Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, günün birinci yarısında 8-12 isti, axşam 3°-dək isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 17-si günün ikinci yarısından ayın 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və ötən günlə müqayisədə temperaturun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz isə fasilələrlə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında hər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz isə fasilələrlə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə çiskinli, axşama doğru isə havanın yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Geri dön

İTMİŞ_ŞƏHZADƏ

  • 17 fevral 2015 16:53
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında hər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Pıtırcık

  • 17 fevral 2015 13:51
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
məlumata görə sağ ol no

--------------------
http://legend.az/user/imza/

G♥S

  • 17 fevral 2015 12:46
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Xebere gore tewekkur..

--------------------

Elya Alieva

  • 17 fevral 2015 12:25
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serix menden

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}