Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, gecə və axşam sulu qar yağması gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı, yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-4° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz bəzi yerlərdə yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək.

Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.

Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-3° isti, gündüz 4-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.


Geri dön

ღ ĸαвυѕυм ღ

  • 19 fevral 2015 12:58
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
Tesekkur melumata gore

--------------------

Elya Alieva

  • 19 fevral 2015 12:48
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 19 fevral 2015 11:54
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
wassat məlumata görə sağ olun

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}