Öyrəndim!

 
Öyrəndim!

Uşaq ikən gözlərim hər zaman əllərimə baxardı, 10 barmaqıma baxardım.
Həmişə xəyallar qurrardım sanki barmaqlarım bir biri ilə söhbət edir deyə...
Baş barmaqla, çeçelə barmağım həmişə mübahisə edərdi...
amma yenədə hər barmağıma baxdığımda onlar 10 dənədir deyirdim.
Mən 10 rəqəmini belə öyrəndim!

Məktəb vaxtı coğrafiya dərsini çox sevirdim. Azərbaycanın coğrafiyası haqda oxuyanda hər zaman qürur
duyacaq bir cümləni xatırlardım. Bizim ölkəmizdə 9 iqlim qurşağı var deyə.
Kiçik ölkəmiz də olsa ordan 11 iqlimin 9-u keçirdi...
Mən 9 rəqəmini belə öyrəndim!

Uşaq vaxtı atam məni uşaqlarla oynamağa qoymazdı.
Onunla şahmat oynamağımı istəyirdi.
İlk dəfə belə izah etdi. Şahmat 8 sütün, 8 sətir var. Hər 2 sıraya 8 daş düzəcəksən.
Şahmat oynamaq üçün bu şahmat löbhəsində ki, 8-lik kombinasiyanı öyrəndim.
Çox oynadıq atamla, həmişə uduzdum amma illər keçdikcə mənim strategiyam dəyişdi. indi mən onu uduram))
Mən 8 rəqəmini belə öyrəndim!

Böyüdükcə xarici ölkələri gəzmək meylim artdı əsasəndə dünyanın möcuzələrini görmək həvəsim.
O vaxtdan heç bir möcüzəni canlı görə bilmədim amma hər zaman
bu 7 möcüzəni görmək ümidi ilə yaşadım. nə olursa olsun bu 7 yerdə olacağımı düşünürəm.
Mən 7 rəqəmini belə öyrəndim!

Hələ uşaq ikən danışardılar mənə dindən.
Bilmirdim günah olduğunu amma o zaman mən Allaha Allah baba deyə müraciət edərdim.
Kiçik vücüdumdan daim sadəcə 1 dua çıxardı: "Allah baba ana-atamın canları sağ olsun və onlara çooooooxlu pul yetir"
Böyüdükcə İmanın və İslamın 6 şərtini olduğunu anladım.
Bu 6 qaydanı bilməyin və əməl etməyin nə dərəcədə vacib olduğunu öyrəndim!
Mən Allahımdan qorxmaqla bərabər onu sevməyi öyrəndim!
Mən 6 rəqəmini belə öyrəndim!

Uşaq ikən insanlar tez böyüməyə can atar.Mən də elə düşünən biri idim.
Tez böyümək istədim amma böyüdükcə həyatdan çox dərslər alırsan, bəzən bezirsən bəzən isə həyata
bağlanırsan. amma bu həyatdan 5 əsas qaydanı öyrəndim ki, bunlar olmasa həyat sənə daim şirin gələr.
Bu 5 qaçınılası şeylər: Yalan, Qiybət, Paxıllıq, İki üzlülük və Cahillikdir!
Mən 5 rəqəmini belə öyrəndim!

İnsan kiçik yaşlarında qonşu uşqlarla dostluq edər.
Mənimsə uşaqlıqda dostum yox idi, atam qoymazdı onlarla oynayım deyə...
həmişə onlar oxumur bütün gün həyətdədirlər sən onlaramı qoşulmaq istəyirsən dedi...
bax belə keçdi illərim, dostsuz... böyüdükcə artıq seçim etməyi, kimə dost deməyi öyrəndim...
İstər sevincli anımda istər kədərli anımda yanımda olan 4 dostum olduğunu öyrəndim.
Bu 4 dostumun mənə nə dərəcədə yaxın, səmimi və qardaş olduğunu gördüm.
Mən 4 rəqəmini belə öyrəndim!

Cəmiyyət insana nələri öyrətmir ki... bəzən deyirik cəmiyyətin fikri bizə vacib deyil amma
hər zaman cəmiyyətdə müəyyən mövqeyə gəlməyə çalışırıq.
Bir insanın cəmiyyət də yer tutması, daim sevilən daim hörmət olunan insan olması üçün 3 qızıl qaydanı unutmamalıdır!
Ağıl, vicdan və mənəviyyat!
Ağıllı insanlar nə üstün insanlardır, hansı ki ağlı ilə nə nailiyyətlər əldə edir. Amma ağıllı insana ağıllıdır dedizdirəcək sözlər onun vicdanıdır.
Daim vicdanlı olan insanlar ağılları ilə hörmət qazanırlar. amma bütün bu qazandıqlarını qorumaq üçün isə Mənəviyyatın olmalıdır! Mənəviyyatsız insan ağıllı belə olsa kimsə ona ağıllı deməz, kimsə onu dəstəkləməz...
Odur ki bu 3 qaydanı heç vaxt unutmayın. Mən bunları cəmiyyətdən öyrəndim.
Mən 3 rəqəmini belə öyrəndim!

Bəzən ətrafıma nəzər yetirində kimə yaxşı kimə pis deyəcəyimi bilmirəm...
bəlkədə tanıya bilmirəm.. amma zaman keçdikcə biz Azərbaycanlılar kimin pis olduğunu öyrəndik.
Mən artıq bilirəm kimdir bizim düşmənlərimiz. Onlar sadəcə 2-dir...
sadəcə 2 düşmənimiz var! ruslar və ermənilər!
Bu 2 düşməndir bizi yox etmək istəyən, daim bizi əzən, əziyyət verən və
torpaqlarımıza göz dikən! odur ki unutmayın bu 2 düşməni!
Mən 2 rəqəmini bele öyrəndim!

Uğrunda nə çox şəhidlər verdiyimiz bu quru torpaq adlandırdığımız yer sadə bir torpaq parçası deyil o VƏTƏNDİR!
Mən illər böyü 1 tək vətənim olduğunu öyrəndim! İstər dünyanın o başında istərsə də yerin qatında belə yaşasam mən sadəcə 1 vətənim olduğunu anladım!
Daim sömürülsə də başını daim dik tutan 1 vətənimin olduğunu öyrəndim!
Mənim 1 vətənim, Azərbaycanım var!
Mən 1 rəqəmini belə öyrəndim!

1-dən 10-a qədər saymağı mən həyatımda belə öyrəndim! amma Həyatımda daha vacıb bir rəqəmi də öyrəndim!
Bu sonsuz işarəsidir. Biz bu sayını çox az hallarda istifadə edirik amma ən çooooxunu, ən yüksəyini göstərmək üçün istifadə edirik!
Bu yüksəklik ANADIR!
O sonsuzdur. Onu nə 1- kimi nədə onu əvəz edən (3-2) kimi göstərə bilmirik. O əvəz olunmazdır!
O var olub və sonsuza dək var olacaq yaradılandır! O daim seviləcək daim hörmət ediləcək və daim sitaiş olunacaq varlıqdır.
O heç bir qarşılıq gözləmədən, ona pislik etsən belə səni sonsuzadək sevəcək tək insandır!
Analar ölmür! Onlar sevgiyə çevrilir və övladlarının ürəklərinə dolur. Onlar daim sonsuza dək yaşayır!


Geri dön

::..ONSLAUGHT::..

  • 1 mart 2011 23:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tewekkur......

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 18:39
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur......

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 27 fevral 2011 22:23
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur......

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Milawka

  • 27 fevral 2011 07:55
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
Analar ölmür! Onlar sevgiyə çevrilir və övladlarının ürəklərinə dolur. Onlar daim sonsuza dək yaşayır!





DÜZDÜR ANAM CANİM ANAM QELBİMDEDİR HEEEEEEEEEEEEEEEEEEEEEEEEEER ZAMAN HERRRRRRRRRRRRRRRR YERDE

Lexikon

  • 26 fevral 2011 22:57
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xebere gore twk

Ulya

  • 26 fevral 2011 22:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
men de oyrendim.tesekkur edirem winked

Nur_Ay

  • 26 fevral 2011 22:10
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK MARAQLI XEBERE GORE...

--------------------

фея

  • 26 fevral 2011 20:51
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
O sonsuzdur. Onu nə 1- kimi nədə onu əvəz edən (3-2) kimi göstərə bilmirik. O əvəz olunmazdır!

super cox gozel

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 18:40
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur......

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}