Ey kaş 114(yüz on dörd) ola oğlum mənim Allah,

 
Ey  kaş 114(yüz on dörd) ola oğlum mənim Allah,


Eşqi kimə yönəlt ? ağıl müəyyən edir ,kimi sevmək lazımdı ,Sevdikdən sonra sevdiyinin yolunda necə fədakarlıq elə ,fədakar ol Dinimizə görə, Allahın ağıl verdiyi insan bu dəyərdən daim istifadə etməli, düşünməli, düzgün qərarlar çıxarıb bu dünya və axirətdə Allah razılığına nail olmalıdır. Quranda insanlar bir çox ayələrdə düşünməyə təhrik edilir. Çünki insanların ilahi etik imperativləri dərk etmək, kainat kitabını, nəfsindəki kitabı və nazil olan kitabları anlamaq üçün ağıldan istifadəyə ehtiyacı var. Rəbbimiz bizi düşünməyə, ağıl işlətməyə təhrik edir, fəal şəkildə kainat kitabını oxuyub oradan bilgi almağımızı istəyir: “Ayaq üstə durarkən, bir yerdə oturarkən, böyrü üstə uzanarkən Allahı anar, göylərin və yerin yaranışını düşünə-düşünə deyər onlar: «Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun Sənə, od əzabından qoru bizi” (1, Ali İmran 191); “Şübhəsiz, dərindən inananlar üçün ayələr var yer üzündə və sizin öz xilqətinizdə. Görməzmisiz bunları?” (1, Zariyat, 20-21): “Nə qədər ki, Quranın haqq olduğu aydın olmamış insanlara, varlığımızın ətrafda və onların öz içində olan dəlillərini elə hey göstərəcəyik onlara” (1, Fussılət, 53). Eləcə də nazil edilən kitablardan biri olan Qurandan öyüd almaq üçün insanın bu vasitədən – ağıldan istifadəyə ehtiyacı var: “Mübarək bir Kitabdır sənə nazil etdiyimiz. Ayələri barədə bir düşünüb-daşınalar, öyüd ala ağlı olan kimsələr” (1, Sad, 29).
Bütün bunlarla yanaşı, bir sıra təsəvvüf mütəfəkkirlərinə görə, insanın təkamülündə elə bir məqam gəlir ki, o, ağıldan imtina edib, qalan məsafəni eşqlə qət etməlidir. Təsəvvüf ədəbiyyatında vüslətin – (Allaha çatmağın) iki yolu var: eşq yolu və ağıl yolu. Aşiq eşqi, zahid isə ağılı təmsil edir. Sufilərə görə, məqsədə doğru ən qısa, amma ən çətin yol eşq yoludur.
Eşq kainatda zərrədən makroya bütün varlığa xasdır.
Təsəvvüf əhlinə görə, kainatda canlı və cansızlar eşqlə Allaha tabe olub onun əmrini yerinə yetirirlər: Ulduzlar, Ay, Günəş eşqlə dolanır. Nizamiyə görə, duanın qibləsi göylər olduğu kimi, göylərin də mehrabı eşqdir. Çünki eşqin qaynağı Allahdır:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
... Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
Burada astronomik obyektlərin eşqlə dolandığı barədə deyilənlər metafora deyil. Bu qənaətlər Qurani-Kərimdən təcil alır. Fussılət surəsindən öyrənirik ki, Göylə Yer Allahın buyruğuna eşqlə boyun əyir: ”Sonra göyə yönəldi. Dumandı, buxardı göy. Göyə, Yerə «Gəlin Mənim buyruğuma könüllü ya könülsüz» dedi. «Könüllü gəldik» dedilər” (1, Fussılət 11). Ayədən göründüyü kimi, burada söhbət subordinasiya qismində tabeçilikdən yox, məhz kökündə eşq dayanan bir münasibətdən gedir. Yəni eşq təkcə insana xas olan bir hiss deyil. Başqa bir ayədə bizim canlı saymadığımız astronomik obyektlərin belə Allahı təsbih etdiyi deyilir: “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!” (5, İsra, 44). Ayəyə görə, mikrodan makroya – atomdan qalaktikalara qədər bütün varlıq Allahı təsbih kimi bir fəaliyyət içindədir. Nizami Gəncəviyə görə, eşq kainatın var olmasının səbəbidir. O, Tanrı sifətidir. Buna görə əzəli və əbədidir. Bu dünya eşqsiz quru bir məzardır.
Eşq düşsə daşın da qəlbinə əgər
Gövhərdən özünə məşuq düzəldər.
Maqnit olmasaydı eşqin əsiri
Çəkməzdi özünə dəmir zənciri.
İdrakı dinləsək, söyləyir o da:
-Hər şey eşq üstündə durur dünyada (4).
Mövlana da cansızların belə eşqi olduğunu ifadə edir: “Ey aşiq! Eşq Turun canı oldu. Tur sərxoş, Musa da yıxılaraq bayılıb!” (6, I, misra 25-26). Burada söhbət Əraf surəsindəki ayədən gedir. “Qoyduğumuz vaxtda özünü yetirdi Musa. Söhbətə başlayarkən onunla Rəbbi, «Özünü mənə göstər baxım» dedi Musa. «Sən görə bilməzsən Məni. Ancaq o dağa bir nəzər yetir, yerində durubsa dağ, Məni mütləq görəcəksən» buyurdu Rəbbi. Görünəntək Rəbbi dağa parça-parça etdi onu. Huşsuz düşdü Musa.” (1, Əraf 143). Mövlanaya görə, Tur dağının parçalanmasına səbəb olan eşqdir.
Ağılsız insan hec vaxt aşiq ola bilməz Sən mənə denən kimi sevirsən Mən sənin kim olduğunu deyim ? Bu şeiri imam Hüseyinin dilindən yazıblar

Ey kaş 114(yüz on dörd) ola oğlum mənim Allah,
Qurban verəm hər sureyi-Quran əvəzində.
Əkbər başı münşəq olur olsun nə sözüm var?
Dilsiz balam əmsin oxu püstan əvəzində.
Güldən də gözəl güllərimin rəngi saralsın,
Olsun güli İslam şükifan əvəzində.
Ey kaş 114(yüz on dörd) ola oğlum mənim Allah,
Qurban verəm hər sureyi-Quran əvəzində.


Məqaləyə görə Vasif Sadıqliya Və Hacı Şahin qardaşa minnətdarlığımı bildirirəm


Geri dön

Bash Belası

  • 14 fevral 2015 22:52
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
MeqaLeye göre Allah sizden razı oLsun...

Allahi_Unutma

  • 13 fevral 2015 18:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
“Mübarək bir Kitabdır sənə nazil etdiyimiz. Ayələri barədə bir düşünüb-daşınalar, öyüd ala ağlı olan kimsələr” (1, Sad, 29).

Allah razi olsun

Pıtırcık

  • 13 fevral 2015 18:16
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
ALLAH

RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Elya Alieva

  • 13 fevral 2015 18:10
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
АЛЛАХ РАЗЫ ОЛСУН
Хегигетенде Дейе билеремци Бейниме
Цох Шей Батд
Менцун Меслехет
Олацаг нуминелер одлду winked
ТЕСЕККУРЛЕ

--------------------
UREYIM...I MEN

psix)

  • 13 fevral 2015 17:55
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
super allah razi olsun..elleriniz derd gormesin

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 65
Cəmi: 89

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}