Peyğəmbərin Müaviyə haqqında bəd-duasının nəticəsi

 
Peyğəmbərin Müaviyə haqqında bəd-duasının nəticəsi


Bəni-Üməyyə sülaləsinin hakimiyyətinə işarə olduğunu qeyd etmişlər.

Rəvayətə görə bir gün Peyğəmbəri yuxu apardı və o həzrət yuxuda Bəni-Üməyyə xəlifələrini, bir-birinin ardınca onun minbərinə qalxıb-enən meymunlar şəklində gördü. Peyğəmbərin bütün yuxuları doğru olduğu üçün, o həzrət bunun da həqiqət olduğunu anladı və üzüldü. Allah-təala öz Rəsulunun üzüntüsünü görüncə, Cənab Cəbrail vasitəsilə Ona vəhy göndərdi və “Qədr” surəsi nazil oldu. Allah-təala Qədr surəsinin təklikdə min illik Bəni-Üməyyə hakimiyyətindən daha xeyirli olduğunu Peyğəmbərə xəbər verməklə o həzrətə təskinlik vermiş oldu.

Bu hadisənin təsvirinə həm şiə, həm də sünni mənbələrində rast gəlmək olar. Şiə mənbələri içində “Səhifeyi-Səccadiyyə”nin müqəddiməsini xüsusi qeyd etmək olar. Əhli-sünnə alimlərindən Təbəri, Fəxr Razi və Süyuti öz təfsirlərində bu hadisəni qeyd ediblər. Sünənüt-Tirmizinin Təfsir kitabında, Qədr surəsinin təfsirinə həsr olunmuş babda da bunu təsdiq edən hədis mövcuddur.

Məşhur tarixçi Məsudi “Mürucüz-zəhəb” kitabının III cildində (səh. 234-235) Əməvilərin hakimiyyəti barədə bəhsi sona çatdırdıqdan sonra bu sülalənin hökm sürdüyü müddəti tam ciddiyyətlə hesablayaraq, həqiqətən, düz 1000 ay sürdüyünü bildirir.

Peyğəmbər sünnəsində o həzrətin Bəni-Üməyyəyə qarşı böyük nifrət bəslədiyini təsdiq edən xeyli sübutlarla rastlaşırıq. Məsələn: “Bəni-Üməyyəyə üç dəfə vay olsun!” “Bəni-Üməyyənin sayı 40 nəfərə çatanda Allahın bəndələrini özlərinə qul edər, Allahın mülkünə təcavüz edər və Allahın kitabını təhrif edərlər” (Kənzül-ümmal, XI, 165).

Şəmsəddin Zəhəbi “Mizanül-etidal” kitabında (II, 380 və 613), İbn Həcər Əsqəlani “Təhzibüt-təhzib”də (V, 96; VII, 285; VIII, 65), Bəlazuri “Ənsabül-əşraf”da (V, 136) Peyğəmbərdən belə bir hədis nəql etmişlər: “Nə zaman Müaviyəni mənim minbərimdə görsəniz öldürün!” Həzrət Peyğəmbər “mənim minbərim” deyərkən, yalnız özünün söykənib xütbə söylədiyi və Mədinə məscidində yerləşən minbəri nəzərdə tutmayıb. Burada minbər – ümumilikdə müsəlman cəmiyyətinə rəhbərlik edən şəxsin, yəni xəlifənin dini və siyasi liderliyini təsdiq edən simvol mənasını verir. Minbərə qalxmaq, yəni ümmətə rəhbərlik etmək, onların qarşısında lider olaraq xütbə söyləmək deməkdir.


Peyğəmbərin Müaviyəyə münasibətini xarakterizə edən daha bir hədis Səhihü Müslimdə (hədis 6628) qeyd edilib: Abdullah ibn Abbas bir gün uşaqlarla oynadığı zaman (o, hicrətdən bir neçə il əvvəl dünyaya gəlmişdi və bu hadisə baş verən zaman uşaq idi) Allahın Rəsulu ona buyurur: “Get, Müaviyəni yanıma çağır”. Abdullah gedir, Müaviyənin yemək yediyini görür. Müaviyə ona deyir ki, yeməyi qurtarandan sonra gələcək. Abdullah cavabı Peyğəmbərə çatdırır, həzrət onu bir daha Müaviyəni çağırmağa yollayır. Abdullah yenə eyni cavab ilə qayıdanda Peyğəmbər buyurur: “Allah onun qarnını doyuzdurmasın!”

Məşhur təfsir və tarix alimi İbn Kəsir bu hadisəni qeyd etdikdən sonra yazır ki, Peyğəmbərin nifrini həqiqətən həyata keçmişdi. Müaviyə Şamda hakimiyyət sürdüyü zaman gündə yeddi dəfə yemək yeyirdi. Onun üçün çoxlu ət və soğanla dolu qab gətirirdilər, o da bunları yeyirdi. Gündə yeddi cür ətli xörək, çoxlu halva və meyvə yeyir, sonra belə söyləyirdi: “Vallahi, doymadım. Bu qədər nemət ola-ola qarnımı doyurmağa aciz qalmışam” (əl-Bidayətü vən-nihayə, XI, 401-402).


Geri dön

シFidawkaシ

  • 4 mart 2015 19:12
  • Məqalə: 5
  • Şərh: 17
  • Bal:
Çox sağ olun oxuduğunuz üçün :-)

(HaYeL)

  • 12 fevral 2015 11:17
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Əllərinizə sağıq Allah köməyiniz olsun..)

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 11 fevral 2015 20:57
  • Məqalə: 670
  • Şərh: 18392
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------
คşк łคfтคɴ คɴłคмคz

sessiz deniz

  • 11 fevral 2015 20:23
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnn

psix)

  • 11 fevral 2015 20:19
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
allah razi olsun insallah amin tsk

--------------------
......

Pıtırcık

  • 11 fevral 2015 17:51
  • Məqalə: 576
  • Şərh: 9727
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 11 fevral 2015 17:51
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Марагл иди ТесеккурЛер.....)
Еллервизе саглыг

--------------------
UREYIM...I MEN

G♥S

  • 11 fevral 2015 17:49
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

princessa_sevda

  • 11 fevral 2015 17:47
  • Məqalə: 13
  • Şərh: 840
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
[/url]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 8
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}