Zaman.. Keçmiş,Indi və Gələcək..

 
Zaman.. Keçmiş,Indi və Gələcək..




..bəzən elə olur ki ,sevdiklərimiz bizi incidir, əsəbləşdirir..

hirsimizə məğlub olub istəmədiyimiz sözlər deyirik..çox vaxt üzlərinə deməsək də arxalarınca danışırıq..bir müddət belə davam edir..görəndə üzlərinə gülmürük, ya da soyuq davranırıq..sonra bir şey olur..ya televizorda bir xəbər eşidirik, ya da tanıdığımız birinin ölüm xəbərini..ya da adicə onların kefsiz olduğunu görürük .ürəyimiz dözmür..bir yerdə balaca uşaq kimi oturub fikrə getdiklərini görəndə ürəyimizdə elə bir sevgi və mərhəmət hissi yaranır ki..

”görəsən niyə kefi yoxdu, nəsə olub?” sualları rahat buraxmır..və biz həmin anlarda başa düşürük ki ,bəzən nə qədər bizi hirsləndirib özümüzdən çıxarsalar da həyatımıza məna qatanlar , bizə sevməyi öyrədənlər, ən çox sevənlər və güldürənlər də elə həmin insanlardır..

ailəmiz..dostlarımız və sevdiyimiz insanlar..


..nə incidir görəsən ən çox?

sənə etdikləri yoxsa onlardan gözləmədiklərin? nə ağladır görəsən? edilən haqsızlıq yoxsa buna layiq olduğumuzun fərqində olmaq? nə güldürür ən çox? xoşbəxtlik yoxsa qürur? nə susdurur ən çox? sevgisizlik yoxsa gec qalmışlıq hissi? hansı daha tez sağalıb ömürlük iz qoyur ? mənəvi ağrılar yoxsa üzdəki yaralar? qarşımıza çıxan hər şey imtahan imiş..belə deyirlər..insanların bəziləri özümüzü tapmağımıza,bəziləri həyatla tanış olmağımıza,bəziləri həqiqətlərlə barışmağımıza vəsilə olurmuş..bəzən mərhəmət hissin olur düşmanın..ən çox insanlığın öldürür səni..qışqırıb demək istədiyim sözləri gizlətdiyim otağın qapısını döyürəm hərdən..bilirəm ki,qapıda kilid yoxdur..əl uzatsam aça bilərəm..vicdanım mane olur..

”ya səbr” sədaları gəlir qapının olduğu dəhlizdən..hər saniyə böyüyürmüş insan..

Mevlananın sözlərini xatırlayıram bu an..çirkli bir parçanı çırpmasan təmizlənməz..insan da belədir..zərbə almalısan ki,içindəki insanlıq üzə çıxsın..

Sezen nə qəşəng deyib;kolay olmayacak..elbet unutacağız


..zaman.. keçmiş,indi və gələcək..

dilemmalar,yaşadığımız hadisələr..

yalnış və ya doğru seçimlər..hərdən düşünürəm..Məsudə,anla,dərk et ki,keçmiş olmasa var olmazdın,başa düş ki,səhv olmasa doğruların mənası olmaz..şər olmasa xeyirin gəlişinin sehri qalmaz..amma anlıq fikirlər saatlarla düşüncəyə qalib gələ bilmir.. bir neçə saniyəlik təsəlli günlərin qaranlıq fikirlərini aydınlada bilmir..bayaq sadə karandaşla rəsm çəkən zaman,artıq rəsmi bitirib digər vərəqlərdən ayıranda diqqət etdim..çəkdiyim şəklin izləri digər səhifədə qalmışdı..o vərəqi də götürüb altındakinə baxdım..onda da eyni iz..digəri..digəri..və digəri..amma izlər get gedə azaldı və bir neçə səhifədən sonra tamam yox oldu..yerimin içində dayanıb fikirləşdim..bəzi anlarda ağrı o qədər şiddətli olurdu ki,yaşadığım hadisələrin ağırlığından hətta bədənimin ağrıdığını hiss edirdim..amma zaman girir araya sonra..yava yavaş boğazının üstündəki ağırlıq qalxır..və nəfəs almaq asanlaşır..

ömrümüzün səhifələrində dünənlərdən qalan izlər azalır və yox olur..ta ki,bu gün əlinə qələm və ya karandaş alıb,yeni rəsm çəkməyə başlayana qədər..


Geri dön

--alis---

  • 11 fevral 2015 16:20
  • Məqalə: 0
  • Şərh: 118
  • Bal:
tesekkurler

Elya Alieva

  • 11 fevral 2015 15:51
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ТесеккурЛер

--------------------
UREYIM...I MEN

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 fevral 2015 22:26
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkur edirem..

gitaristqiz

  • 10 fevral 2015 21:53
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
tewekkur edirem maraqli idi,sona qeder oxudum)

Pıtırcık

  • 10 fevral 2015 20:44
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
ömrümüzün səhifələrində dünənlərdən qalan izlər azalır və yox olur..ta ki,bu gün əlinə qələm və ya karandaş alıb,yeni rəsm çəkməyə başlayana qədər..

--------------------
http://legend.az/user/imza/

♔ Rapuиzel ♔

  • 10 fevral 2015 20:44
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ilk werh menden twk....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}