Yaşasaydı bu gün 27-i yaşı olacaqdı

 
Yaşasaydı bu gün 27-i yaşı olacaqdı



Milli qəhramanımız Mübariz Ibrahimov
Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gecə saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin

Yaşasaydı bu gün 27-i yaşı olacaqdı


Atasının sözlərindən Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır. Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir... Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...

Yaşasaydı bu gün 27-i yaşı olacaqdı


Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü.
Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”. Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".
Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı. Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."


Yaşasaydı bu gün 27-i yaşı olacaqdı


Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş. Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır. Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərləriin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”. Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub. Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...
Nazirliyi mətbuat xidmətinin yaydığı riyakar bir bəyanatı həmin ölkənin bütün informasiya agentliklərində, mətbuat vasitələrində geniş yer almaqdadır: “İddia olunur ki, guya Azərbaycan öz Ordusunun giziri Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistana rəsmi müraciət etməyib. Erməni xislətinə yaxından bələd olduğuma görə buna qətiyyən təəccüb etmədim. Çünki göz-gözə durub hər şeyi dana bilmək bacarığı mənəvi norma kimi onlar ücün adi bir şeydir. Halbuki gizir Mübariz İbrahimovun meyitinin qaytarılması ücün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsi ilə Ermənistana dəfələrlə çatdırılıb. Buna baxmayaraq, onlar bütün humanitar və adi insanlıq normalarının üzərindən acıq-aşkar xətt çəkərək qəddar qisasçılıq yolunu seciblər.

Yaşasaydı bu gün 27-i yaşı olacaqdı



Milli qəhramanımız Mübariz İbrahimov şəhid olmazdan əvvəl yazdığı məktub
Atama və anama məktub canim atam və anam məndən sari darixmayin inşallah cənnətdə görüşəcəyik mənim ücün bol-bol dua edin vətənin dar günümdə ürəyim dözmür.Allaha xatir bunu eləməliyəm ən azindan ürəyim sərinlig tapar inşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm şəhid olsam ağlamayin əksinə sevinin ki¤ o mərtəbəyə yüksəldim.Allaha ibadətlərinizi dəqiq yerinə yetirin coxlu sədəqə verin.Seyid nəvəsi olaraq bunu eləməliyəm.Allah böyükdü¤vətən sağ olsun. Oğluz Mübariz haqqinizi halal edin.


Yaşasaydı bu gün 27-i yaşı olacaqdı


Bu isə onu öldürən ƏCLAF..ALLAH Bəlanı Versin


Yaşasaydı bu gün 27-i yaşı olacaqdı


Yaşasaydı bu gün 27-i yaşı olacaqdı


Yaşasaydı Bu gün Onun 27-i Yaşı Olacaqdı...Ruhun Şad Osun Mübariz Yerin Cənnət Olsun.AMİN



Geri dön

Elya Alieva

  • 1 mart 2015 17:40
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Allax rexmet eylesin

--------------------
UREYIM...I MEN

princessa_sevda

  • 11 fevral 2015 17:43
  • Məqalə: 13
  • Şərh: 840
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN! RUHU ŞAD OLSUN MƏKANI CƏNNƏT OLSUN! SƏNİN KİMİ OĞULA HALALDI
sad feel

--------------------
[/url]

jale10

  • 8 fevral 2015 15:33
  • Məqalə: 0
  • Şərh: 134
  • Bal:
{awards}
Allah rehmet elesin. Mekani cennet olsun. Amin

--------------------
Xeyal olmasini istediyim gercekler ve gercek olmasini istediyim xeyallar var.

CILEK KOKUSU

  • 7 fevral 2015 23:13
  • Məqalə: 1
  • Şərh: 55
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN MEKANI CENNET OLSU ..((

--------------------
Lil Orxan Aglat meni..! Suppa mahni:* :* :*

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 7 fevral 2015 22:10
  • Məqalə: 671
  • Şərh: 18482
  • Bal:
{awards}
Allah rehmet elesin...

--------------------
คşк łคfтคɴ คɴłคмคz

Aylowka)))

  • 7 fevral 2015 22:04
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Allah rehmet elesin.
Ailesine Rebbim sebr versin.

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

sonzeng2015

  • 7 fevral 2015 21:30
  • Məqalə: 448
  • Şərh: 7004
  • Bal:
{awards}
Allah rehmet elesin.

Ka Ma

  • 7 fevral 2015 20:46
  • Məqalə: 1
  • Şərh: 61
  • Bal:
{awards}
Yaşasaydı Bu gün Onun 27-i Yaşı Olacaqdı...Ruhun Şad Osun Mübariz Yerin Cənnət Olsun.AMİN

gitaristqiz

  • 7 fevral 2015 19:39
  • Məqalə: 0
  • Şərh: 33
  • Bal:
{awards}
onun kimisi bir defe gelib dunyayaa bir daha gelmez,Allah rehmet elesin,yeri cennet olsun inwAllah,hemiwe qelbimizde yawayacaqsan,ve Allah onlarin cezasini versin Allah herweyi gorur...senin kimi birine canimiz qurban olsun,Allah rehet etsin sene,sen o zirveye yukseldin ve /Allaha daha yaxin oldun,meqaleye gore tewekkurler

False Life

  • 7 fevral 2015 18:57
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN AMIN

★Love World★

  • 7 fevral 2015 18:52
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Allah rehmet etsin

--------------------

filankesov filankes

  • 7 fevral 2015 18:09
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
sen bir kisi idin geldin getdin ALLAH REHMET ELESIN

Allahi_Unutma

  • 7 fevral 2015 17:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Yaşasaydı Bu gün Onun 27-i Yaşı Olacaqdı...Ruhun Şad Osun Mübariz Yerin Cənnət Olsun.AMİN

Allah rehmet etsin ailesine Allah Sebr versin .

ღ ĸαвυѕυм ღ

  • 7 fevral 2015 17:21
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
ALLAH rehmet elesin.
Veten sag olsun.

--------------------

Elya Alieva

  • 7 fevral 2015 17:08
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
ALLAX REXMET EYLESIN YERI CENNET MEKEN OLSUN RUXU SAD OLSUN

--------------------
UREYIM...I MEN

•●Miňi Miňňacık•●

  • 7 fevral 2015 16:42
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Allah Rehmet Elesin...!!

--------------------

..::My Black::..

  • 7 fevral 2015 16:20
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Ruhun Şad Osun Mübariz Yerin Cənnət Olsun.AMİN

♔ Rapuиzel ♔

  • 7 fevral 2015 15:41
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN ....Ruhu wad olsun

--------------------

✵Дорогой✵

  • 7 fevral 2015 15:18
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Sənin kimi oğulları bu Vətən unutmayacaq. Ruhun şad olsun.

my angel__

  • 7 fevral 2015 15:11
  • Məqalə: 291
  • Şərh: 10807
  • Bal:
{awards}
Allah rehmet elesin.... :(

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

NIGAR

  • 7 fevral 2015 14:49
  • Məqalə: 582
  • Şərh: 9764
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN recourse

--------------------
legend.az/user/imza/

G♥S

  • 7 fevral 2015 14:22
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Allah razi olsun bele gozel meqale hazirladiginiz ucun minnetdaram..!Allah Mubariz Ibrahimov-a rehmet eylesin..!

--------------------

ayxese

  • 7 fevral 2015 13:55
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
ALLAH MUBARIZE qeni-qeni rehmet elesin yeri cennet olsun bu dunyada MUBARIZ kimi oglullar cox azdi...sen bizim FEXRIMIZSEN... sad

J ♥ S

  • 7 fevral 2015 13:35
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Allah rəhmət eləsin

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 55
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}