Hicamə - qan alma üsulu ilə müalicə

 
Hicamə - qan alma üsulu ilə müalicə

Hicamə sözü sormaq deməkdir. Hicamə müalicə məqsədi ilə başın və ya bədənin müəyyən yerlərini neştərlə və ya hər hansı bir kəsici alətlə kəsərək qan çıxartmağa deyilir.
Hicamə üsulu ilə müalicə qədim dövrlərdə Çində və Babildə geniş istifadə olunurdu. O vaxtlar insanlar bu məqsədlə dəmir camdan və ya öküzün buynuzundan istifadə edirdilər. Bunları dərinin üzərinə qoyduqdan sonra içərisindəki havanı sorub qan alırdılar. Müasir dövrdə isə şüşə və vakuum bankalardan istifadə olunur.
Hicamə bir çox xəstəliklərin müalicəsində möcüzəvi təsirə malikdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dəfələrlə bədənindən qan aldırmış və ümmətinə də bunu tövsiyə etmişdir. Allah Elçisi de­miş­dir: “Merac gecəsi hansı mələk toplusunun yanından keçirdimsə, hamı­sı mənə belə deyirdilər: “Ey Muhəmməd, qan aldır!” (İbn Məcə, 3606). Digər rəvayətdə isə: “Ümmətinə qan aldırmağı əmr et!” deyilir. (İbn Məcə, 3608).
Həmçinin demişdir: “Müalicə üçün istifadə etdiyiniz vasitələrin ən yaxşısı bir içim balda, qan almaq üçün banka qoymaqda və müalicə məqsədilə bədənə dağ bas­maqdadır. Buna rəğmən mən dağ basdırmağı sevmirəm.” (əl-Buxari, 5683).
Peyğəmbərin qan aldırması
Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər boyun damarlarından və süysünündən qan aldırardı. Peyğəmbər ayın on yeddisi, on doqquzu və iyirmi biri qan aldırardı.”(Tirmizi, 2052). Süysün boynun bel sütunu ilə birləşən hissəsinə deyilir.
O, həmçinin, de­miş­dir: “Kim ayın on yeddisi, on doqquzu, iyirmi biri qan aldırarsa, bu (onun üçün) hər bir xəstəliyə şəfa olar”. (Əbu Davud, 3863).
Peyğəmbər qəməri aylarda, bu günlərdən birində qan aldırardı. Bu günlərdə qan aldırmaq çox faydalıdır, lakin zəruri ehtiyac olduqda istənilən vaxtda hicamə etmək olar.


Geri dön

NeRGiz_AgabaLaYeVa

  • 10 fevral 2015 08:31
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
Allah razi olsun )

sessiz deniz

  • 9 fevral 2015 19:44
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnn

♔ Rapuиzel ♔

  • 9 fevral 2015 18:49
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Elya Alieva

  • 9 fevral 2015 18:35
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 9 fevral 2015 18:09
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}