Mərkəzi Bankın sədri: Manatın zəiflədilməsi tədricən baş verəcək

 
Mərkəzi Bankın sədri: Manatın zəiflədilməsi tədricən baş verəcək


“Cüzi düzəlişlərin edilməsi çox vacibdir”.

Azərbaycan həyata keçirdiyi məzənnə siyasəti çərçivəsində milli valyutanın ABŞ dollarına bağlanmasıdan imtina etməyi planlaşdırır.

Legend.Az Report-a istinadən xəbər verir ki, bu barədə Financial Times-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu, Amerika valyutasının dəyərdən düşməsinin enerji ehtiyatları ixracından asılı olan iqtisadiyyatı gərginləşdirir.

“Fiskal və monetar siyasətə cüzi düzəlişlər etmək çox vacibdir”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank tədricən inflyasiya tarqetlənməsi rejiminə keçməklə, daha çevik mübadilə məzənnəsi kursunun tətbiqi imkanlarını nəzərdən keçirir.

Nəşr qeyd edir ki, dollara bağlanmadan imtina planı Azərbaycanın valyuta siyasətində əsas irəliləyişdir və bu, neftin qiymətinin son vaxtlar 47% azaldığı bir vaxtda iqtisadi və siyasi sabitlik gətirir. Bundan başqa, qeyd olunur ki, neft və qaz Azərbaycan ixracatının 95%-i, dövlət gəlirlərinin 70%-ni təşkil edir.

Rüstəmovun sözlərinə görə, 2015-ci il çətin olacaq və əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi artım modelinə keçid və resurslardan asılılığın azaldılmasıdır.

Bununla yanaşı, o, manatın ucuzlaşmasının tədricən baş verəcəyini bildirib.

“Mərkəzi Bank əhalinin maraqlarını nəzərə alacaq”.

Qəzet qeyd edir ki, Azərbaycan manatı 2011-ci ilin ortalarından 1 dollara görə 0,78 manat məzənnə ilə ABŞ dollarına effektiv şəkildə bağlandığı bir vaxtda, neftin qiymətinin ucuzlaşması digər milli valyutalar – rus rublu, qazax tengesi və gürcü larisində kəskin azalmaya səbəb olmuşdu.

Azərbaycan Mərkəzi Bankı təsbit olunmuş mübadilə məzənnəsindən bivalyutalı (avro-dollar) səbətinə keçməyi planlaşdırır (avronun 20-30% ağırlaşdırılması ilə). Bu, illik inflyasiyanı 5-7% civarında idarə etməyə imkan verəcək (ötən il 1,4%).

Mərkəzi Bank rəhbəri qeyd edib ki, 2015-ci ilin əvvəlindən AMB milli valyuta məzənnəsinin dəstəklənməsi üçün öz ehtiyatlarından 1 mlrd. ABŞ dolları xərcləyib.

Məqalədə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı dövlət investisiyalarından çox asılıdır və hökumət neftin qiymətinin bir barelə görə 90 dollar götürüldüyü dövlət büdcəsinə yenidən baxmaq niyyətindədir.

AMB rəhbərinin sözlərinə görə, Mərkəzi Bank məzənnə siyasətində dəyişiliklə yanaşı milli iqtisadiyyatın stimullaşdırılması üzrə bir sıra pul-kredit tədbirləri üzərində də işləyir ki, bura dövlət ipoteka istiqrazlarının alınması, kiçik və orta biznesin kreditləşdirilməsinə dəstək, həmçinin bank sektoruna birbaşa dəstək daxildir.


Geri dön

Elya Alieva

  • 16 fevral 2015 20:58
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
XEBER CUN SBS

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 16 fevral 2015 20:15
  • Məqalə: 385
  • Şərh: 9503
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 44

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}