"Atam yalan deyir, mənim heç nəyim yoxdur''(ibrətamiz hekayə)

 
"Atam yalan deyir, mənim heç nəyim yoxdur''(ibrətamiz hekayə)


Nəql olunur: "Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı

Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:

"Ey Rəsuləllah! Mən çox kasıbam. Amma oğlumun var-dövləti başından aşsa da mənə heç bir xeyri yoxdur. Çünki o maddi cəhətdən azacıq da olsun mənə yardım etmir.

Peyğəmbər (s) kişinin oğlunu çağırıb dedi: Niyə atana əl tutmursan? Nəyə görə onun yemək və geyimini təmin etmirsən? Arvad-uşağının nəfəqəsi (gündəlik xərcləri) kimi, atanın da nəfəqəsi sənə vacibdir. Gərək imkanın olduğu qədər atanın gündəlik xərcini ödəyəsən.”

Sonra əlavə edib dedi: "Atanın bu aylıq tələbatını mən ödəyirəm. Amma gələn aydan etibarən sən özün verməlisən.”

Peyğəmbər (s) bir miqdar xurma, buğda və digər ərzaq məhsullarından kişiyə verib yola saldı.

Beləliklə, ay sona yetdi. Peyğəmbərin (s) kasıb kişiyə verdiyi azuqə artıq bitmişdi. Kişinin oğlundan da bir xəbər çıxmadı. O, Peyğəmbərin (s) tapşırığını əhəmiyyətsiz sayaraq, atasına xərclik vermədi. Zavallı kişi Peyğəmbərin (s) yanına gedib şikayətləndi:

Ya Rəsuləllah! Oğlum hələ də mənə xərclik vermir. Mənim yeməyə və geyməyə bir şeyim yoxdur.” Peyğəmbər (s) həmin kişinin oğlunu çağırıb atasına xərclik vermədiyinin səbəbini soruşdu. Oğlan dedi:

"Ya Rəsuləllah! Mənim heç nəyim yoxdur. Atam yalandan deyir ki, mən var-dövlət sahibiyəm. Hətta mən arvad-uşağımın da xərcini təmin edə bilmirəm.

Peyğəmbər (s) buyurdu: "Atan yalan demir, bu sənsən ki, yalan deyirsən. Bunu da bil ki, axşam olmamış sən atandan da fəqir olub pis günə qalacaqsan.”

Axşamın düşməsinə hələ qalırdı. Oğlanın qonşuları qapını döyüb dedilər: Sənin xurma və buğda anbarlarından qalxan üfunət iyi bizi narahat edir. Çünki xurmalar qurd basmış və buğdalar da kiflənmişdir. Anbardakı iylənmiş məhsulunu apar şəhərdən kənarda basdır.”

Cavan oğlan anbarların qapısını açanda doğrudan da xurma və buğdaların iyləndiyini gördü. Əlacsız qalıb anbardakı xarab olmuş məhsulu şəhərdən kənara daşıtdırmaq üçün bir neçə hambal tutdu. Hambalların zəhmət haqqını vermək üçün sandıqçanı açanda oradakı pulların dəmir parçasına döndüyünü gördü. Oğlan hamballara dedi: "Sandıqçanın içində pul yoxdur. Mən sizin zəhmət haqqınızı ödəyə bilməyəcəyəm.

Hamballar bunu eşidəndə onu o ki, var döydülər. Ona lənət deyə-deyə çıxıb getdilər.

Peyğəmbər (s) bu xəbəri eşidəndə dedi:

"Bütün bunlar oğlanın atasına–"Atam yalan deyir, mənim heç nəyim yoxdur”–deməsinin nəticəsidir.



Geri dön

psix)

  • 23 fevral 2015 02:01
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
ibretamiz hekayedir twk paylawdiginiza gore

--------------------
......

Fearless

  • 21 fevral 2015 21:47
  • Məqalə: 282
  • Şərh: 408
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http:// user/İMZA/

ღ ĸαвυѕυм ღ

  • 19 fevral 2015 13:20
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
Tesekkur hekayeye gore, Allah razi olsun.

--------------------

FaToShKa

  • 18 fevral 2015 22:29
  • Məqalə: 0
  • Şərh: 235
  • Bal:
{awards}
COX IBRETAMIZ HEKAYEDI BEZI YALAN DANISANLAR UCUN...ALLAH RAZI OLSUN PAYLASDIGINIZ UCUN...

Allahi_Unutma

  • 18 fevral 2015 22:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

İTMİŞ_ŞƏHZADƏ

  • 18 fevral 2015 21:53
  • Məqalə: 1
  • Şərh: 2016
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

GoZLeR_SeNi_GoZLeR

  • 18 fevral 2015 21:44
  • Məqalə: 53
  • Şərh: 56
  • Bal:
{awards}
Cox Saq Olun Her Biriniz.

--------------------

Elya Alieva

  • 18 fevral 2015 21:37
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Allax razi olsu

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 18 fevral 2015 21:37
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Nəql olunur: "Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı

Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:

"Ey Rəsuləllah! Mən çox kasıbam. Amma oğlumun var-dövləti başından aşsa da mənə heç bir xeyri yoxdur. Çünki o maddi cəhətdən azacıq da olsun mənə yardım etmir.

...pıçıltı...

  • 18 fevral 2015 20:42
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
qesengdi.Allah razi olsun

NIGAR

  • 18 fevral 2015 20:40
  • Məqalə: 640
  • Şərh: 10080
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}