Əslində Mən (Roman) -Görəsən günəş üzümə haradan çıxıb?

 
Əslində Mən (Roman) -Görəsən günəş üzümə haradan çıxıb?



Bəzən evə gəlməyimə peşman olurdum. Kefim nə qədər yaxşı olsa idi də evdəkilər bir səbəb tapıb kefimi korlamağı bacarırdılar. Doğrusu o qədər də dinləmirdim onları. Mənim həyatım mənim üçün məndən ibarət idi bir sözlə. Dərsdən gəlib otağıma keçirdim, yemək zamanı gəldiyində isə çağırmasalar heç otağımdan bayıra da çıxmırdım. Hə bu arada ailənin kiçik övladı idim. Məndən 6 yaş böyük bir qardaşım vardı. Qardaşımın işi-gücü boş-boş danışmaq idi. Onun həyatının mənası pul idi, ancaq pul maraqlandırırdı onu. Bəzən bu pulu kəşf edəni elə söyəsim gəlirdi ki, nəbilim vallah.. O biri otaqdan anamın səsini eşitdim,, deyəsən yemək zamanı idi, məni süfrəyə çağırırdı. Otaqdan çıxıb gedib əllərimi yudum və gəlib süfrədə əyləşdim.
- Oğlum bəsdir qapandın otağına, çıx bayıra gəz, toz arada. Pulu da düşünmə, atan arxandadıye. Gəzib-tozan vaxtındı bala. Artıq atamın danışığından nə demək istədiyini hiss edirdim.
- Uzatma, mətləbə keç ata.
- Sənə sözüm olduğunu haradan bildin?
- Sənin yalnız mənə sözün olanda belə mehriban danışırsan mənlə. Atam bir an qırmızı bir rəng aldı,əsəbləşdi, lakin səsini çıxara bilmədi və budur, anam da söhbətə qatıldı.
- Oğlum, biz düşünürük ki, sən artıqali məktəbə hazırlaşmalısan. Ali savadlı olmalı, çox pul qazanmalısan.
- Hə ana, pul hərşeydi axı?!
- Əlbəttə, hər şeydir.
- Aha, davam elə o zaman.
- Davam elə deyəndə ki, sabahdan hazırlıqlara başlayırsan , artıq biz müəllimlərlə də danışmışıq.
- Aha, daha nə sürpriziniz var mənə?
- Hələki bu qədər, razısan?
- Razıyam. Razılaşmaq məcburiyyətində qaldım. Çünki gələcəklə bağlı planlarım vardı. Sırf ona görə yox ki, çox pulum olacaqdı. Pul çox şey ola bilər, lakin hər şey heç vaxt ola bilməzdi. Pul ilə istədiyinizi ala bilərsiniz, istədiyimiz dedikdə, insan əməyi vasitəsilə əmələ gələn bir şeyi. Siz əlbəttə ki, saf, təmiz hisləri pul ilə ala bilməzsiniz. Saxta hislər yalnız pula satılır, alınır.
- Ayssağol deyərək, qardaşım başını soxdu söhbətə.
- Bax mənə, oxumuşam, adam olmuşam, öz pulumu qazanıram, əlimin altında gör nə qədər insan işləyire, yazıqların hamısı məndən asılıdır.
- Yazıq sənsən.
- Nə?
- Deyirəm ki, yazıq sənsən.
- Tərbiyəsizləşmə əə, qardaşınla, böyüyünlə danışırsan!
- Sənin üçün hər şey puldu hə? Nə vaxt özündən başqasını düşündün sən? Sən deyildin məgər, 2-nin üstünə 2 gələ bilməyən? Pulun hesabına bu gün müdirsən
hansısa şirkətdə. Pul olmasa sən heç nəsən, heç kimsən! Bu gün o başdanxarab sevgilin də puluna görə sənlədi, bu gün o axmaq dostların da puluna görə sənə yaltaqlanırlar. Bir sözlə pulun olmasa sən Heç nəsən! HEÇ NƏ!
Sözlərimi bitirib yeməyimi yedim. Heç kim mənə heç nə deyə bilmədi, çünki haqlıydım! Məhz bu səbəblər ucbatından yorulurdum. Yeməkdən sonra hərzamanki kimi otağıma keçdim, otağımı işıqlandıran çilçıraqları sonuncu dəfə nə vaxt istifadə etdiyimi xatırlamıram. Birçə gecə lampam var idi və o da mənə yetərdi. Gur işığı sevmirdim, beynimi yorurdu işıq, düşünə bilmirdim. Qulaqcıqlarımı qulağıma keçirib çarpayımda uzandım. Gözlərimi qapamışdım və sadəcə mahnılardan həzz alırdım. Qəfil kiminsə mənə toxunub, silkələdiyini hiss etdim. Bir anlıq səksənib gözlərimi açdım, sən demə anam imiş.
- Səni korlayan elə o dinlədiyin gic-gic mahnılardı. Qulaqların da kar olacaq bu gedişlə.
- Ana , de bəs nəyə qulaq asım?
- Nə olub ki, xalq mahnılarımıza, qulaq as da onlara.
- Hansıları deyirsən məsələn?
- O qədər var ki…
- Yox ana, o mahnılar mənlik deyil.
- Niyə imiş o? Biz o mahnılarla böyüməmişik guya?
- Mənasızdır hamısı. Kimin ağlına nə gəlib yazıb. Bir mahnıda deyir ki " dərəyə bax, dərəyə” daha sonra isə "neyçün baxdın dərəyə” deyə yenidən özü cavab verir. Bir qərara gələ bilmir. Digərində "bu dağdan aşmaq olmaz, narıncı başmaq olmaz " deyir. Axı dağ ilə başmağın nə əlaqəsi var?
- Sus, elə şeyləri sən başa düşməzsən.
- Susdum fərz et. Sən de görüm otağıma niyə gəldin ki? Nəsə sözün var idi?
- Hə, deyəcəkdim ki, sabah saat 3-də fizikadan hazırlığın var. Atan müəllimlə danışıb. Al bu kağızı da, müəllimin ünvanı burada yazılıb. Sabah məktəbdən çıxıb gedərsən.
- Yaxşı, gecən xeyrə.
Anam otaqdan çıxdı və mən yenə mahnılarla təkbətək qaldım. Sevirdim bu təkliyi. Digər bir tərəfdən də bəzi mahnılar düşündürməyə vadar edirdi məni. Elə indi də sabahkı hazırlığı düşünürdüm. Razı oldum, çünki artıq oxuyub özüm-öz ayaqlarım üzərində durmalıydım. Əgər məktəbi bitirib bir yerə daxil olmasaydım atam hər dəfə bunu qaxınc kimi başıma vuracaqdı ki, "əə köpəyoğlu heç bir işə yaramırsan, ancaq mənim pulumla yaşayırsan” .
Otağıma düşən günəş şüaları oyanmağıma səbəb olmuşdu. Çünki çarpayım pəncərə ilə üzbəüz idi və günəşin şüaları düz gözümə təmas edirdi. Saat 07:15 idi. Çarpayımdan qalxdım, əl-üzümü filan yuyub süfrə arxasına keçdim.
- Sabahınız xeyir.
- Sabahın xeyir oğlum. Anan dünən dedi sənə bu günkü hazırlığını?
- Hə ataŞ məktəbdən çıxıb gedəcəm.

Tez bazar yeməyimi yeyib evdən çıxdım. Yenə məcburən o sıxıcı divarlar gəldi ağlıma. Mənə məktəb deyəndə sanki söyürdülər məni. Niyə görəsən bəzi tədris ocaqlarının adını dəyişib "rüşvətxana” qoymurdular? .Rüşvət nəticəsində təhsilimiz ağ günə çıxa bilmirdi heç cür. Bu mövzuları , nacaq düşünürdüm, düşünməkdən başqa bir şey bacarmırdım. Məktəb çox sıxıcı olsa da, o qədər sıxıntını məhv edən Fidan var idi nəticədə. Bəlkə də sırf ona görə az da olsa məktəbə getməyə həvəsim var idi. Mən artıq məktəbə çatanda zəng vurulmuşdu. İlk dərs Yeni tarix idi. Otağın qapısını döyüb içəri daxil oldum. Müəllimə üzümə baxdı və "keç” dedi. Keçib öz yerimdə əyləşdim. Tarix müəlliməmizin hardasa 55-56 yaşı olardı. Böyük çərçivəli eynəkləri vardı. Eynəklərini taxanda bəzən qorxurdum ondan. Bəlkə də buna səbəb çox qorxu filmi seyr etməyim idi, bilmirəm. Amma yaxşı, insaflı bir müəllimə idi. Aram da normal idi onunla. Bəzən düşünürdüm ki, axı başqa xalqların tarixi mənim nəyimə gərək? Başqa xalqlar bizim tariximizi öyərnir ki? Ümumiyyətlə tarix nəyə gərək idi? Tutaq ki, yoldan keçən biri məni saxlayıb "bağışlayın, Çingiz xanın hakimiyyət illərini deyə bilərsiz " deyə soruşur ki? Yoldan keçən biri səni ya yol soruşmağa görə ya da saatı öyrənmək üçün saxlayar, əgər saxlasa. Həm də get-gedə savadsızlaşan bu cəmiyyətdən nə gözləyirik ki? Nə olsu bu gün yüzlərlə universitet var, o universitetlər nə olsun tələbələrlə aşıb-daşır. Hansı tələbə tutaq ki, 4 il universitet oxuyub hansısa imtahana filan bir qara qəpik də xərcləməyib? Yəqin ki, bu dediklərim realda heç görməyəcəyimiz bir şeydir.
O günü dərsdən çıxıb hazırlığa getdim, ünvanı güclə tapdım. Bina evi idi. Anamın verdiyi kağızda IX mərtəbə 58-ci qapı yazılmışdı. Qapını döydüm və içəridən səs gəldi.
- Kimdir?
- Aydın, hazırlığa görə gəlmişdim.
- Az sonra qapı açıldı və qarşıma orta boylu, arıq, ağ saçlı bir kişi çıxdı.
- Həə, xoş gəlmisən, gəl keç.
- Salam, xoş gördük. Ayaqqabılarımı açıb küncə qoydum və əli ilə otağı mənə göstərərək:
- Keç içəri, içəridə bir qızdı, o da sənin kimi hazırlığa gəlib. Başqa heç kim yoxdur, rahat ol. Sən get mən də gəlirəm indi. Razılıq əlaməti olaraq gülümsəyib otağa keçdim. Otaqda sarısaç bir qız əyləşmişdi stulun arxasında.
- Salam
- Əleykümə salam
Bu səs , bu səs ki, Fidanın səsidir?! Daha sonra o arxaya çevrildi və gülümsəyərək:
- Aaa Aydın? Sən hara bura hara?
- Mən hazırlığa gəlmişəm.
- Aaa nə gözəl?! . Mən də hazırlığa gələndə o qədər fikir edirdim ki, "Ay Allah nolar tanış biri çıxsın, tək olmayım hazırlıqda” deyə.
- Qəlbin təmizmiş Fidan J
- Hə uşaqlar, deyəsən artıq tanış olmusuz- deyərək müəllim əlində bir qələm və bir dəftərlə içəri daxil oldu və keçib masa arxasında əyləşdi.
- Həə ilk öncə gəlin tanış olaq. Mənim adım Əlidir, 30 ildən çoxdur ki, fizika fənnindən dərs deyirəm. İn şa Allah sizə də bu elmi çox rahat və gözəl bir şəkildə başa salacam. İndi siz özünüzü təqdim edin.
- Mənim adım Fidandır.
- Mənimki də Aydın.
- İkinizin də gözəl adı var. Bu arada siz soruşmamış mən deyim. Hazırlıqda cəmi 2 nəfər olacaqsız elə. Yaşlanmışam artıq deyə uşaq hazırlaşdırmıram əslində. Sadəcə sizin valideynlərinizi yaxşı tanıyıram, xaiş etdilər və mən də xaişlərini geri çevirə bilməzdim.

(Ömrümdə ilk dəfə idi ki, bəlkə də atama içdən təşəkkür etmək istədim)
Bu sözləri eşitdikdən sonra öz-özümə düşünürdüm. Bu gün bu qədər xoşbəxtlik? İlk dəfə idi ki, bu qədər xoşbəxt hiss edirdim özümü. Görəsən Günəş üzümə haradan çıxıb bu gün?


Geri dön

psix)

  • 4 mart 2015 16:41
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
hekayeye gore twkler sagolun

--------------------
......

Fearless

  • 22 fevral 2015 16:57
  • Məqalə: 282
  • Şərh: 412
  • Bal:
{awards}
maraqli idi twkler

--------------------
http:// user/İMZA/

G♥S

  • 7 fevral 2015 14:58
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Semimi deyim oxumadim uzurlu sayin vaxtim olanda oxuyacam..)

--------------------

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 13:12
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Maraqli idi cox sagolun...)

--------------------

Pıtırcık

  • 7 fevral 2015 12:49
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
hekayəyə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 7 fevral 2015 12:37
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serx menden sbs

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 26

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}