"Düz ağıllı insan" deyil, "ağlından yaxşı istifadə edən insan" olmaq əhəmiyyətlidir

 
"Düz ağıllı insan" deyil, "ağlından yaxşı istifadə edən insan" olmaq əhəmiyyətlidir


Bəzi insanlar var ki, həqiqətən çox ağıllıdırlar. Çox tez qərar verir, məsələlərin qarışıq yerlərini tez başa düşür, bir hadisə barədə ən kiçik məlumatla hadisənin hamısını görə bilirlər. Ağıllı və zəkalı olduqlarını bildikləri üçün bu xüsusiyyətlərini istədikləri yerdə, istədikləri kimi istifadə edirlər.

Halbuki nə qədər ağıllı olsa belə, bir insanın “ağlından yaxşı istifadə etməsi” də, ən az “ağıllı olmaq” qədər çox əhəmiyyətlidir. Ancaq bəzi insanlar bu əhəmiyyətli əxlaq xüsusiyyətinin tam olaraq şüurunda deyillər.

Əgər insan ağlından düzgün istifadə etmək üçün diqqətli olmasa, ortaya “düz ağıl” dediyimiz ağıl çıxar. Düz ağılda insanlar ağıllarından olduğu kimi istifadə edirlər. Məsələn, əhəmiyyətli bir şeyi hiss edir, bunu tez dilə gətirirlər. Bir risklə qarşı-qarşıya olduqlarını görür, məsələni tez açıqlayırlar. Hamının hiss etmədiyi bir şeyi analiz edir və bunu da heç düşünmədən qarşılarındakı insana çatdırırlar. Bu cür düşünmədən hərəkət etmək və tələskənlik isə ağıllarına və diaqnozlarına olan etibarlarından qaynaqlanır.

Halbuki ağıl nə qədər gözəl xüsusiyyət olsa da, digər gözəl əxlaq xüsusiyyətləri ilə birlikdə olmalıdır. İnsanın sadəcə doğruları-səhvləri görməsi, problemlərin həllini tapması, düzgün analiz etməsi gözəl əxlaq üçün kifayət deyil. Burada digər insani xüsusiyyətlərin də önə çıxması, hər mövzunun şəfqətlə, mərhəmətlə, hörmətlə, sevgi ilə, gözəl şəkildə həll edilməsi çox əhəmiyyətlidir. İnsan bu xüsusiyyətlərə də əhəmiyyət verərək ağlından istifadə edəndə, həqiqi mənada ağıllı insan kimi xarakterizə edilə bilər.

Ağıllı insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri hər gördüyünü, hər bildiyini, hər diaqnozunu və hər doğrunu düşünmədən dilə gətirməməsidir. Ağıllı insan nə vaxt, harada, hansı şəkildə danışacağını bilməlidir. Deyəcəyi hər sözün (nə qədər düz və əhəmiyyətli olsa da) insanlar üzərindəki təsirini hesablaya bilməlidir.


Məsələn, ağıllı insan tez həyəcanlanan birinin yanında ani və riskli bir hadisəni sensasional şəkildə ifadə etməz. Ya da həyəcan nəticəsində təzyiqi yüksələn birinin yanında əhəmiyyətli bir xəbəri düz üslubla vermək doğru olmaz. Bu insanı ən az həyəcanlandıran, ən az təsir edən sözləri bir-bir seçərək ağıllı şəkildə danışmaq lazımdır. Eyni şəkildə danışarkən mənfi üslubdan istifadə etməyin insanlarda narahatçılıq yaradacağını düşünmək lazımdır. Danışarkən bir hadisənin müsbət tərəflərini vurğulayaraq danışmaq gözəl əxlaqın və ağılın tələbidir. Bəzən də demək olar ki, hamının gördüyü, lakin nəzakət və gözəl əxlaqın tələbi olduğu üçün dilə gətirmədiyi bəzi həqiqətlər olur. Belə ki, ağlından yaxşı istifadə etməyən bəzi insanlar bu həqiqətləri sanki ilk dəfə özləri kəşf edibmişlər kimi tez dilə gətirirlər. Bunu bilən digər insanların hansı hikmətlərlə bu həqiqətləri dilə gətirmədiklərini isə heç düşünmürlər.

Halbuki çox vaxt bəzi şeyləri həll etməyin yolu bunları necə gəldi açıqlamaq deyil. Bir mövzunu həll edərkən o mövzuya aid olan insanların hamısının psixologiyasını nəzərə alaraq, hər birinə ən müsbət təsir göstərəcək şəkildə hərəkət etmək lazımdır. Bəzən bir mövzudakı problemi dilə gətirməkdənsə, bu mövzudan heç bəhs etməyib birbaşa problemin həllindən danışmaq daha doğru olar. Ya da eyni çatışmazlıqlardan, səhvlərdən danışmaqdansa, bunları düzəldəcək davranışlara təşviq etmək daha xeyirli olar.

Bununla yanaşı, danışarkən istifadə edilən bir kəlmə belə qarşı tərəfə mənfi təsir edə bilər. Bəzən gözəl bir tərifin, ya da sevgi bildirən sözün arasında diqqətsizlik edilərək deyilən bir kəlmə söz qarşı tərəfin şübhə və narahatçılığına səbəb ola bilər. Buna görə də, insan əgər ağıllıdırsa, hər sözünü düşünüb danışmalıdır. Hər kəlmənin, hər vurğunun, hər səs tonunun insanlarda yaradacağı təsiri hesablayaraq hərəkət etməlidir.


Məsələn, bir həkim mütəxəssisi olduğu bir mövzuda qoyduğu diaqnozlardan arxayındır. Ancaq bu barədə xəstəyə məlumat verərkən, o insana qarşı humanist, nəzakətli olmalı, ən ağıllı tərzdə danışmalıdır. Tutaq ki, bu xəstə xərçəng xəstəliyindən müalicə oluna bilər. Ancaq xəstəliyin diaqnozunu qoyan həkim bir çox insani xüsusiyyətlərə sahib olmalı və vəziyyəti ən yumşaq üslubla xəbər verməlidir.

Belə ki, bir şeyi bilmək, ya da doğrunu hiss etmək, o insana bunu düz və rahat şəkildə ifadə etmək, ya da ağlına gələni danışmaq azadlığı vermir. Humanistlik, mərhəmət, etidal, sevgi, hörmət kimi xüsusiyyətlərlə birlikdə düşünərək danışmaq əsl ağıl əlamətidir. Həqiqi mənada ağıllı insan da ağlını bu xüsusiyyətlərlə birlikdə istifadə edən insandır.


Geri dön

G♥S

  • 5 fevral 2015 16:20
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
Maraqli idi cox saqolun..

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 5 fevral 2015 15:54
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Cox sag olun..!

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 fevral 2015 22:36
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkur edirem

Pıtırcık

  • 4 fevral 2015 21:22
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
super dosi xəbərə görə sağ ol winked

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 4 fevral 2015 21:03
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Maraqli idid Tesekkurler

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 4 fevral 2015 21:00
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Bəzi insanlar var ki, həqiqətən çox ağıllıdırlar. Çox tez qərar verir, məsələlərin qarışıq yerlərini tez başa düşür, bir hadisə barədə ən kiçik məlumatla hadisənin hamısını görə bilirlər. Ağıllı və zəkalı olduqlarını bildikləri üçün bu xüsusiyyətlərini istədikləri yerdə, istədikləri kimi istifadə edirlər.

Halbuki nə qədər ağıllı olsa belə, bir insanın “ağlından yaxşı istifadə etməsi” də, ən az “ağıllı olmaq” qədər çox əhəmiyyətlidir. Ancaq bəzi insanlar bu əhəmiyyətli əxlaq xüsusiyyətinin tam olaraq şüurunda deyillər.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}