Səni necə sevməyim

 
Səni necə sevməyim

Sevincim,şadlığım,ürək sözümsən,
Hissim-həyəcanım,iki gözümsən.
Arzumsan-eşqimsən,elə özümsən,
De,səni mən necə sevməyim,gülüm?!

Ömrümə gec gələn ilk baharımsan,
Ürəyə yığılan arzularımsan.
Həyatım,dövlətim,şah vüqarımsan,
De,səni mən necə sevməyim,gülüm?!

Zərifsən,incəsən,ipək kimisən,
İlk bahar töhfəsi çiçək kimisən.
Ağzı süd qoxulu körpə kimisən,
De,səni mən necə sevməyim,gülüm?!

Bəzən gözlərimə qəm də dolubdu,
Bəzən sözlərində tənə olubdur.
Bəzən ayrılsan da,izin qalıbdı...
De,səni mən necə sevməyim,gülüm?!

Bu ömür sevdamın şahlıq tacısan,
Əlçatmaz zirvəsən,elə ucasan.
Bəzən ürəyimdə ağrı-acısan,
De,səni mən necə sevməyim,gülüm?!

Dözmürəm gözündə kədər oxunsa,
Coşar duyğularım,əlin toxunsa.
İndi vaxtsız əcəl-ölüm yaxınsa,
De,səni mən necə sevməyim,gülüm?!...

Səni necə sevməyim


Geri dön

Elya Alieva

  • 7 fevral 2015 22:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Beyendim sbs ....)

--------------------
UREYIM...I MEN

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 16:47
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Super weirdi beyendim..)

--------------------

Pıtırcık

  • 7 fevral 2015 15:01
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
Sevincim,şadlığım,ürək sözümsən,
Hissim-həyəcanım,iki gözümsən.
Arzumsan-eşqimsən,elə özümsən,
De,səni mən necə sevməyim,gülüm?!

--------------------
http://legend.az/user/imza/

G♥S

  • 7 fevral 2015 14:25
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Dözmürəm gözündə kədər oxunsa,
Coşar duyğularım,əlin toxunsa.
İndi vaxtsız əcəl-ölüm yaxınsa,
De,səni mən necə sevməyim,gülüm?!...

--------------------

ayxese

  • 7 fevral 2015 14:09
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
ayyyy sevgilimin sozu ''gulum''tesekkurler love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}