Əziz qızım

 
Əziz qızım

Əziz qızım! Gün gələcək, mən qocalacağam – o zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üzərimə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol.

Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçikkən yuxulamağın üçün eyni nağılı dəfələrlə oxuduğumu xatırla. Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm; yeməyi necə yeyərlər, daha gözəl necə geyinə bilərsən, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır...

Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim...

Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı əsas olan mənim ne dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır...

Mənim qocalığımı görüb kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim...

Yardım et irəli gedim, yardım et öz yolumu sevərək və səbirlə bitirim. Buna qarşılıq səni, heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam. Qızım, səni sevirəm...


Geri dön

K.r.A.l

  • 13 fevral 2015 21:56
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
elaaaaaaaaa twk

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

NeRGiz_AgabaLaYeVa

  • 13 fevral 2015 21:24
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Oxudum və çox kədərləndim recourse

Elya Alieva

  • 13 fevral 2015 20:55
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ТЕСЕККУРЛЕ

--------------------
UREYIM...I MEN

psix)

  • 13 fevral 2015 20:38
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
hekayeye gore cox sagol...men ana qayğisi gormemisem recourse

--------------------
......

Pıtırcık

  • 13 fevral 2015 20:34
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
hekayəyə görə sağ olun recourse

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}