Azərbaycan KamAZ istehsal edəcək

 
Azərbaycan KamAZ istehsal edəcək



“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) və KamAZ (“Kama Avtomobil Zavodu”) ASC Azərbaycanda KamAZ avtomobillərinin yığılması və üçüncü ölkəyə satışı üzrə rəsmi distribütor sazişi imzalayıblar.
Trend-in məlumatına görə, Azərbaycanda ilk KamAZ avtomobilinin yığılması 2015-ci il fevralın sonu-martın əvvəlinə təsadüf edəcək. Respublikada bu avtomobillərin tam yığılması prosesi aparılacaq. İstehsal prosesinin başlanmasına hazırlıq çərçivəsində KamAZ ASC-nin baş direktoru Sergey Koqoginin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib. Səfər zamanı Gəncə avtomobil zavodunda hazırlığın yüksək səviyyəsi, sənaye gücü, potensial və təcrübəsi, bazarın geniş imkanları, demək olar ki, ölkənin bütün regionlarında mövcud olan zavodun xidmət mərkəzlərinin hazırlıq səviyyəsi qeyd edilib. Bundan əlavə, səfər zamanı “Gəncə Avtomobil Zavodu” İB-nin Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və İB-nin direktoru Kamran Nəzərov qonaqları müəssisədə istehsal prosesinin təşkili ilə tanış ediblər. Səfər çərçivəsində KamAZ ASC-nin baş direktorunun Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşü olub. Görüşdə tərəflərin KamAZ avtomobillərinin istehsalı və onların üçüncü ölkəyə ixracı sahəsində tərəflərin əməkdaşlığının perspektivləri və imkanları qeyd edilib və yüksək qiymətləndirilib.


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 11 fevral 2015 21:59
  • Məqalə: 694
  • Şərh: 18832
  • Bal:
tesekkurler...

Elya Alieva

  • 10 fevral 2015 14:39
  • Məqalə: 143
  • Şərh: 7056
  • Bal:
{awards}
Tesekkurler

--------------------
.....

Darling

  • 10 fevral 2015 14:31
  • Məqalə: 976
  • Şərh: 11999
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 50
Cəmi: 399
 
aytc.sza
Xəbərləri: 43
Cəmi: 144
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 348
 
Poine♔
Xəbərləri: 28
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 25
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 103
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 7
Cəmi: 818
 
 
{slinks}