DİQQƏT! Bu videolar ailənizi dağıda bilər - TÖVSİYƏ

 
DİQQƏT! Bu videolar ailənizi dağıda bilər - TÖVSİYƏ


Sosial şəbəkədə istifadəçilərinin səhifəsində yayılan “spam” videolar ailə-məişət zəminində də problem yaradır. Adının açıqlamasını istəməyən xanım Lent.az-a bildirib ki, bunun nəticəsində ailəsində narazılıq olub: “Mən işimlə əlaqədar səhifəmə bir neçə saat daxil olmamışam. “Facebook” dostlarımdan biri hansısa linkə daxil olub. Bunun nəticəsində onun səhifəsinə virus düşüb və həmin virus da bizim səhifələrimizə çıxıb. Bunu görən həyat yoldaşımın qohumu qayınatama xəbər verib”.

Xanım “facebook” istifadəçinin sözlərinə görə, nə qohumu, nə də qayınatası həmin əxlaqsız videonun onun səhifəsində çıxmasının səbəbini bilmirlər. “Elə ona görə də ailəmdə problemlər yaşadım. Amma həyat yoldaşım da mənim kimi sosial şəbəkə istifadəçisi olduğundan, məni başa düşdü”-deyə, o bildirib.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə virusların qarşısının alınması üçün tədbirlər nəzərdə tutulub: “Birinci növbədə istifadəçilər “facebook”un elementar qayda-qanunlarını bilməlidirlər. Əvvəla, “facebook”da dostluğa qəbul, gələn mesajların oxunması üçün qaydalara əməl edilməlidir. Eyni zamanda, kompüterlərdə anti-virus proqramı olmalıdır”.

O. Gündüz onu da qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin saytında sosial mediadan, o cümlədən “facebook”dan təhlükəsiz istifadə qaydaları ilə bağlı məlumat yerləşdirilib.
Mərkəzdən Lent.az-a bildirilib ki, internet texnologiyalarının inkişafı sürətlə həyatımıza nüfuz etməkdədir və bu ən çox özünü internetdə mövcud olan sosial şəbəkələrdə göstərir. Hər ötən gün sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Belə ki, bir çox insan sosial şəbəkələrsiz həyatını təsəvvür etmir və gündəlik olaraq müxtəlif məqsədlərlə (iş, əyləncə, ünsiyyət və s.) bu şəbəkələrdən istifadə edir.

Belə olan təqdirdə sosial şəbəkələrdə istifadəçilərin təhlükəsizliyi məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Buna səbəb isə istifadəçilərin öz hesablarının informasiya təhlükəsizliyini təmin etmələri barədə kifayət qədər məlumata malik olmamalarıdır. Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi, sosial şəbəkələr arasında istifadəçi sayına görə "Facebook" öndədir.


Bütün bu amilləri nəzərə alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb. "Facebook"da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarının qeyd olunduğu kitabça sosial şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələlərindən bəhs edir.
Kitabça Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Facebook sosial şəbəkəsinin cari istifadə və təhlükəsizlik qaydaları əsasında hazırlanıb və tövsiyə xarakteri daşıyır. Kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

- Facebook sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları
- Facebook hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)
- Oğurlanmış Facebook hesabını geri qaytarmaq üçün görülməli tədbirlər
- Spam və virusların Facebook vasitəsilə yayılma yolları (Facebook tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları
- Saxta hesablar
- Facebook hesabınızla bağlı əhəmiyyətli məlumatların əldə olunması

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ETM tərəfindən hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyasını saytın Maarifləndirmə bölməsindən (http://www.cert.az/s/u/document/2_fb_merge.pdf) əldə etmək mümkündür.


Geri dön

İTMİŞ_ŞƏHZADƏ

  • 12 fevral 2015 20:37
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
xeber verdiyinizcun twk

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Seker_Pare

  • 12 fevral 2015 20:21
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
MeLumaTa gore Tesekkurler what

Bash Belası

  • 12 fevral 2015 15:05
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
MaraxLıdı...

Elya Alieva

  • 12 fevral 2015 15:00
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Аоо Бизден узаг

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 12 fevral 2015 13:33
  • Məqalə: 385
  • Şərh: 9503
  • Bal:
{awards}
məlumata görə sağ olun no

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}