Küləyi dinlə

 
Küləyi dinlə

Sən bilirsən külək nədir?Soruşsan...
Ehtiras və coşqunluq-deyəcək biri
Qürur və ram olmamaq-başqası cavab verəcək.
Kim isə əlavə edəcək:zəriflik və sakit nəvaziş.
Kim isə ürəyində davam etdirəcək:qasırğa qəzəbi,ölüm qoxusu.
Onlar hamısı əlbəttə ki,öz özlüyündə haqlı olacaq.Amma külək daha başqadır-sözlərlə ifadə olunmayacaq qədər başqa!

Küləyi dinləKüləyi dinləKüləyi dinlə

Bax ətrafı necə rahat fəth edir.Səninlə necə oynayır,ağacların yarpaqlarını özünə tabe edir. Buludlara hakim kəsilir, sanki bir uşaq bu dünyanı özünə oyuncaq seçib. Külək də bizimlə elədir.
Bax necə düşüncəlidir külək. Dənizə necə həssaslıqla sığal çəkir.Dalğalar onun barmaqlarının arasından süzülüb gedir sanki.
Ona tabe olaraq.


Küləyi dinləKüləyi dinlə

Bir gün sənin həyatına da gələcək külək.Təbiətin bir hissəsi, gücü kimi yox...yad və vahiməli görünməyəcək sənə. Sənin bir hissən kimi gələcək. Hər zərrəciyin ona hopacaq-hər hissin, hər düşüncən.
Ətrafında külək. Daxilində külək...Özün də külək olmağa başlayırsan...
O sənin ürəyinə hissolunmadan girir, gizlicə.
Sifətinə və saçlarına yağan yaz yağışlarının danlaları ilə.
Ayaq altında qalıb xışıldayan yarpaqların pıçıltısı ilə.

Küləyi dinlə

Qış səhərlərinin lal sükutu ilə, ya da yay leysanlarının gur axını ilə.O hər zaman səninlədir.
Sən yatırsan və gecənin sakitliyində uğuldayan səsi dinləyirsən.Bu küləkdir, sənə layla çalır.
Bəzən pəncərənin qarşısında ağlayırsan, ağacların yarpaqları titrəşərək əbədiyyətin sirlərindən danışmağa çalışır. Bu titrəyişin qarşısında sənin dərdlərin lap kiçik görünür, şəffaflaşır, çəkisizləşir, əriyib itib yox olur. Bu küləkdir, səni təsəlli verir, dərdlərinə şərik olur.
Küləyi dinlə.Onun nəğməsi sənə o qədər möcüzələrdən danışacaq ki. Şəhərlərdən və ölkələrdən. Sevgidən və kədərdən. Dünyanı ayaqları altında seyr edən dağlardan. Əbədi okeandan.


Küləyi dinləKüləyi dinləKüləyi dinlə

İnsan qəlblərindən.
Səndən...
O sənin haqqında hər şeyi bilir. Sən ürəyini onun hərarətinə açsan özünü güzgüdəki kimi görəcəksən. Bütün qarışıq fikirlərin öz yerini alacaq, bütün suallarına cavab tapacaqsan.
Külək sənin ən yaxın dostundur. O sənə arzulamağı öyrədəcək. Buludları fəth edərək səmanın ənginliklərinə qalxmağa komək edəcək. O sənin varlığını oyadacaq. Bir gün oyanarkən kim olduğunu anlayasan deyə.

Küləyi dinləKüləyi dinlə

Və onda sən azad olacaqsan.
Həqiqətən külək olacaqsan. Dünyanın bütün sonsuzluqları sənin olacaq. Qorxuya, kədərə və məyusluğa yer qalmayacaq ürəyində. Sən dünyanı öz sevinclərinə rəğmən yaradacaqsan. Sən dünyanın sevgi naxışlarını toplayıb həyatına istədiyin gözəlliyi yaradacaqsan.
Sən özün olacaqsan.

Küləyi dinlə

Küləyi dinlə,sənə nələrdən danışır o?

Küləyi dinlə


Geri dön

::..ONSLAUGHT::..

  • 2 mart 2011 00:02
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TEWEKKUR MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 18:44
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEWEKKUR MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 27 fevral 2011 22:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEWEKKUR MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Milawka

  • 27 fevral 2011 08:29
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
TEWEKKUR MARAQLIDI

Lexikon

  • 26 fevral 2011 23:06
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xebere gore twk

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 18:49
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TWKLEr

TWKLEr

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

host_470

  • 26 fevral 2011 18:18
  • Məqalə: 0
  • Şərh: 273
  • Bal:
{awards}
TWKLER ZORDU

Ulya

  • 26 fevral 2011 17:14
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
SaBuHa,
milana-023,
Casper,
Casper,
money and love,
AYSE17,
winked

milana-023

  • 26 fevral 2011 15:05
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
amma menim kulekli havadan xosum gelmir.yene Allah bilen meslehetdi.tesekkur

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

Casper

  • 26 fevral 2011 14:56
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
twk feel maraqli xebere gore

--------------------
Only GODcan judge me!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}