Qaraciyəri təmizləyən limonlu çuğundur suyu

 
Qaraciyəri təmizləyən limonlu çuğundur suyu


Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, ölkəmizdə becərilən çuğundurun köklərində 13-22 % şəkər olur. Yarpaqlarındakı rəngləyici boyaq maddəsindən şərab sənayesində istifadə edilir. Bundan başqa, yarpaqlarında C, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilib. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən beta-karotinlə daha zəngindir.

Son vaxtlar elmi təbabətdə çuğundurun təzə yığılmış köklərindən press altında sıxmaqla şirə alıb, xərçəng xəstəliyinin müalicəsində istifadə edilir.

Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır.

Çuğundur qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha xeyirli olar. Çuğundurun yarpağının suyu və özü bəlğəmin dərmanıdır. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızılyel üçün, xam yarpağının təpitmə halında qoyulması oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır.

Qaraciyəri təmizləyən çuğundur detoksu

Çuğundur həm də qaraciyəri təmizləyən faydalı bitkidir. Çuğundur detoksu bədəni toksinlərdən təmizləyir. Tabloid.az çuğundur detoksunun faydaları və reseptini

təqdim edir:

Çuğundur ödün qatılığını azaldır və qaraciyərin daha yaxşı işləməsini təmin edir. Nanə isə ödün on iki barmaq bağırsağa çatmasını sürətləndirir və bunun sayəsində qaraciyəri canlandırır.

Ərzaqlar:

1 ədəd çuğundur

1/4 stəkan təzə nanə yarpağı

Yarım limonun suyu

1-2 litr təzə içməli su

Hazırlanması:

Çuğunduru yaxşıca yuyun və dilimləyin. Suyun içərisinə atın və suyunun çıxmasını gözləyin. Daha sonra nanə yarpağı və limon suyunu çuğundurlu suya əlavə edin.

İçməzdən əvvəl soyuducuda 12-24 saat saxlayın. Bu qarışıq 4 gün soyuducuda xarab olmadan qala bilər. İçinə buz kubları ataraq da içə bilərsiniz.


Geri dön

İTMİŞ_ŞƏHZADƏ

  • 17 fevral 2015 16:52
  • Məqalə: 1
  • Şərh: 2022
  • Bal:
xeyirli oldugunu bilirdim amma ice bilmirem

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

--alis---

  • 17 fevral 2015 14:49
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
memulata gore sag olun

Elya Alieva

  • 17 fevral 2015 13:49
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
duzdur xeyiri var ama xec sevmirem
Tesekkurler

--------------------
UREYIM...I MEN

NIGAR

  • 17 fevral 2015 13:48
  • Məqalə: 797
  • Şərh: 10843
  • Bal:
{awards}
məsləhətlidir

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/

Aylowka)))

  • 17 fevral 2015 13:47
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Cox sagol can)

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 90

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 52
Cəmi: 797
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 39
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}