Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 2-4° isti, Bakıda gecə 0-2° isti, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 6-11° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 7-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s-dək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 18 fevral 2015 14:17
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 18 fevral 2015 12:16
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}