Zaman bizim düşündüyümüz deyilmiş

 
Zaman bizim düşündüyümüz deyilmiş


İnsan vaxtı xətti anlayış kimi dərk edir, yəni o, bizim üçün yalnız bir tərəfə axa bilər. Buna görə də "vaxtı geri qaytarmaq olmaz” deyirik. Buna baxmayaraq, Massaçusets Texnologiya İnstitutunun professoru Bredford Skou özünün "Obyektlərin yaranması” kitabında ehtimal edir ki, keçmiş, indi və gələcək yanaşı mövcuddur.

Vaxt: "Kainat bloku”

"Çoxları güman edir ki, vaxt xəttvaridir və biz onda gəminin dənizdə hərəkət etdiyi kimi irəliləyirik, indiki zaman isə projektorun şüası kimidir və biz keçmiş və indiki zaman arasında hərəkət edirik”- alim bildirib. Eyni zamanda o, əlavə edir ki, əsaslı dəlil olmayana qədər bu nəzəriyyəyə inanmaq mümkün deyildir. O, bunun əvəzinə "Kainat bloku” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə, vaxtın ayrıca götürülmüş məqamı heç yerə yoxa çıxmır, o, digər məkan ölçülərində mövcudluğunu davam etdirir.

"Biz eyni vaxtda məkanın bir çox nöqtələrində olduğumuz kimi müxtəlif vaxtlarda da mövcud oluruq”- doktor Skou hesab edir.

Sanki əla yenilikdir: indi biz geriyə qayıda və düzgün olmayanları qaydasına sala, eləcə də öz gələcəyimizə baxa və gələcək hadisələr barədə əvvəlcədən məlumat ala bilərik... Amma professor Skou vaxt üzrə səyahət həvəskarlarını məyus edir: bunun üçün texniki imkan yoxdur. Ən azı, bu gün.

Vaxt- riyazi dəyişən

Bu, vaxt haqqında ənənəvi təsəvvürlərlə bağlı mübahisə aparmaq üçün, heç də, ilk cəhd deyildir. Ptyudakı (Sloveniya) Bistra Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri güman edirlər ki, vaxtın mütləq ölçü kimi Nyuton anlayışı, həmçinin məkanın dördüncü ölçü kimi qəbulu düzgün deyildir. Tədqiqatçılar vurğulayıblar ki, vaxt yalnız fiziki dəyişikliklərin baş verdiyi numeroloji ardıcıllıqdır. Buna görə də o, sərbəst məkan ölçüsü ola bilməz. Çox yəqin ki, bu, məkanın özünün xüsusiyyətidir.

Physics Essays jurnalında dərc edilmiş məqalədə tədqiqat müəllifləri Amrit Sorli, Devid Fiskaletti və Düzan Klinar yazırlar ki, biz zamanı, bir qayda olaraq, düstur və qrafiklərdə "t” hərfi ilə işarə edilən sərbəst şəkildə dəyişən mütləq kəmiyyət dəyəri kimi hesab etmişik.
Bizə elə gəlir ki, onu ölçmək olar, lakin, əslində, bu belə deyildir. Biz, ümumiyyətlə, vaxtı yox, obyektlərlə baş verən dəyişikliklərin tezliyini və sürətini ölçürük. Bu, yalnız şərti kəmiyyətdir, fiziki baxımdan isə mövcud deyildir.

"Bu baxış fizika aləminə daha uyğundur və ani fiziki məqamları daha yaxşı izah edir: cazibəni, elektrostatik qarşılıqlı təsiri və bir çox digər şeyləri. Zaman nəzəriyyəsi məkanın dördüncü ölçüsü kimi yanlış ola bilir və sonuncu məqaləmizdə biz sübut etmişik ki, bunun səhv olduğunu güman etmək üçün tutarlı əsaslar vardır. Eksperimental nəticələr əsasında deyə bilərik ki, zaman- bu, bizim saatlar vasitəsilə ölçdüyümüzdür: saatlar vasitəsilə biz məhz maddi dəyişikliklərin, yəni məkanda hərəkətin numeroloji ardıcıllığını ölçürük”- alimlər ehtimal edirlər.

Vaxt itəcək?

Salamanka Universitetindən (İspaniya) olan tədqiqatçılar Xose Senovill, Mark Mars və Raul Vera güman edirlər ki, Kainat tünd materiyanın təsiri altında sürətlənmə nəticəsində genişlənir, kosmik vaxt isə ləngiyir. Onlar bildirirlər ki, "o, ümumiyyətlə, itəcək!”. Doğrudur, bu, artıq Yer mövcud olmayanda və bəşəriyyət məhv olduqdan sonra baş verəcək.
"Hər şey həmişə mövcud olmuş mənzərələr kimi donmuş vəziyyətdə olacaq”- alimlər qeyd ediblər.

"Zamanın oxu”

Ötən ilin dekabrında doktor Culian Barbur (Böyük Britaniya) və onun həmkarları Tim Kozlovski və Flavio Merkati (Kanada), necə deyərlər, "zamanın oxu”nun haraya hərəkət etməsi ilə bağlı suala cavab verməyə çalışıblar. Onlar ehtimal edirlər ki, Böyük Partlayış nəticəsində bir yox, vaxt üzrə əks istiqamətlərdə hərəkət edən iki Kainat yaranıb.

Tədqiqatçılar bildirirlər ki, onlar irəliyə tərəf hərəkət edirlər, lakin başqa trayektoriyalar üzrə. ""Güzgülü” Kainat bizim Kainata bənzəyir, amma onun tam surəti deyildir. O, müstəqil şəkildə təkamül edib, buna baxmayaraq, onda da həmin fizika qanunları fəaliyyət göstərir, orada da planetlər, ulduzlar və qalaktikalar vardır”- alimlər vurğulayırlar.

Bu, Böyük Partlayışın nəticələrini izah edən nəzəriyyələrdən biridir. "Hər dəfə, söhbət Böyük Partlayışdan gedən vaxt, insanlar əllərini yelləyir və o vaxt, həqiqətən, nə baş verdiyi barədə danışa bilmədiklərini deyirlər. Biz öz şşlərimizlə insanlara daha çox məlumat verə bilərik”- doktor Barbur bildirib.


Geri dön

Elya Alieva

  • 17 fevral 2015 09:21
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

Aylowka)))

  • 15 fevral 2015 00:04
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Maraqli meqaledi can cox sagol)

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

K.r.A.l

  • 14 fevral 2015 21:27
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
{awards}
elaa tewekkurler

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

sessiz deniz

  • 14 fevral 2015 21:04
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrr

вคɴค iкiмizi คɴlคт ❤

  • 14 fevral 2015 20:22
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
menalidi cox beyendim..

..::My Black::..

  • 14 fevral 2015 19:43
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Tewekkur edirem)))

Elya Alieva

  • 14 fevral 2015 19:40
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
ТЕСЕККУРЛЕ

ТЕСЕККУРЛЕ

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 14 fevral 2015 19:11
  • Məqalə: 479
  • Şərh: 9654
  • Bal:
{awards}
MARAGLİDİR

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}