Xocalı soyqırımından 19 il ötür

 
Xocalı soyqırımından 19 il ötür


Bu gün Xocalı soyqırımının 19-cu ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüçlər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetirmişlər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliçlər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılıb. Habelə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissəsinin ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnməsidir. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazilərində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 19 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. İstintaqla müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atıb, misli görünməmiş qətliamlar törədiblər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. 1991-ci ilin oktyabrından blokadada olan Xocalı ilə yeganə nəqliyyat vasitəsi vertolyot aeredorumu vasitəsi ilə həyata keçirilirdi. Şəhər isə milis və milli ordunun döyüşçüləri tərəfindən müdafiə olunurdu. 366-cı motoatıcılı alayın komandiri general Polyakovun bildirdiyinə görə, Xocalıdakı hərbi əməliyyatda 106 erməni hərbiçisi iştirak edib.

Ermənilərin Azərbaycan xalqına qarşı cinayət əməlləri ilə əlaqədar sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb.

İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrı keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 20:03
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
ALLAH REHMET ELESIN

mirkamal97

  • 9 avqust 2011 23:59
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
INSALLAH SEHIDLERIMIZIN QANI YERDE QALMAZ!

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

_RONALDO_

  • 8 may 2011 17:23
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
INSALLAH SEHIDLERIMIZIN QANI YERDE QALMAZ!

--------------------

_RONALDO_

  • 28 fevral 2011 18:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Sitat: MAGNOLIYA
ALLAH BIZIM XALQIMIZA SEBR VERSIN.......OLENLERE DE REHMET ELESIN!INSALLAH SEHIDLERIMIZIN QANI YERDE QALMAZ!


--------------------

nevroz

  • 27 fevral 2011 15:41
  • Məqalə: 173
  • Şərh: 376
  • Bal:
{awards}
sehvi ozumuzde gorey

--------------------

Milawka

  • 27 fevral 2011 07:00
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
Allah butun olenlere rehmet elesin.Bize de sebr vermesin.!!!!!!!!!!!!!!!!!

Dj_Tural,
bele narahat olursansa onda get Qarabagda doyus Mubariz kimi eleye bilrsen yoxxxxxxxx

bisen niye cunki bizim bezi oglanlarimizi esgerliyden qorxurlar

ILuVia

  • 26 fevral 2011 23:40
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
Allah butun olenlere rehmet elesin.Bize de sebr vermesin.

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

sevgim

  • 26 fevral 2011 22:48
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
buda xalqimizin bir sagalmayan yarasidi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Grace_Angel

  • 26 fevral 2011 21:43
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
ALLAH butun SEHIDLERIMIZE REHMET ETSIN!!! INSALLAH Qanlari yerde qalmaz...Tewekkurler xeber ucun...

--------------------

lider

  • 26 fevral 2011 21:41
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH REHMET ELESiN.

Vasif777

  • 26 fevral 2011 21:35
  • Məqalə: 58
  • Şərh: 297
  • Bal:
{awards}
ALLAH BIZIM XALQIMIZA SEBR VERMESIN 19 ILDI ONSUZADA SEBR EDIRIK ....SEBR EDE EDE DE TORPAGLARIMIZI VERIRIY DeLamour,

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

solnishka

  • 26 fevral 2011 18:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah rehmet elesin.....bunu bize yasadanlara ise lenet elesin....

xaqan90

  • 26 fevral 2011 14:16
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Allah ermənilərə nəhlət etsin və onlara dəstək olan vəyşilərə

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 13:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Allah rəhmət elesin qaNları yerde qalmasın Amin

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lindo

  • 26 fevral 2011 10:41
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah rəhmət eləsin .

huseyn12

  • 26 fevral 2011 09:14
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
ALLAH bütün şəhidlərimizə rəhmət etsin.
Xəbərə görə çox təşəkkür edirəm.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

L_SimuS

  • 26 fevral 2011 03:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah rehmet elesin

Sami

  • 26 fevral 2011 02:48
  • Məqalə: 13
  • Şərh: 22
  • Bal:
{awards}
Cenab-i Hakk butun sehidlerimize Rehmet Elesin! Onlar sagdilar, hec biri olmeyib. Xebere ucun tesekkurumu bildirirem!

P.S: Dostlar, men burda yeniyem, menide oz cevrenize alsaniz sevinrem. Hormetle: Sami!

Nur_Ay

  • 26 fevral 2011 01:59
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
ALLAH SHEHIDLERIMIZE REHMET ELESIN...

--------------------

YazYamuru

  • 26 fevral 2011 01:54
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: Dj_Tural
ehhhh 19 ildi daniwiriq wehidlerimizin qani yerde qalmayacaq hele bir 19 ilde daniwacagiq daniwmaqnan iw duzelmir eeeee....xebere gore twk...


--------------------



Lexikon

  • 26 fevral 2011 01:44
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
her bir seyin oz zamani var dusmene qan udurmagin da oz zamani. twk

Dj_Tural

  • 26 fevral 2011 01:39
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
ehhhh 19 ildi daniwiriq wehidlerimizin qani yerde qalmayacaq hele bir 19 ilde daniwacagiq daniwmaqnan iw duzelmir eeeee....xebere gore twk...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}