
Sənin istiliyin,bütün canlılar üçün sığınacaq ola bilər
Sevginizi paylaşın, öz məhəbbətinizlə hər kəsi qucaqlıyın.
Öz istiliyinizlə insanların qəlbini isidin. Onların sevgisini, hörmətini qazanın.
Çünki bu həyatdakı tək qazancımız budur.

Ağlamaqdan çəkinmiyin
Çünki ancaq ürəyi olanlar ağlaya bilər
Ağlamağı zəiflik kimi görmüyün, çünki o zaman başqaları da sizin haqqınızda bunu fikirləşər.
Sadəcə istədiyiniz kimi davranın, istədiyiniz zaman ağlıyın hisslərinizi gizlətmiyin.
Bəzən ağlamaq qəlbinizi sakitləşdirər, sizin üçün ən gözəl əlac olar.
Ağlamaq üçün bir ürəyə sahib olmaq lazımdır, bunu hər kəs bacarmaz..

Sevginizi göstərin
Fərqi yoxdur kimə qarşı,əsas odurki,saf olsun
Sevginizi göstərməkdən çəkinməyin..Çünki kimin isə buna ehtiyacı var. Amma tam ürəkdən sevin.
Hətta ən kiçik əşyanızı belə səmimi qəlbdən sevin, saf sevgi ilə sevin. Saf sevgi sizi də saflaşdırar

Güclü olun,siz bunu bacararsız
Öz gücünüzə inanın. Hər şey insanın öz əlindədir. Hər kəsi də buna inandırmağa çalışın.
İnsanlar da sizin nələr bacara biləcəyinizə inansın.
İnsan övladının ağıl və güc ilə sahib ola bilməyəcəyi nə varki ?!

Zirvəyə bir addım
Fəth olunmayan zirvələr yoxdur
Fəth oluna bilməyəcək zirvələr yoxdur, sadəcə zəif, özünə inanmayan alpinistlər vardır.
Siz zirvəyə doğru sadəcə bir addım atın birdə özünüzü zirvənin ən yüksək təpəsində görəcəksiniz

Möcüzələrə inanın
Çünki onlar ancaq inandığınız zaman olar
Möcüzələr yalnız nağıllardadı deyə bir şey yoxdur.Möcüzələrə inanın.İnanınki,onları görə biləsiz.
Çünki möcüzələr yalnız siz onları görmək istədiyiniz yerlərdədir

Çərçivələri Bir qırağa atın
Bir ətrafınıza baxın, amma çərçivələr içindən yox. Görün həyat nə qədər gözəldir.
Onu 4 divar arasına həbs edəcək qədər zalım olmayın.İstədiyiniz kimi yaşıyın,sevinin,gülün,kədərlənin,xoşbəxt olun,risk edin...
Uzun sözün qısası hər nə istəsəz edinki,sabah bunu da kaş edərdim deməyəsiz :)

Limon turş olsada
Çayın ən dadlısı,ən əvəzolunmazıdır
Siz də nə qədər fikirləşsəzki,kimsə sizi sevmir qətiyyən elə deyil.
Mütləq ətrafınızda sizin hər halınıza baxmayaraq sevən biri var.
Sadəcə ətrafınıza yaxçı baxın,sizin sevən insanları özünüzdən uzaqlaşdırmıyınki,kiminsə əvəzolunmazı ola biləsiz.

Özünüzü bağışladığınız kimi
Başqalarının səhvini də bağışlıyın
İnsanları bağışlamağı bacarın,onları hər səhvinə görə mühakimə etməyin.
Onsuzda mühakimə hüququ bizə aid deyil.
Özünüzün hər səhvini bağışlıya bilirsizsə,ətrafınızdakılara hər zaman bir şans verin

Niyə sarı rəngli şəraba
Ağ şərab deyirlər?
Çünki yaşıl üzümdən hazırlanır :)
Hər şeyi bir-birinə uyğunlaşdırmağa, ya da hər şeyin həqiqi səbəbini öyrənmək üçün o qədər də can atmıyın.
Əsas sizə necə yaxşıdırsa onu doğru kimi qəbul edin.