DQİDK Sədri - Son on ildə 136 məscid tikilib

 
DQİDK Sədri - Son on ildə 136 məscid tikilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Polis Akademiyasında müəllim-professor heyəti və müdavimlərlə görüş keçirib.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, görüş fevralın 4-də olub. Görüşdə Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Nazim Əliyev bildirib ki, Azərbaycanda hər kəsin dini, vicdan azadlığının tam təmin edilib. Vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları qətiyyətli tədbirlər həyata keçirirlər.
Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür. Bu sabitliyin, inkişaf tempinin qorunub saxlanılması üçün Daxili İşlər Nazirliyi öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Ölkəmizdə dini və etnik zəmində heç vaxt qarşıdurma və münaqişə olmayıb. Bu sabitliyi, tərəqqini və inkişafı qorumaq bizim vəzifə və vətəndaşlıq borcumuzdur.


Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək görüşün keçirilməsində verdiyi dəstəyə görə Daxili İşlər Nazirliyinə və Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi bir çox dövlət qurumları, o cümlədən DİN ilə birgə tədbirlər Planı imzalayıb. O qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. Respublikada məscidlərlə yanaşı, sinaqoq və kilsələr də yenidən tikilir və bərpa edilir. Son on ildə isə 136 məscid tikilib və bərpa edilib. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var.

Görüşün sonunda iştirakçıların sualları cavablanıdırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön

NeRGiz_AgabaLaYeVa

  • 10 fevral 2015 09:50
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
Lap yaxwii ) no

Elya Alieva

  • 9 fevral 2015 19:48
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

♔ Rapuиzel ♔

  • 9 fevral 2015 18:37
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
ALLAH Razi olsun

--------------------

Pıtırcık

  • 9 fevral 2015 18:18
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
{awards}
xəbərə görə sağ olun no

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}