Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Cənub küləyi əsəcək, gündüz 16 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcəyi gözlənilir. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlər dumanlı olacaq, gün ərzində, əsasən, yağmursuz keçəcək. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək.Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.


Geri dön

(HaYeL)

  • 16 fevral 2015 20:01
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
Allah razi olsun xebere gore twk=)

--------------------

Bash Belası

  • 16 fevral 2015 15:40
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
MeLumatçün saoL...

sessiz deniz

  • 16 fevral 2015 14:48
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrr

♔ Rapuиzel ♔

  • 16 fevral 2015 14:12
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
xebere gore twk.....

--------------------

Pıtırcık

  • 16 fevral 2015 12:37
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
məlumata görə sağ ol no

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 16 fevral 2015 12:18
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ILIK SERX MENDEN tongue

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}