Yaxşı insan hər kəs üçün nemətdir. “Necə olsa, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək, bu cür insanların xoş niyyətlərindən sui-istifadə edirlər

 
Yaxşı insan hər kəs üçün nemətdir. “Necə olsa, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək, bu cür insanların xoş niyyətlərindən sui-istifadə edirlər


Cahiliyyə cəmiyyətlərində yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış hakimdir. İnsanlar gözəl əxlaqlı şəxslərin əxlaqlarından dönmədiyini bildikləri üçün onların bu xüsusiyyətlərindən sui-istifadə etməyə çalışırlar. "Necə olsa, bu insandan mənə zərər gəlməz", "O, buna bir şey deməz", "Necə olsa, nazım keçər", "Mən nə etsəm də, pisliklə cavab verməz", "Səbirli və əfvedici davranar" və ya "Bir şey olsa, mən bu insanı çox asanlıqla idarə edərəm, rahatlıqla istədiyimi etdirə bilərəm" kimi bir baxışla bu cür insanların yaxşı niyyətlərindən istifadə edirlər.

Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində tətbiq edilən yanlış bir baxışdır. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə, təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər.

Ancaq təəccüblüdür ki, həmin insanlar öz yanlış baxışlarının davamı olaraq, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və qəzəbli şəxsə qarşı isə səssiz, təslimiyyətli və hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri yetdiyi qədər onların gözünə girməyə çalışırlar. Özlərinə nümunə götürdükləri insanlar da, yenə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.

Dünyanın hər yerində, hər yaşdan, hər zümrədən olan insanlar arasında rast gəlinən bu vəziyyətin ən qabarıq nümunələrindən birini iş yerlərində görmək mümkündür. Əgər bir iş yerində işləyən insanın müdiri xoş niyyətli, məzlum, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır. Çünki istədiyi bir şey edilmədiyində belə, bu insan mülayim davranacaq, çox reaksiya verməyəcək, vəziyyəti idarə edəcəkdir. Xoşluqla, təmkinlə qarşılıq verəcəkdir. İstədiyi bir iş başdansovma edildiyi zaman da mərhəmətli davranacaq, qarşı tərəfi incitməyəcək, mövzunun əhəmiyyətliliyinə baxacaq. Özünə hörmət edilmədiyi zaman belə səbirli davranacaq.

Bunları bilən və təcrübə edən bir insan bu əxlaqa sahib olan şəxsə qarşı gözəl əxlaq göstərməyə və ya bu mövzuda daha çox əmək sərf etməyə ehtiyac olmadığına qərar verir. Çünki əmək sərf etməsə də, heç bir itkiyə məruz qalmayacaq, qarşı tərəfin gözəl əxlaqı və yaxşılığı hər şeyi düzəltməyə və tarazlaşdırmağa kifayət edəcək. Bu insan da, o şəxsin gözəl əxlaqından istifadə edəcək.

Lakin bunun əksinə, iş sahibi təkəbbürlü, qəzəbli, dəyişkən xarakterli, tərs insandırsa, ona qarşı olan hörmət də yüksək səviyyədə olur. Belə bir insana qarşı bilərək və ya bilməyərək qüsur etməkdən diqqətlə çəkinilir. Həm işdə, həm də qeyri-iş yerlərində böyük heyranlıq və hörmət duyulur. Bu insan orada işləyən hər kəs üçün çox vacib insan olur. Belə bir insandan istifadə etmək yox, onu məmnun etmək, gözünə girmək üçün hər cür üsuldan istifadə edilir. Çünki bu xarakterdəki iş sahibinə qarşı bir xəta edilərsə, xəta edən insan böyük zərər görəcək. Ehtimal ki, dərhal işdən çıxarılacaq və bunun nəticəsində də maddi cəhətdən sıxıntıya düşəcək.

Məhz buna görə insan mənfəəti ilə toqquşan bir vəziyyətə düşməmək üçün özlüyündə haqq-hesab aparar və mənfəətləri üçün belə insana qarşı hörmətcil, gözəl əxlaqlı, itaətli, mehriban bir davranış göstərməyi qərara alar.

İş həyatında tez-tez rast gəlinən bu vəziyyət həyatın digər sahələrində də özünü göstərir. Dostluqlarda, ailə müasibətlərində, qonşuluqlarda, ortaqlıqlarda yenə eyni qaydalar səssiz şəkildə tətbiq edilir. İnsanlar şüuraltlarında güclü gördükləri insanlara hörmət duyma yönündə sanki kütləvi şəkildə qərar vermiş kimidirlər. Ancaq güc sahibi olduğuna inandıqları insanlar aciz vəziyyətə düşəndə, onları dərhal digər kateqoriyaya aid edər və bir anda o insanlara olan hörmətlərini və heyranlıqlarını da itirərlər. Əgər bu insanlar yenidən əvvəlki işlərinə qayıtsalar, nə qədər riyakarca olduğuna heç məhəl qoymadan yenə hörmətcil davranışlarına geri dönərlər.

İnsanlar arasında geniş yayılmış bu baxışın əvvəldən axıra kimi yanlış olduğu, əlbəttə ki, aydındır. İnsanlar sadə mənfəət hesabları yönündə iki cür əxlaq inkişaf etdiriblər. Bu iki əxlaqa aid olan qaydaları qarşılarına çıxan hər kəsə standart şəkildə tətbiq edirlər. Kimə yaxşı və boyunəyici davranacaqlarını, kimə təkəbbürlü və laqeyd olmalarını əzbər bilir və bunları həyata keçirirlər.

Bu yanlış anlayış belə insanlardakı Allah inancının və Allah qorxusunun əskikliyindən qaynaqlanır. Bu tərz insanlar əxlaqlarını sadəcə dünya mənfəətlərinə söykəyərək formalaşdırır və bunu da istədikləri anda və istədikləri tərzdə dəyişdirirlər.

Ancaq bu da bir həqiqətdir ki, bu insanlar özlərinə bu şəkildə davranılmasını əsla istəməzlər. Yanlarında hər zaman güvənli, sadiq, dürüst, doğru sözlü, yaxşı niyyətli, səmimi, mənfəət arxasınca düşməyən, gözəl əxlaqlı insanlar axtararlar. Özlərinin isə nə qədər riyakar, ikiüzlü, təhlükəli və güvənilməz bir insan görünüşündə olduqlarını düşünməzlər.

İman gətirən insanlarda isə bu cür əxlaq anlayışına əsla rast gəlmək olmaz. Mömin Allah üçün yaşayar. Allah üçün sevər, Allah üçün gözəl əxlaq göstərər. İnsanlara, mənfəətlərə, şərtlərə görə tətbiq etdikləri fərqli əxlaq anlayışları olmaz. Allah'ın Quranda bildirdiyi mükəmməl insan əxlaqı vardır, mömin də yalnız bu əxlaqa uyar. Qarşısındakı insan gözəl əxlaq göstərsə də, göstərməsə də, mömin gözəl əxlaqı Allah üçün yaşadığına görə əsla bundan vaz keçməz. Birinə yaxşı davranarkən, digərinə pis əxlaq göstərməz. Mənfəətləri ilə toqquşsa da, vicdanı əsla belə bir səmimiyyətsizlik etməsinə izin verməz.

Möminin əxlaqındakı bu üstünlüyün aydın olması çox vacibdir. Çünki dünyanın hər tərəfindəki insanların çəkdikləri sıxıntılar, əslində, öz yanlış əxlaqlarından qaynaqlanır. Tətbiq etdikləri yanlış qaydalarla daim özləri kimi yeni insanlar meydana gətirir və bunun nəticəsində də öz anlayışlarının hakim olduğu insanlardan ibarət bir dünyada yaşayırlar. Başqasına göstərdikləri pis əxlaqın əvəzini, onlar da eyni şəkildə özlərinə göstərilən pis əxlaqla alırlar.

Allah hər mövzuda olduğu kimi, bu mövzuda da insanlara çıxış yolu kimi Quran əxlaqını yaratmışdır. Qurana tabe olan bir insan Allah'ın ayələrdə bildirdiyi sirlərin əksini həyatının hər anında və hər sahəsində çox açıq şəkildə görər. Yaxşılıq üçün verilən heç bir əmək əsla lazımsız deyil. Bu, insana nemətlərin ən gözəlini – Allah'ın razılığını qazandırır.

Bununla yanaşı, yaxşı olan, gözəl əxlaq göstərən bir insan Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görəcək. Hamısından vacibi isə Allah'ın rəhməti onun üzərində olacaq, həyatının hər anında Rəbbimizin qoruması, şəfqəti altında yaşayacaq.

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah'ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunus surəsi, 26)

Müttəqilərə: "Allah nə nazil etmişdir?"– deyildikdə, onlar: "Xeyir (nazil etmişdir)!"– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

De: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allah'ın (yaratdığı) yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir". (Zumər surəsi, 10)

...Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

...yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)



Geri dön

Elya Alieva

  • 7 fevral 2015 03:03
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

ღ ĸαвυѕυм ღ

  • 5 fevral 2015 18:48
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

Tesekkur xebere qore, Allah razi olsun.

--------------------

•●Miňi Miňňacık•●

  • 5 fevral 2015 16:25
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Allah Razi Olsun...!

--------------------

G♥S

  • 5 fevral 2015 15:30
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
...Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 5 fevral 2015 15:03
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Her zaman yaxwi insanlardan istifade edilmesi fikri ile tamamile raziyam...

--------------------

Pıtırcık

  • 5 fevral 2015 14:19
  • Məqalə: 543
  • Şərh: 9785
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 5 fevral 2015 14:10
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
ALLAX RAZI OLSUN MARAQLI IDI

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}