Azərbaycan Mənim Vətənimdir!

 
Azərbaycan Mənim Vətənimdir!




Təkcə onu demək kifayətdir ki,Azərbaycanın coğrafi mövqeyi,tükənməz təbii sərvətləri,yüksək dağları,geniş yay və qış otlaqları,münbit və məhsuldar torpaqları,zəngin heyvanat aləmi,yeraltı sərvətləri hələ çox uzaq keçmişdən ölkəni qədim xalqların yaşayış məskəninə çevirmişdir.Zəngin mədəniyyətə və təbii sərvətlərə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi də qədim köklərdə dayanır.

Azərbaycanın tarixi qədər onun mədəniyyəti də qədim köklərə malikdir,onun adına hələ miladdan qabaq yazılmış əsərlərdə rast gəlinir.Burada əl quyuları vasitəsilə neft çıxarmaq,şoranlıqlardan duz istehsal etmək,zəfəran becərmək barədə qədim sənədlərdə olan qəydlərə rast gəlirik.Bakı öz odu,öz alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahlarına çevrilib.Dünyanın hər yerindən öz-özünə alışan,yanan ocağa ziyarətə gəlirlər.Şübhəsiz,bütün bunlar,Bakının qədim zamanlardan mədəniyyət ocağı olduğunu sübut edir.Azərbaycanın mədəniyyətini qələmə alarkən onun mətbəxindən yan keçmək olmaz.Odlar yurdunun milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir.Bir çox Azərbaycan xörəklərinin adlarına qədim yazılı mənbələrdə,səyyahların xatirələrində rast gəlmək olur.Milli mətbəximizdə ətirli-ədviyyəli bitkilərdən biri olan zəfərandan geniş istifadə olunurdu ki,bu da SSRİ-də yalnız Abşeron yarımadasında becərilirdi ve vətənimin daha bir möhtəşəmliyi ondadır ki,Bakı kəndi olan Bilgəhdə yetişən zəfəranın tərkibində olan xüsusi element dünyanın digər ölkələrində yetişdirilən zəfəranın tərkibində yoxdur,Azərbaycan kulinariyasında zəfaran əlava edilməklə 50-dən çox müxtəlif növ xörək və10-dan çox şirniyyat məmulatı hazırlanır.




Odlar yurdunun iqdisadiyyatından bəhs edərkən onun neftini vurğulamaq mütləqdir.Beləki, Bakı əsrlər boyu şərq,cənub və şimal qonşuları ilə ticarət etmişdir.Bu əlaqə həm karvan yolları,həm də dəniz vasitəsilə olmuşdur.Bizim dövrümüzə qədər İçəri şəhərdə qalmış Buxaralılar karvansarası və Hindistanlılar karvansarası sübut edir ki,Bakı hələ qədim zamanlardan Orta Asiya və Hindistanla geniş ticarət etmişdir.Bakının hərtərəfli inkişafı,onun adının bütün dünyada məşhur olması,19-cu əsrin 70 illərindən başlamışdır və bu da təbii ki neft sənayesinin inkişafı ilə bağlıdır. Bakı nefti təkcə Azərbaycanın yox,bütün Qafqazın dirçəlməsinə güclü təkan vermişdir.Hətta ikinci dünya müharibəsi zamanı Bakı nefti emal olunmadan təyyarələrə istifadəyə verilirdi,bu isə neftimizin Xəzər dənizi qədər təmiz və durululuguna dəlalət edir.Qara qızıl diyarı olan Bakının şöhrəti bütün dünyaya yayılıb.Hətta bir müddət öncə varlanmaq üçün dünyanın bir çox sənət ve pəşə sahibləri Odlar yurduna axışırdılar.Məşhur mühəndislər,memarlar,alimlər,texnoloqlar Bakıda mənsəb və dövlət sahibi olmuşlar.Bakı mədənlərində gözlənilmədən elə fontanlar olurdu ki,oradan gün ərzində min tonlarla neft çixarılırdı.Heç yerdə və heç kəsin tanımadığı adi bir adam birdən-birə dönüb olurdu milyonlar sahibi.Hacı Zeynalabdin Tağıyev,Musa Nağıyev,Şəmsi Əsədullayev,Murtuz Muxtarov,Səlimov,Seyid Mirbabayev belə varlananlardan idilər.Neft fontanın vurması ilə qonşuluqdakı torpaqların da qiyməti birə min artırdı.

L.Vovenarqın belə bir hikmətli kəlamı vardır ki, “Ölməz o adamdır ki,özündən sonra Vətən üçün böyük və faydalı yadigarları qalır.” Bu fikirləri qələmə alarkən Odlar yurdumuz Azərbaycanın ölməz,unudulmaz,hər kəlməsi ilə yaş həddindən asılı olmadan hər kəsin ürəyini fəth edən şair və yazıçılarımız göz önünə gəlir.Bu şair və yazıçılardan bəhs edərkən,ömrünün ən gözəl çağlarında nahaq təziqlərə,represiyaya məruz qalaraq,vətən xaini adı altında damğalanan Mikayıl Müşfiq,Əhməd Cavad,Hüseyn Cavid kimi sevilən şairlərdən danışmaq yerinə düşər.Təsadüfi deyildir ki,hər bir Azərbaycanlının qəlbində yaşatdığı və milli sərvəti kimi qəbul etdiyi himnimizin sözləri məhz Əhməd Cavad kimi şəxsiyyətə məxsusdur.”İblis kimi ölməz bir faciəni qələmə alan Hüseyn Cavid,Yenə o bağ olaydı kimi insanın duygularını önəmsəyən lirikanın müəllifi Mikayıl Müşfiq və son nəfəsində belə üç kərə Azərbaycan ! Azərbaycan ! Azərbaycan ! deyərək dünyasını dəyişən Məhəmmədəmin Rəsulzadənin ölümü nəinki Azərbaycan və hətta bütün türk dünyasına da ağır zərbə olmuşdur.




18-ci əsrdə Cənubi Qafqazdan İranın Şimalına kimi uzanan ərazidə yarımmüstəqil xanlıqlar meydana geldi.Hökmdarların türkdilli olmalarına baxmayaraq bu xanlıqlar Fars imperiyasının tərkibində idi.1828-ci ildə Türkmənçay sülh müqaviləsini bağlayan ruslar xanlıqları leğv etdilər və Araz çayı boyunca yeni sərhədləri çəkib,azərbaycanlıları iki yerə böldülər.1988-1989-cu illərdə təxminən 200 mindən çox azərbaycanlının Ermənistandan çıxarılması nə sovet,nə də beynəlxalq mətbuatda lazımınca işıqlandırılmamışdır.1940-cı illərdə təxminən 50-min azərbaycanlının Ermənistandan depotasiyası haqqında yalnız bəzilərinin xəbəri var.Bundan əlavə,1919-1920-ci illərdə minlərlə azərbaycanlının qanlı toqquşmanın qurbanı olmaları real faktdır.Bu gün Azərbaycanımın dünyaya çatdırmaq istədiyi həqiqətlərdən biri də Qarabağ gerçəkliyidir.Yadelli işğalçiların diqqətini daha çox cəlb edən Azərbaycanın Dağliq Qarabağ bölgəsi olmuşdur.Qarabağ Azərbaycanın zəngin tarixə,mədəniyyətə,füsunkar təbiətə malik guşələrindəndir.Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşməklə respublikanın ümumi ərazisinin 5,1 faizini təşkil edir.Qarabağ 17 mahala bölünmüşdür.On iki mahalın əhalisi,bir neçə kənd istisna olmaqla bütünlükdə azərbaycanlılardan ibarət idi.Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsusdur.

Hər bir xalqın tarixində elə görkəmli simalar olmuşdur ki,zaman çərçivəsində onların böyüklüyü xalq üçün gördüyü işlərin əzəməti vasitəsilə xalqın varlığı,mənəvi həyatı,milli şöhrəti artır və mənəvi yüksəliş dövrləri keçirir.Belə simalardan biri də müstəqillik dövrünün ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə salan Heydər Əliyevdir.Qüdrətli diplomatik görüşlərə malik olan Heydər Əliyev Azərbaycan dilinin,tarixinin,ədəbiyyat və mədəniyyətinin yeni-azərbaycançılıq məfkurəsi ilə dərkinin strategiyasını formalaşdırmışdır.Zənnimcə,biz gənclər ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasına sadiq qalmalı,xalqımızın milli-mənəvi dəyərlərinə,müstəqil dövlətçilik ənənələrinə,dövlətimizin milli atributlarına hörmətlə yanaşmalı,Odlar yurdu Azərbaycanımıza layiqli vətəndaş olmalıyıq !

Zənnimcə,əsl yüksək əxlaqa sahib olan xeyirxah insan o adam hesab edilə bilər ki,o özünün bütün davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırsın.Vətənin qədrini o kimsə bilər ki,vətən ilə onun ruhən rabitəsi olsun,vətəni ilə birgə ağlayib,vətəni ilə birgə gülməyi bacarsın.Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir-ürəyi nə qədər dolu olsa da özünü ruhən yorğun və cansız hiss edər...Azərbaycan anlamı Şuşa torpağından ilham alan Üzeyirin musiqisindən,Bülbülün nəgmələrindən süzülərək öz əksini Bəxtiyar Vahabzadənin qələmində əks etdirən misralarından başlanır... MƏN FƏXR EDİRƏM Kİ,MƏN AZƏRBAYCANLIYAM !

Bəlkə də borcundan çıxmadım,Vətən !

Ömür bahar deyil bir də qayıtsın,

Ölsəm də,qoynunda qoy ölüm ki mən,

Çürüyüm,bir ovuc torpağın artsın ...



Geri dön

İTMİŞ_ŞƏHZADƏ

  • 12 fevral 2015 20:38
  • Məqalə: 1
  • Şərh: 2042
  • Bal:
Təkcə onu demək kifayətdir ki,Azərbaycanın coğrafi mövqeyi,tükənməz təbii sərvətləri,yüksək dağları,geniş yay və qış otlaqları,münbit və məhsuldar torpaqları,zəngin heyvanat aləmi,yeraltı sərvətləri hələ çox uzaq keçmişdən ölkəni qədim xalqların yaşayış məskəninə çevirmişdir.Zəngin mədəniyyətə və təbii sərvətlərə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi də qədim köklərdə dayanır.

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Bash Belası

  • 12 fevral 2015 15:07
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Ellerne Sağlx MaraxLı xeberdi...)

Elya Alieva

  • 12 fevral 2015 14:54
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Белцеде борцунан цыхмадым Ветен
Омур Бахар дейил Бирде гайытсын
Олсемде гой гойнунда олумки мен
Цуруйум бир овуц торпагын Артсын


Тесеккурлер гозел Мегеледир
Елервизе саглыг.....)
Цох гозел мегеледир

Намусумуз Геретимиздир
Ветен Мен фехир Едиремки Азербайджанлыйам

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 12 fevral 2015 13:34
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
{awards}
sağ olun xəbərə görə

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}