına imkan yoxmuş, gedən gənclərin ya öləcəyini ya da əsir düşəcəyini hər kəs bilirmiş. Kəndlilər, yenə qocaya gəlmişlər ... "Yenə haqlı olduğun sübut edildi" demişlər. "Oğlunun qıçı qırıq amma heç olmasa yanında. Halbuki bizimkilər, bəlkə əsla kəndə dönə bilməyəcəklər. Oğlunun qıçının qırılması, talehsizlik deyil, şansmış məgər ..."

"Siz erkən qərar verməyə davam edin" demiş, qoca. "Halbuki nə olacağını heç kəs bilə bilməz. Bilinən bir tək gerçək var. Mənim oğlum yanımda, sizinkilər əsgərdə ... Amma bunların hansının taleh, hansının şanssızlıq olduğunu yalnız Allah bilir."

Lao Tzu (Digər adı Laozi, qədim Çin filosofu,"Taoizm"in yaradıcısı), əhvalatını bu nəsihətlə tamamlamışdır:

"Tələsik qərar verməyin. Həyatın kiçik bir diliminə baxıb hamısı haqqında qərar verməkdən qaçın. Qərar ağlın durması halıdır. Qərar verdiyiniz an ağıl düşünməyi, başqa sözlə inkişafı durdurur. Buna baxmayaraq ağıl, insanı daim qərara məcbur edər. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər. Lakin beyində gəzinti əsla sona çatmaz. Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən, başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal oracıqda olduğunu görərsiniz. "


Geri dön

Fearless

  • 22 fevral 2015 17:02
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
maraqli hekayedi twkler

--------------------
http:// user/İMZA/

G♥S

  • 5 fevral 2015 16:18
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Maraqli xeber idi wirinimm cox sagol love

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 5 fevral 2015 15:51
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Tewekkurler her birinize!

--------------------

ღ ĸαвυѕυм ღ

  • 5 fevral 2015 12:32
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Aha maraqli idi smile Tesekkur eziyete gore.

--------------------

AyKe

  • 5 fevral 2015 12:09
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Kisideki sebre bax ha..coox sagolun xosum geldi

--------------------
Ölünce sevemezsem seni._____________*

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 fevral 2015 22:36
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
maraqli idi beyendim...

Pıtırcık

  • 4 fevral 2015 21:20
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
marağlıdır

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 4 fevral 2015 21:12
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler can maraqli idi....)

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}