İnternetdə ən çox nə satılır?

 
İnternetdə ən çox nə satılır?

Bu yaxınlarda keçirilən tədqiqatın nəticələrinə görə, geyim, kitablar, elektronika və kosmetika dünyada istifadəçilərin internetdə aldıqları populyar mallar kateqoriyası sırasına daxildir. Lent.az-ın mincom.gov.az-a istinadən verdiyi məlumata görə, hazırda dünyada onlayn alışın illik həcmi 1 trilyon dollar qiymətləndirilir. “Forrester Research” agentliyinin və “FedEx” logistika şirkətinin birgə tədqiqatında bu rəqəmin 2019-cu ilədək iki dəfə artacağı ehtimal olunur. Elektron ticarətdə bütün alışların xeyli hissəsinə transsərhəd daşımalar daxildir.

Dünyada rəyi soruşulanların 82 faizi bildirib ki, xarici ölkələrin internet mağazalarında alış-veriş edirlər. Bu göstəricilər regionlar üzrə cüzi dəyişir. Belə ki, Kanadada xarici internet mağazalarında alış-veriş edən istifadəçi göstəricisi 90, Yaponiyada 59 faiz təşkil edir. Bu alıcılar transsərhəd alışlara ildə orta hesabla 300 dollar xərcləyir.

Onlayn alışda əsas ticarət istiqamətləri ABŞ, Çin və Böyük Britaniyadır. Bu ölkələr 2014-cü ildə əsas onlayn alış ixracatçısı olub. Kanadalılar Cənubi Amerika ölkələrinin sakinləri kimi, ABŞ-dan mal sifariş edirlər. Avropalılar Avropa İttifaqının (Aİ) internet-mağazalarında alış etməyə üstünlük verirlər, halbuki Britaniya şirkətləri malları ilk növbədə ABŞ və Avstraliyaya çatdırırlar. Həmçinin Yaponiya və Cənubi Koreya sakinləri qeyd edirlər ki, qonşu ölkələrdən daha çox ABŞ-dan alış-veriş edirlər.

Tədqiqata görə, alıcılar iri pərakəndə satış şirkətlərinin və beynəlxalq ticarət mağazalarının mallarına üstünlük verirlər. Ölkələrin əksər respondentləri vurğulayıb ki, ilk növbədə iri onlayn mağazaların mallarına baxırlar. Bu baxımdan kiçik ticarətçilər üçün beynəlxalq onlayn ticarət bazarına çıxış üçün ən yaxşı qərar mağazanın bu internet mağazalarının birində yerləşdirilməsidir.

Qeyd olunur ki, transsərhəd ticarətin inkişafı üçün əsas maneə yüksək vergilər və rüsumlardır.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 16 fevral 2015 23:45
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
maraqli melumatdi..

^^YeRaZKa MeLeK^^

  • 16 fevral 2015 23:00
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Elaaaa....

--------------------

Elya Alieva

  • 16 fevral 2015 21:41
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
maraqli idi:p

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 16 fevral 2015 20:23
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}