Qadın güləşçimizdən inamlı qələbə

 
Qadın güləşçimizdən inamlı qələbə


Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb.

İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib.

Güləş Federasiyasından qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib.

Güləşçilərimiz turniri 1 qızıl medalla başa vurub.

48 kq-da mübarizə aparan Mariya Stadnik Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda onun rəqibi Yaponiyadan olan Kika Kaqata olub. Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib.

İrina Netreba (58 kq) Braziliyadan olan rəqibini üstələsə də Çin təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə ABŞ idmançısını məğlub edən güləşçimiz həlledici görüşə çıxsa da, Bolqarıstanlı Taybe Yuseinə uduzub və turniri 5-ci sırada tamamlayıb.

60 kq çəki dərəcəsində təmsilçimiz Yuliya Ratkeviç İsveç və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda Finlandiyalı rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda Belarus idmançısı Anastasiya Huçokla həlledici görüşdə uduzub və 5-ci yerdə qərarlaşıb.

69 kq-da mübarizə aparan Nadya Muşka (Sementsova) da yarımfinala qədər irəliləyib. Braziliya və Polşadan olan rəqiblərini üstələyən təmsilçimiz yarımfinalda Argentinalı rəqibinə məğlub olub. Nadya Muşka (Sementsova) bürünc medal uğrunda Ukrayna təmsilçisi Alla Çerkasovaya da uduzub və turniri 5-ci yerdə başa vurub.

Raqnetta Qurbanzadə (63 kq) isə, təsəlliverici görüşdə mübarizəni davam etdirmək şansı əldə edib, ancaq bu imkanı dəyərləndirə bilməyib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.


Geri dön

--alis---

  • 17 fevral 2015 14:53
  • Məqalə: 0
  • Şərh: 118
  • Bal:
xebere gore cox sagolun
________________________________________________________

psix)

  • 17 fevral 2015 13:17
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
xebere gore tsk hemise bele yuksek zirvelere

--------------------
......

Pıtırcık

  • 17 fevral 2015 13:12
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

G♥S

  • 17 fevral 2015 12:47
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Xebere gore cox saqolun..

--------------------

Elya Alieva

  • 17 fevral 2015 12:25
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serix menden

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}