Hanı Zəhra hanı Mövla?!

 
Hanı Zəhra hanı Mövla?!


Ey dil, demə bunca, hanı Mövla, hanı Mövla?!
Gerçəkdə bilirsən axı əla, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!
Başdan-başa dustaqxana – məhbəsdi bu dünya,
Zəncirləri nəfsin dili, ovsunları xülya,
Çox işləri çıxmaz üzə - gizlin və müəmma,
Gizlinləri saymaqla qutarmaz sayan, əsla...
Ta başla qabaqdan – hanı Zəhra, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!
Etdikləri olmaz vəli aşiqliyə şayan,
Dildə neçə min yol eləyən canını qurban,
Qurban dediyi kəlməni dərk etməyən insan,
Hardan biləcək ki, nədir o eşq ilə Canan...
Boş-boş danışıb başlama bica, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!
Vəsfində gülün şura gəlib bülbülü-şeyda,
Pərvanəsə, yanmaqla verib eşqinə məna,
Amma, “sevənin” qopmadı bir dırnağı hətta,
Əslində, həqiqətdə haramdır ona sevda...
Sus, bir də gətirmə dilə aya, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!
Hər gözləməyi sanma hünər, ya ki, şücaət,
Hər həsrəti zənn eyləmə öz ömrünə zinət,
Mütləq yetirər məqsədə gerçək, əsil həsrət,
Dünyanı dolan qəlbdə həsrətlə məhəbbət,
Axtar o qədər ki, biləsən ta, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!
Aç gözlərini, olma özündən belə qafil,
Qoyma eləyə əhli-ədu həqqini zail,
Bir gör, necə meydan sulayır zülm ilə batil,
Çox sevdiyin ol dəhr səbəbdir buna, ey dil,
Tut, silkələ dünyanı ki, dünya, hanı Mövla?!

Hanı Zəhra hanı Mövla?!


Geri dön

K.r.A.l

  • 15 fevral 2015 22:47
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
elaaaaaaaaa tewekur

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

sessiz deniz

  • 15 fevral 2015 19:54
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Ey dil, demə bunca, hanı Mövla, hanı Mövla?!
Gerçəkdə bilirsən axı əla, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!
Başdan-başa dustaqxana – məhbəsdi bu dünya,
Zəncirləri nəfsin dili, ovsunları xülya,
Çox işləri çıxmaz üzə - gizlin və müəmma,
Gizlinləri saymaqla qutarmaz sayan, əsla...
Ta başla qabaqdan – hanı Zəhra, hanı Mövla?!
HANI ZƏHRA, HANI MÖVLA?!

(HaYeL)

  • 15 fevral 2015 19:03
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Allah razı olsun əlləriniz dərd görməsin AmiN.)

--------------------

Pıtırcık

  • 15 fevral 2015 18:15
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 15 fevral 2015 18:10
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Ац Гозлерини олма озуден беле гафил
гойма нлейе ехлу еду хагыны заил
бир гор неце сулайыр зулум иле батил
Цох севдийин ол дехр себебдир буна ей дил
Тут силцеле дунйаны ки дунйа ханы Мовла

--------------------
UREYIM...I MEN

^^YeRaZKa MeLeK^^

  • 15 fevral 2015 17:50
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
İlk şərh yenədə məndən)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 43

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}