Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib

 
Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevi qəbul edib.
Cənab A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində A.Kudayberdiyevin rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Qırğızıstanın Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Öz növbəsində qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.
Sonra Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qırğızıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aycigit Buranov da iştirak edib.
Səfər fevralın 13-dək davam edəcək.



Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib


Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib


Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib


Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib


Müdafiə naziri Qırğızıstan Respublikasının Müdafiə nazirini qəbul edib


Geri dön

Elya Alieva

  • 12 fevral 2015 11:41
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Марглы хебер дир
палашдгвыз
цун ......
Тесеккурлер....) winked

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 12 fevral 2015 10:53
  • Məqalə: 479
  • Şərh: 9656
  • Bal:
{awards}
fellow xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}