Bəzən elə insanlar olur ki, həyatımızda

 
Bəzən elə insanlar olur ki, həyatımızda


..bəzən olur ki, sevdiyin insanlar sənin onları nə qədər çox sevdiyinin fərqində olur..və bilirlər ki,nə qədər səhv etsələr də onlara qıya bilməyəcəksən..bilirsən ki,onlar bəzi hərəkətlərini rahatca edir,çünki sənin onları bir gülüşlərinə bağışlayacağından əmindirlər..bilirlər ki,səni nə qədər incitsələr də onlar sənin ən həssas nöqtəndir..və ən pisi odur ki,sən bütün bunların fərqində olursan..səndən istifadə etdiklərini bildiyin halda üstlərindən xətt çəkəcək gücü özündə tapa bilmirsən..və bu səni öldürür..

qıraqdaki dostların tövsiyyələr verməyə başlayır sonra..gözünü açmağa çalışırlar..daha çox incinməyini istəmirlər..və səni bu əziyyətdən xilas olmağın üçün cəsarətləndirirlər..bəzən əsəbləşib qovursan onları..”onsuz da bunların hamısını siz deməsəniz də bilirəm!” demək istəyirsən,amma deyə bilmirsən..acizliyini görmələrindən qorxursan çünki..bu zaman səni incidənləri müdafiə etməyə başlayırsan..”yox,siz onu tanımırsınız,o elə insan deyil..mənə heç vaxt zərər vermər..və.s,və.s”..həyatın qarşımıza çıxardığı hər insan bizim üçün imtahan olur..deyirlər,kimə necə baxırsansa o insan elə ondan ibarətdir..deyəsən,doğurdan,belədir..

verdiyimiz dəyərə layiq olmayan insanları həyatımızdan çıxara bilmirik bəzən..amma istəyirəm ki,bir gün həmin insanların qarşısına elə özləri kimi insanlar çıxsın və onları bizim həyatımızdan aparsın..qoy, bu dəfə də incidən onlar olsun,amma sonda öz “getməkləri” ilə heç olmasa bizə bir yaxşılıq etsinlər..bunu bizə borcludurlar
.bəzən elə insanlar olur ki,həyatımızda..necə deyim?..başa salmaq çətindir..
ürəyini qırdıqdan sonra gələn üzrlər kimi..ya da imtina etdikdən sonra gerçəkləşən arzular kimi..lazım olan vaxtdan sonra gələn zənglər kimi..günəşli bir gündə yağan yağış kimi..tam unutduğun zaman telefonuna gələn “salam” mesajı kimi..qar yağır deyə sevindiyin o anlarda çıxan günəş kimi..səliqəli saçlarını dağıdan külək kimi..yorğunluqdan öldüyün zaman evə gələn qonaq kimi..yolda nələrəsə çox əsəbləşib ağladığın zaman qarşına çıxan tanışlar kimi..kimisə həyəcanla gözlədiyin zaman keçmək bilməyən dəqiqələr kimi..özünü səni incidən yaxınının qarşısında güclü göstərməyə çalışanda titrəyən o səsin kimi..
nə bilim..
..niyə fikirlərini dəyişmək istəyirik ki bir insanın? niyə olduğu kimi qəbul etmək bu qədər çətindir?…niyə məni qəbul etmək çətindirsə həyatıma daxil olmaq bu qədər maraqlıdı? niyə fikirlərim maraqlı deyilsə sual verilir? mən sizin fikirlərinizə qarışdığımı xatırlamıram..bu halda,nədir beynimdəkilərə bu qədər maraq?! mən mənəm,bu fikirlər mənimdi,bu mənəm..bəlkə Ay ağ rəngdə deyil,bəlkə səma mavi rəng deyil..ulduzlar da yoxdu bəlkə..amma mən belə görürəm səmanı,ulduzları,ayı..mən belə xoşbəxtəm çünki,belə görmək istəyirəm..ağıllı olmaya bilərəm,gözəl olmaya bilərəm,düşüncəsiz, vecsiz biri ola bilərəm..bundan sənə nə? var oluşum möcüzədir mənim,yaradılışım mükəmməldir..fikirlərim özümə məxsusdu,sadəcə mənə..gözəl olub olmadığımın da bir fərqi yoxdu.ümumiyyətlə fikrini soruşmadım..

mən düşünürəm,əlimdən alınmayan tək şey budu çünki..və,sən!

heç vaxt nə düşündüyümü , gerçəkdə nə hiss etdiyimi bilməyəcəksən..bu mənim ən böyük

qalibiyyətimdir..



Geri dön

Fearless

  • 22 fevral 2015 16:58
  • Məqalə: 282
  • Şərh: 413
  • Bal:
maraqli hekayedi twkler

--------------------
http:// user/İMZA/

G♥S

  • 8 fevral 2015 11:14
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Coxx saqolun maraqli idi..

--------------------

Elya Alieva

  • 7 fevral 2015 02:38
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

•●Miňi Miňňacık•●

  • 6 fevral 2015 18:41
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
MARAĞLIDIR...

--------------------

Elya Alieva

  • 6 fevral 2015 12:50
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
MaraqliYdi tsk

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 6 fevral 2015 12:08
  • Məqalə: 409
  • Şərh: 9551
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 409
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}