Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar

 
Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar


Şəkər xəstəliyi son zamanlarda geniş yayıldığı üçün onun müalicəsi, şəkər xəstələrinin qidalanması, idman edə bilməsi və şəkər xəstəliyi haqqında digər məlumatlar çoxlarını maraqlandırır. Tabloid.az şəkər xəstələyi haqqında doğru bilinən yanlışları araşdırıb.

Səhv: Şəkər xəstələri ümumiyyətlə, heç bir şey etməməlidir.

Doğrudur: Əksinə, şəkər xəstələri yemək saatına dəqiqliklə əməl etməlidir. Bu, qan şəkərini normaya salmaq üçün vacibdir. Yatmazdan bir neçə saat əvvəl az şəkərli meyvə, məsələn, alma, armud, alça yemək uyğundur.

Səhv: İnsulin müalicəsi asılılıq yaradır.

Doğrudur: İnsulin müalicəsi lazımdırsa, mütləq başlanmalıdır. Vərdiş və ya asılılıq yaratmır.

Səhv: İnsulinə nə qədər gec başlansa, o qədər yaxşıdır.

Doğrudur: Erkən insulin müalicəsi mədəaltı vəzilərini qoruyur, orqanizmin yeni insulin istehsal etməsini dəstəkləyir.

Səhv: Çox dərman qəbul etmək mənim üçün zərərlidir.

Doğrudur: Lazım olan dərmanlar, reseptlər zamanında və həkim nəzarətində yazılmalıdır. Bədənin ehtiyacı varsa, az və ya çox dərman fərq etmədən qəbul etmək şərtdir.

Səhv: Əsəblər pozulanda, şəkərim qalxır.

Doğrudur: Qan şəkəri düşəndə ürək döyüntüsü artır, tərləmə gəlir, əhval korlanır. Şəkər yüksələndə bunlar baş vermir.

Səhv: Diabet xəstəliyi müvəqqətidir.

Doğrudur: Şəkər xəstəliyi ömür boyu davam edən xroniki xəstəlikdir. Yaxşı müalicə ilə diabet xəstəliyinin mənfi təsirlərindən qorunmaq mümkündür.

Səhv: Şəkər xəstələri idman edə bilməz.

Doğrudur: Şəkər xəstələri yeriş, üzgüçülük, velosiped kimi aşağı tempdə idman növləri ilə məşğul ola bilərlər. Hətta bu sağlamlıqlarına daha yaxşı təsir edir.

Səhv: Şəkər xəstələri əməliyyat ola bilməz.

Doğrudur: Şəkər səviyyəsi diqqətlə təqib edildikdə şəkər xəstələri də hamı kimi əməliyyat oluna bilər.

Səhv: Şəkər dərmanları hər zaman eyni dozada istifadə edilir.

Doğrudur: Şəkərin səviyyəsinə görə dərman miqdarı azalıb çoxala bilər.

Səhv: Şəkər xəstələrinə limon yaxşı təsir edir.

Doğrudur: Xalq arasında limonun şəkəri aşağı saldığı söylənilir, ancaq bu mövzuda elmi tədqiqatlar aparılmayıb və bu məlumatın doğruluğu sübut olunmayıb.

Səhv: Diabetə təkcə yaşlılar arasında rast gəlinir.

Doğrudur: Son illərdə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat nəticəsində uşaqlar və gənclərdə də diabet xəstəliyinə rast gəlinir.

Səhv: Meyvə suyu içmək zərərsizdir.

Doğrudur: Bir stəkan meyvə suyunu əldə etmək üçün ən azı 3 ədəd meyvə sıxmaq lazımdır, bu da qan şəkərini birdən yüksəldir və xəstəyə zərər verir. Bu səbəblə diabet xəstələri meyvələri sıxmadan, yalnız bir ədəd yeməlidir.

Səhv: Şəkər xəstəliyi kökəlməyə səbəb olur.

Doğrudur: Xəstə qan şəkərini yüksəltmək üçün şirin yemək yeyirsə və ya yuxarıda qeyd etdiyimiz kimi idmanla məşğul olmaq zərərdir deyə düşünürsə, pis qidalanma və hərəkətsiz həyat tərzi kökəlməyə səbəb olur.


Geri dön

G♥S

  • 7 fevral 2015 23:46
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
Maraqli idi bitowum ellerine sagliq love

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 fevral 2015 22:20
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkurler....

Elya Alieva

  • 7 fevral 2015 21:36
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
crying Usss bizden uzaq...(

--------------------
UREYIM...I MEN

prosta ÇİNARE

  • 7 fevral 2015 19:04
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Tewekkurler

Pıtırcık

  • 7 fevral 2015 18:19
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
xəbərə gör
sağ olun

--------------------
http://legend.az/user/imza/

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 18:17
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Canim xebere gore cox sagol maraqli idi ellerine sagliq...)

--------------------

filankesov filankes

  • 7 fevral 2015 18:10
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
maraqlidir smile

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}