Facebook-dan Azərbaycana zərbə

 
Facebook-dan Azərbaycana zərbə

Qondarma Dağlıq Qarabağ Respublikasının Facebook səhifəsi rəsmi olaraq təsdiq edilib.

20 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev anspress-ə açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, bununla bağlı Facebook-a rəsmi müraciət olunacaq:

"Bu cür məsələlərdə Facebook fərqli bir siyasət yürüdür. Onlar siyasi məsələrə diqqət yetirmirlər. Şirkətə rəsmi olaraq müraciətdən sonra Facebook həmin şəxs və ya hökuməti araşdırır və səhifəni təsdiq edir. Bu vəziyyəti aradan qaldırmaq üçün biz məhkəməyə müraciət edərək qərar çıxarmalıyıq. Daha sonra isə əsaslandırılmış tələblərlə Facebook-un ABŞ-dakı baş ofisinə müraciət etməliyik".

Mütəxəssislər isə hesab edirlər ki, bu cür səhifələrin yığışdırılması üçün bir çox yollar var. İKT üzrə ekspert Cahid İsmayıloğlu anspress-ə açıqlamasında bildirib ki, Facebook-un baş ofisinə rəsmi olaraq müraciət olunmalıdır. Bununla yanaşı, həmin səhifəni istifadəçilər "unlike" etməlidirlər ki, şirkətin diqqətini bura cəlb edək.

Mütəxəssislər digər bir effektiv variant kimi Facebook-un ölkədə bağlanmasını təklif edilər. Təbii ki, bu addım şirkətin haqlı tələblərə biganə qalmasından sonra atılmalıdır.

Qeyd edək ki, Türkiyədə də bu yaxınlarda həmin praktikadan istifadə edilib. Hökumət əleyhinə səhifələrin və yazıların yığışdırılmasını tələb edən qonşu ölkə Twitter və Youtube kimi nüfuzlu şəbəkələrin ölkədə istifadəsini qadağan etmişdi. Bundan sonra danışıqlara getməyə məcbur qalan şirkətlər Türkiyənin haqlı iradlarını qəbul etmişdi.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 13 fevral 2015 17:22
  • Məqalə: 665
  • Şərh: 18422
  • Bal:
Facem yoxduuu..

Elya Alieva

  • 13 fevral 2015 15:53
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ТЕСЕККУРЛЕ

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 13 fevral 2015 14:10
  • Məqalə: 412
  • Şərh: 9555
  • Bal:
{awards}
xəbər görə sağ olun what

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}