“Xocalıya ədalət !” - Xocalının haqq səsidir

 
“Xocalıya ədalət !” - Xocalının haqq səsidir


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət !) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) adlı kitab rus və türk dillərində Sankt-Peterburq və İstanbulda nəşr edilib.
TEAS-dan aldığımız məlumata görə,ilk dəfə ingilis dilində nəşr olunan bu toplu ötən il Londonun “İTHACA Press” nəşriyyatında çap edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət !” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva kitaba ön söz yazıb. Ön sözdə deyilir: “...1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli qətliamlarından biri baş verib. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının bölgənin mərkəzi Xankəndində dislokasiya edilmiş hərbi hissəsinin köməyi ilə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirib.
Bu hadisə dünya mediasının o zaman bölgədə olan bütün nümayədələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi qətliam kimi qiymətləndirilib. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılayıb, qətliam qurbanlarını şərəflə dəfn edib, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün var qüvvəsini səfərbər edib.

“Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı Xocalı soyqrımı haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümükündür.
Bu kitabın nəşri “Xocalıya ədalət” kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olub. Bunu nəzərə alaraq, kitabın bir sıra dillərə, o cümlədən rus dilinə tərcümə edilməsi məqsədəuyğun hesab edilib. Ümid edirik ki, bu kitabla tanış olan hər bir oxucu “Xocalıya ədalət !” kampaniyasına öz dəstəyini əsirgəməyəcək.
Xocalı soyqırımına dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunanan “Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümükündür”.


Geri dön

Pıtırcık

  • 17 fevral 2015 21:08
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

★Love World★

  • 17 fevral 2015 20:57
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH xalqimiza sebr versin!!! request

--------------------

Elya Alieva

  • 17 fevral 2015 20:44
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serix menden
Maraqli idi

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 27
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}