"Həvəslənmək" ilə "həqiqətən istəmək" fərqli şeylərdir

 
"Həvəslənmək" ilə "həqiqətən istəmək" fərqli şeylərdir


Elə insanlar var ki, gördükləri hər gözəl şeyə həvəslənirlər. Bəyəndikləri bir şeylə qarşılaşdıqları zaman həyəcanla o mövzuda dərhal bir neçə addım atırlar. Sonra isə davam edə bilmirlər. Xoşlarına gələn başqa bir mövzu ortaya çıxır. Bu dəfə də, o istiqamətə yönəlirlər. Onda da bir-iki gün, bir neçə həftə və ya bir neçə ay bəzi yönlərdən cəhd edirlər, amma yenə qətiyyət göstərə bilmirlər.

Cəmiyyətdə bu cür tez həvəslənən, sonra həvəsini çox tez itirən insanlara çox rast gəlinir. Həyatın bir çox sahəsində ortaya çıxan bu tərz, insanların xarakterlərinin bir hissəsinə çevrilmişdir. Bir çox baxımdan zərərsiz kimi görünən bu xarakter insanların özlərini müsbət yöndən yetişdirib inkişaf etdirmələrinə mane olur.

Allah hər insanı vicdanı ilə birlikdə yaratmışdır. Hər bir insan ətrafında gözəl bir şey gördüyü zaman bunun fərqinə varır. Allah insana gözəl olan hər şeyə qarşı qibtə və istək hissini vermişdir. Gözəl olan bir şeyin fərqinə varıldığı zaman isə bu mövzuda lazımi cəhd göstərmək, qibtə edilən gözəlliyə çatana qədər iradə göstərmək çox vacibdir.

Məsələn, hər bir insanın ədalətli şəxsin əxlaqından xoşu gəlir. Bu insana qibtə edir və onun kimi olmaq istəyir. Lakin bu məqsədini həyata keçirəcəyi, lazım olan qətiyyəti və iradəni göstərəcəyi zaman eyni istək və qibtə içərisində olmaz. Bir hadisə əsnasında asanlıqla qəzəblənib, qəzəbinə məğlub ola bilər. Sərt, qırıcı bir üslubla qarşı tərəfi incidən sözlər deyə bilər. Nəfsinə ağır gələn bir mövzu olduğu zaman doğru qərar verməyə bilər. Hadisələri bitərəf mövqe ilə dəyərləndirməz, bunun nəticəsində də yalnız öz istəklərini düşünərək hərəkət edər.

Dolayısı ilə insanın hər hansı bir mövzuya həvəs göstərməsi gözəldir, lakin kifayət deyildir. İnsan lazımi nəticə əldə etmək üçün o mövzunu çox istəməlidir. Bu istək də mütləq Allah rizası üçün olmalıdır.

İnsan yalnız həvəslənməklə istədiyi nəticəyə çata bilməz. Bir insana hər cür çətinlik və maneəyə sinə gərən, heç dayanmadan, səbirlə davam edən güc və iradəni ancaq Allah'ın rizasını qazanma istəyi verə bilər. İnsan gözəl bir şeyə yalnız Allah'a olan sevgisi, axirətə olan inancı nisbətində cəhd və iradə göstərərək çata bilər.

Məsələn, bir mömin Allah'a iman gətirməzdən əvvəlki həyatında nə ədaləti, nə mərhəməti, nə sevgini, nə hörməti, nə fədakarlığı lazımi kimi göstərən əxlaqa sahib deyildi. İman gətirdikdən sonra isə Allah'a olan sevgisindən və Allah'ın razılığını qazanma istəyindən aldığı güclə bütün mövzularda özünü ən yaxşı şəkildə yetişdirən və həyatının sonuna qədər də bu mövzularda qətiyyət göstərən iradə əldə etmiş olar. Bu, həqiqi istəyin nəticəsidir.

Sadəcə həvəslənən insan belə bir nəticə əldə edə bilməz. İlk çətinlikdə, ilk sıxıntıda, ilk maneədə və ilk xətasında dərhal geri addım atar. Bu davranış cahiliyyə insanları arasında çox geniş yayılmış bir xarakterdir. Lakin bir möminin bu mövzuda özünü yetişdirməsi çox mühümdür. Çünki Quran əxlaqına dair hər mövzuda irəliləmək üçün içində gözəl şeylərə qarşı duyduğu həvəsi Allah rizası üçün qətiyyətlə, həyatının sonuna qədər yaşayan bir xarakter kimi əldə etməlidir.

Allah ilə çox yaxın dost olmaq, Allah'ın ən sevdiyi qullarından olmaq, Allah'a təslim olub qədəri ən yaxşı şəkildə anlamaq, təvəkkülü mükəmməl şəkildə yaşamaq, daha yetkin, daha dərin, daha imanlı bir insan olmaq, daha dərin sevmək, daha gözəl əxlaqlı olmaq kimi üstün mömin xüsusiyyətləri insanın ancaq Allah rizası üçün çox istəyib, çox əmək sərf etməsilə əldə edilə bilər. Allah qullarının yalnız bir həvəs içində, yoxsa həqiqətən səmimi bir tələb içində olduqlarını bilir. Allah qullarının bu tələbləri nisbətində onların cəhdlərinə qarşılıq verir.

Dolayısı ilə əgər bir insan hər hansı bir mövzuda nə üçün istədiyi nəticəni ala bilmədiyini düşünürsə, əvvəlcə bu mövzudakı niyyətinə və cəhdinə baxmalıdır. Niyyətini nəzərdən keçirməli və həqiqətən Allah rizası üçün çox istəyərək və bütün səbəblərə sarılaraq əlindən gələn hər cür cəhdi göstərib-göstərmədiyinə baxmalıdır.

Əlbəttə ki, Allah müxtəlif hikmətlərlə və imtahanın tələbi olaraq çox istəyən bir insanın cəhdinə də onu sınamaq üçün fərqli qarşılıq verə bilər. Bir mömin bu həqiqəti də bilər, amma bu vəziyyətdən əmin olmadığı üçün mütləq daha səmimi olmağa və daha çox cəhd etməyə niyyət edər.

Allah Quranda həqiqətən çox istəyərək Allah rizası üçün səmimi cəhd edənlərin göstərdikləri bu cəhdin qarşılığını mütləq alacaqlarını belə bildirmişdir:

İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir. (Nəcm surəsi, 39-41)

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 1)

(Onlara deyiləcəkdir): "Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir". (İnsan surəsi, 22)



Geri dön

G♥S

  • 8 fevral 2015 11:38
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
Coxx doqru sozlerdi coxx saqolun..

--------------------

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 14:10
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Xebere gore cox sagolun..)

--------------------

Elya Alieva

  • 5 fevral 2015 21:29
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
HAQSIZ SAYLMAZSIZ

--------------------
UREYIM...I MEN

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 fevral 2015 21:07
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
belii heqiqeten istemek basqa hissdir feel

NIGAR

  • 5 fevral 2015 21:03
  • Məqalə: 724
  • Şərh: 10486
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

AyKe

  • 5 fevral 2015 20:56
  • Məqalə: 1
  • Şərh: 994
  • Bal:
{awards}
Duzdur cox sagolun

--------------------
Ölünce sevemezsem seni._____________*
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}