Nikah müqaviləsi: Adət-ənənə, dini və psixoloji aspektlər

 
Nikah müqaviləsi: Adət-ənənə, dini və psixoloji aspektlər


Azərbaycanda evlənərkən dini kəbinin olması və nikahın rəsmiləşdirilməsi məsələlərinə kifayət qədər böyük diqqət yetirilsə də, Qərb ölkələrindəkindən fərqli olaraq burada nikah müqavilələrinin bağlanmasına maraq çox azdır.

Ahlibeyt.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib ki, 2013-cü illə müqayisədə ötən il Azərbaycanda bağlanan nikah müqavilələrinin sayı 20 faiz artıb. Lakin bu artım əslində çox cüzidir: “Belə ki, 2013-cü ildə ölkə üzə bağlanan nikah müqavilələrinin sayı 71 idisə, 2014-cü ildə bu rəqəm 83 olub. Çoxları bunu özləri üçün yad tendensiya hesab etdiyindən hələlik Azərbaycanda nikah müqavilələrinin bağlanmasına maraq o qədər də böyük deyil. Müqaviləni bağlayanların da əksəriyyəti gənc ailələr yox, ikinci dəfə ailə həyatı quranlar və ya iş adamları olur”.

Adət-ənənə, dini və psixoloji aspektlər

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirib ki, hüquqi dövlətdə yaşamağımıza baxmayaraq, Azərbaycan cəmiyyətində paralel olaraq həm adət-ənənənin diqtəsi, həm də dini yanaşma tərzi üstünlük təşkil edir: “Cəmiyyəti idarə edən 3 istiqamət var. Bunlar din, hüquq və adət-ənənələrdir. Məsələ bundadır ki, Azərbaycanda illər uzunu dini istiqamət və adət-ənənələr həmişə üstünlük təşkil edib. Məsələn, diqqət yetirsəniz, bu gün də bəzən ailə quranlar kəbinlə evlənirlər, heç rəsmi nikah qeydiyyatına da girmirlər. Onların arasında hətta tanınmış insanlar da var. Çünki həmin insanlar üçün halal-haram məsələləri daha önəmlidir, hüquqi məsələ isə çox vaxt arxa planda qalır. Bu bir psixoloji baryerdir”.

Nikah müqavilələrinə gəlincə, psixoloq hesab edir ki, onun olması ailə quranlar üçün çox vacibdir: “Ailədə əsas məsələ maddi rıçaqlarla bağlı deyil. Ən önəmlisi münasibətlərin şəffaf olması, tərəflərin bir-birinə qarşı anlayış göstərməsidir. Bununla yanaşı, fikrimcə, nikah müqavilələrinin bağlanmasına böyük ehtiyac var, sadəcə cəmiyyəti bu istiqamətdə maarifləndirmək lazımdır. Çünki bundan bəzən sui-istifadə edənlər də var. Kifayət qədər insanlar var ki, onlar üçün ailə qurmaq yalnız maddi rifaha, maddi qazanca hesablanıb. Ona görə də bir qədər ailəli olduqdan sonra boşandıqda mülk üstündə uzun müddət mübahisələr gedir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məhkəmələrdə baxılan işlərin çoxu məhz ailə-məişət zəminində mübahisələr, boşanmalar və mülki məsələlərlə bağlıdır. Lakin nikah müqaviləsi olduqda tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də bilib daha məsuliyyətli olarlar.

Azərbaycan cəmiyyətində pis bir tendensiya yaranıb. Biz daim öz hüquqlarımızdan danışır, lakin vəzifələrimizi unuduruq. Məsələn, hamı kişinin və qadının hüquqlarından danışır, amma onların vəzifələrindən heç kim danışmır və ya az danışılır. Bu, doğru deyil. Bu gün ailədaxili münasibətləri, konfliktləri təhlil etdikdə görürük ki, onların kökündə heç də ciddi səbəblər dayanmır. Bunlar əsasən xırda şeylərdir. Lakin bu xırda şeylər zamanında həllini tapmadıqda ailələrin dağılmasına və s. problemlərə gətirib çıxarır”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.


Geri dön

G♥S

  • 7 fevral 2015 15:21
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
Xebere gore coxx saqolun..

--------------------

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 13:42
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Xebere gore tewekkurler..)

--------------------

Elya Alieva

  • 7 fevral 2015 01:59
  • Məqalə: 115
  • Şərh: 7035
  • Bal:
{awards}
Tesekkurler

--------------------
EVLİ MUTLU .......

..::My Black::..

  • 6 fevral 2015 21:37
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Çox sağolun)))

ღ ĸαвυѕυм ღ

  • 6 fevral 2015 18:47
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur maraqli xebere gore.)

--------------------

Darling

  • 6 fevral 2015 18:42
  • Məqalə: 919
  • Şərh: 11507
  • Bal:
{awards}
xəbərə görə sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

filankesov filankes

  • 6 fevral 2015 18:21
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
xeber ucun tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}