Kərbəla faciəsinin təfərrüatları

 
Kərbəla faciəsinin təfərrüatları

Kərbəlaya çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Kərbəla adlı yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "(Kərb və bələ) kədər və bəla".
Ömər ibn Sədin qoşunu gəlib çatanda o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: “Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm".
Ömər ibn Səd dedi: “Təkliflərin nədir?”
Hüseyn dedi: “Ya mənə icazə ver geri qayıdım və ya müsəlmanların döyüşdükləri cəbhələrin birinə gedim, yaxud Şam vilayətinə, Yezidin yanına gedib əlimi onun əli üzərinə qoyum (ona beyət edim)".
Ömər ibn Səd dedi: “Yaxşı, sən Yezidə xəbər göndər mən isə Ubeydullah ibn Ziyada xəbər göndərim. Baxaq görək nə deyirlər". Hüseyn Yezidə xəbər göndərmədi, Ömər ibn Səd isə Ubeydullah ibn Ziyada xəbər göndərdi. Elçi Ubeydullah ibn Ziyadın yanına gəlib Hüseynin bu üç təklifdən birini semək təklifini ona çatdırdı. Ubeydullah deyilən təkliflərlə razılaşdı və dedi: “Qoy Hüseyn istədiyi təklifi seçsin". Ubeydullah ibn Ziyadın yanında Şimr ibn Zil-Cövşən adlı bir nəfər var idi. O, Ubeydullahın ən yaxın adamlarından sayılırdı. Şimr dedi: “Allaha and olsun, xeyr. Hüseyn mütləq sənin hökmünə (hakimiyyətinə) tabe olmalıdır".
Ubeydullah onun bu sözündən qürurlanıb dedi: “Bəli, Hüseyn ilk olaraq mənim hökmümə tabe olmalıdır (yəni, Kufəyə gəlməli və mən özüm onu Şama, cəbhə xəttinə və ya Mədinə şəhərinə yollamağa qərar verməliyəm)". Ubeydullah ibn Ziyad, Şimr ibn Zil-Cövşəni hadisə yerinə göndərdi və dedi: “Sən get və qoy Hüseyn Ömər ibn Sədin razılığı ilə mənim hökmümə tabe olsun. Əgər Ömər ibn Səd deyilən təkliflə razılaşmasa, o zaman onun yerinə rəhbər sən olarsan".
Ubeydullah ibn Ziyad, Ömər ibn Sədin ər-Rəyy vilayətinə getməsi üçün ona hazırlanmış dörd min nəfərlik qoşun vermiş və demişdi: “Hüseynin məsələsini həll etdikdən sonra ər-Rəyy vilayətinə get!"
Ubeydullah ona bu yerin valiliyini vəd etmişdi. Şimr ibn Zil-Cövşən, Hüseyn ibn Əli, Hurr ibn Yezid və Ömər ibn Sədin olduğu yerə gəldi. Hüseyn, Ubeydullah ibn Ziyadın hökmünə tabe olmaq təklifini eşitdikdə bundan imtina etdi və dedi: “Allaha and olsun, mən heç vaxt Ubeydullah ibn Ziyadın hökmünə tabe olmayacağam”.
Hüseynin dəstəsi yetmiş iki süvaridən ibarət idi. Kufədən gələn dəstənin sayı isə beş min nəfər idi. Hər iki dəstə üz-üzə gəldikdə Hüseyn, İbn Ziyadın qoşununa dedi: “Özünüzü mühakimə edin və düşünün. Sizə mənim kimi bir adamla döyüşmək yaraşarmı? Mən sizin Peyğəmbərinizin qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbərin qız nəvəsi yoxdur. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - qardaşım və mənim haqqımda demişdir: "Bu ikisi cənnət cavanlarının ağalarıdır".
Hüseyn qoşunu Ubeydullah ibn Ziyadın əmrini tərk edib onun dəstəsinə qatılmağa təşviq edirdi. Nəticədə otuz nəfər onun dəstəsinə qatıldı və onların arasında Ubeydullah ibn Ziyadın göndərdiyi ilk dəstənin sərkərdəsi Hur ibn Yezid də var idi. Hur ibn Yezidə dedilər: “Sən bizimlə qoşun rəhbəri kimi gəlmisən, indi isə Hüseynin dəstəsinə keçirsən?!"
Hur dedi: “Vay olsun sizə, Allaha and olsun ki, mənim qarşıma cənnətlə cəhənnəmin seçimi qoyulmuşdur. Allaha and olsun, əgər məni doğrasalar və ya yandırsalar da cənnətdən imtina edən deyiləm”.
Həftənin dördüncü günü Hüseyn həm özünün həm də Ubeydullah ibn Ziyadın qoşununa namazda imamlıq edərək Zöhr və Əsr namazlarını qıldırdı. O əvvəlcədən onlara demişdi ki, namazda bir nəfər bizdən, bir nəfər də sizdən imam dayansın. Lakin hər iki tərəfin cavabı belə olmuşdu: “Biz sənin arxanda qılacayıq".
Onlar Zöhr və Əsr namazlarını Hüseynin arxasında qıldılar. Məğrib vaxtı yaxınlaşdıqda yarıyuxulu vəziyyətdə Hüseyn qılıncına söykənərək dayanırdı. Birdən qarşı tərəfin süvariləri ona tərəf gəldilər. Hüseyn dedi: “Bu nədir?”
Dedilər: “Qarşı tərəfdir”.
Hüseyn dedi: “Onlar tərəfə gedin və baxın görün nə istəyirlər?”
Hüseyn tərəfdən iyirmi atlı onların qarşısına çıxdı. Dəstə arasında Hüseynin qardaşı Abbas ibn Əli ibn Əbu Talib də var idi. Onlar qarşı tərəflə söhbət etdilər və istəklərini soruşdular. Onlar dedilər: “Hüseyn, ya Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalı, yaxud da döyüş olmalıdır”.
Hüseynin adamları: “Biz gərək bu haqda Əbu Abdullahla məsləhətləşək” - deyib Hüseynin yanına gəldilər və bu xəbəri ona çatdırdılar.
Hüseyn dedi: “Onlara deyin ki, bu gecə bizə möhlət versinlər. Sabah namaz qılandan sonra onlara bir söz deyərik. Mən Uca Rəbbim üçün namaz qılmağı çox xoşlayıram”.
Hüseyn və onunla olanlar o gecəni Allaha ibadət, dua və bağışlanma diləməklə keçirtdilər.
Taff döyüşü

Hüseyn, Ubeydullah ibn Ziyada təslim olmaqdan imtina etdikdən sonra cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Tərəflərin gücü qeyri-bərabər idi. Hüseynin adamları bu qoşuna qarşı kifayət qədər güclərinin olmadığını bilirdilər. Onların yeganə məqsədləri Hüseyn ibn Əlini müdafiə edərək onunla bərabər şəhid olmaq idi. Onlar Hüseyni müdafiə edərək bir-birinin ardınca şəhid olurdular. Beləliklə hamı şəhid oldu və yalnız Hüseyn ibn Əli qaldı. Hüseyn həmin günün çox hissəsini tənha qaldı, çünki heç kəs ona yaxınlaşmağa, onu öldürərək bəlaya düçar olmağa cürət etmirdi. Vəziyyət olduğu kimi davam edirdi. Nəhayət, Şimr ibn Zul-Cövşən irəli atılıb camaata dedi: “Vay sizin halınıza, analarınız sizi itirsin, onu mühasirəyə alın və öldürün!"
Bundan sonra onlar Hüseyn ibn Əlini mühasirəyə aldılar və Hüseyn əlində qılınc ilə onların əhatəsi daxilində onlarla mübarizə apardı. Hüseyn öldürdüyünü öldürdü. Şimr ibn Zul-Cövşən haray çəkib dedi: “Vay sizin halınıza nə gözləyirsiniz? İrəli atılıb onu öldürün”.
Onlar irəli atılıb Hüseyni qətlə yetirdilər. Hüseynin qətlini icra edən və başını kəsən Hüseyn ibn Sinan ən-Nəxai idi. Digər rəvayətə görə isə onu öldürən Şimr ibn Zul-Cövşən olmuşdur. Hüseyn qətlə yetirildikdən sonra onun başını Kufəyə Ubeydullah ibn Ziyadın yanına gətirdilər.
Əhli-beytdən imam Hüseynlə birgə şəhid olanlar

Hüseynlə bərabər ailəsinin çox üzvləri qətlə yetirildi. Əlinin bu döyüşdə öldürülən övladları: Hüseynin özü, Cəfər, Abbas, Əbu Bəkr, Muhəmməd və Osman.
Hüseynin bu döyüşdə öldürülən övladları: Əli əl-Əkbər (bu Əli Zeynəl-Abidin deyil), Əli əl-Əsğər və Abdullah.
Həsənin bu döyüşdə öldürülən övladları: Abdullah, Qasim və Əbu-Bəkr.
Əqilin bu döyüşdə öldürülən övladları: Cəfər, Abdullah, Əbdürrəhman və Abdullah ibn Muslim ibn Əqil. Muslim ibn Əqilin özü isə Kufədə qətlə yetirilmişdi.
Abdullah ibn Cəfərin bu döyüşdə öldürülən övladları: Aun və Muhəmməd.
Adları çəkilən on səkkiz şəxs şəhid edildi. Onlar Peyğəmbərin Əhli-beytindən idilər. Hüseyn öldürülən vaxt səmadan qan yağması, divarlardan qan izlərinin çıxması, hər bir daşı qaldırdıqda altında qan olması, kəsilən hər heyvanın qana çevrilməsi və s. bu kimi rəvayətlər uydurmadır. Bu haqda heç bir mötəbər rəvayət mövcud deyildir. Bunlar insanları coşdurmaq üçün istifadə edilən yalanlardır.
Hüseynin öldürülməsini əmr edən Ubeydullah ibn Ziyad az bir müddət keçdikdən sonra Muxtar ibn Əbu Ubeyd tərəfindən qətlə yetirildi. Umarə ibn Umeyr demişdir: “Ubeydullah ibn Ziyad və onun dostlarının başını kəsib gətirdikdən sonra onların başlarını Rəhbə adlı yerdə məscidə düzdülər. Mən onların yanına çatdıqda onlar deyirdilər: Gəldi, gəldi. Baxıb gördüm ki, bir ilan gəlib kəsilmiş başların içində dolaşır. Sonda gəlib Ubeydullah ibn Ziyadın burun dəliyinə daxil olub bir müddət orada dayandıqdan sonra qeyb oldu. Sonra yenə dedilər: Gəldi, gəldi. İlan yenə eyni hərəkəti iki və ya üç dəfə təkrarladı”. (Tirmizi, 3780).
Bu, Hüseynin qətlində canfəşanlıq edən adamdan Allah tərəfindən alınan intiqamdır.


Geri dön

sessiz deniz

  • 9 fevral 2015 14:49
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
Allah razi olsunnnnnnnnn

Gr-Az

  • 9 fevral 2015 11:21
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

➰__Ýųśíf__➰

  • 9 fevral 2015 03:48
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

NeRGiz_AgabaLaYeVa

  • 9 fevral 2015 02:45
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Allah razi olsun)

Elya Alieva

  • 8 fevral 2015 21:35
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 8 fevral 2015 20:40
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}