Bakcell abunəçilərini mükafatlandırıb

 
  • 7.02.2015, 13:30
  • Bölmə: Mobil
  • Müəllif: V_L
Bakcell abunəçilərini mükafatlandırıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “ASAN İmza” mobil elektron xidmətinə qoşulan şanslı abunəçilərinə ALOV smartfonu hədiyyə edib.

“Bakcell”in dekabr ayının əvvəlində öz rəsmi “Facebook” səhifəsində elan etdiyi kampaniyanın şərtlərinə görə, ötən ilin son ayı ərzində ASAN İmza xidmətinə qoşulan hər yüzüncü abunəçi qalib hesab olunurdu. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “B.EST Solutions” şirkəti ilə birlikdə həyata keçirilən “ASAN İmza” mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır. Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “ASAN İmza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər. “ASAN İmza” kartlarını Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən, həmçinin 1 saylı “ASAN Xidmət” mərkəzindən əldə etmək olar. “ASAN İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir.


Geri dön

Elya Alieva

  • 7 fevral 2015 22:10
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 16:54
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Xebere gore cox sagolun...)

--------------------

Pıtırcık

  • 7 fevral 2015 15:03
  • Məqalə: 475
  • Şərh: 9652
  • Bal:
{awards}
MARAĞLI XƏBƏRDİR

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

G♥S

  • 7 fevral 2015 14:26
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Ilk werh menden ^_^

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}