MB-dən kommersiya banklarına göstəriş

 
MB-dən kommersiya banklarına göstəriş



Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına göstəriş verib ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın.

APA-nın məlumatına görə, bunu Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutadadır, yarısı isə xarici valyutada. Son iki ayda biz görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Bu, cəmi 4% artımdır. Bizim banklara tövsiyə və göstərişimiz ondan ibarət olub ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın. İstənilən vətəndaş bunu (əmanətini xarici valyutaya çevirmək - red.) etmək istəyirsə, onun buna tam hüququ var. Bu gün banklar bunu edir… Bu gün biz müşahidə edirik ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələri milli valyutada olan depozitlər üzrə faiz dərəcələrinə yaxınlaşır. Yaranmış vəziyyətdə bu, doğrudur”, - deyə E. Rüstəmov bildirib.

AMB rəhbəri banklara müraciət edərək əhalinin əmanətlərinə qarşı maksimum həssas olmağı tövsiyə edib: “Banklar əmanətlərin konvertasiyasını təmin etməlidir. Biz bu prosesi çox ciddi izləyirik. Çox sevindirici haldır ki, banklardan əhalinin əmanətlərinin qaçışının şahidi olmuruq”.

Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə toxunan baş bankir qeyd edib ki, bu gün nağd valyutaya təlabat artıb. Mərkəzi Bank tərəfindən bütün bankların nağd valyuta ilə tam təmin olunduğunu deyən E. Rüstəmov bildirib ki, valyutanın hansı formada saxlanılması “əhalinin şəxsi seçimidir”.



Geri dön

Elya Alieva

  • 18 fevral 2015 14:35
  • Məqalə: 115
  • Şərh: 7035
  • Bal:
Tesekkurler

--------------------
EVLİ MUTLU .......

Darling

  • 18 fevral 2015 14:24
  • Məqalə: 919
  • Şərh: 11507
  • Bal:
{awards}
no xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 86

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}