Qaranlığımda qopan qışqırtılara susdum

 
Qaranlığımda qopan qışqırtılara susdum


Uzun bir zaman oldu.Bəlkə bir ay, bəlkə bir il.Hər nəysə…Çağırmadılar, heç kim səsləmədi məni.Yadlarına belə düşmədim.Üzümə gülən sifətlər indi daha gözümə görünmədilər.Çəkdilər məni.Hərə bir yerə çəkdi.Birindən uzaqlaşarkən, digərinə yaxın oldum.Susdum.Etiraz edən yalnız gözlərim oldu.Heç kim onlara baxmağa cəsarət etmədi.Amma mən baxdım.Heç kimin cəsarət edib baxa bilmədiyi o gözlərə baxdım.Baxdıqca susdum.Qaranlığımda qopan qışqırtılara susdum.Niyə ancaq susmaqla kifayətlənirik? Danışmağa dilimiz , ağzımız varkən niyə susduq ? Baxdıq, gördük ,amma susduq.Keçmişimizə susduq, danışılan gələcəyimizə susduq, indimizə susduq.Tərk edib bizi həqiqətlər, öyrəşmişik yalanlarla ovunmağa.Artıq yalanlara belə susuruq.Ağlayan gözlərə, gülən üzlərə susuruq.
..Onsuz da susaraq, danışmağa qorxaraq biz heç vaxt özümüzdə ola bilmərik…Susdum…Sevgilərə susdum, alqışlara susdum, qarğışlara susdum.Qolumdan dartıb qışqıran gözlərimə baxaraq məndən pul dilənən kiçik bir qıza susdum.Əllərim danışdı , pulum danışdı, amma mən susdum.
Artıq heç kim danışmır.Mən də susurdum.Amma qələm susmadı.”Susma” dedi, “ağrılara qışqıraraq cavab ver, amma yetər ki susma” dedi.Amma mən susdum.Qaranlığımda qopan qışqırtılara susdum...



Sən özün bilirdin kim olduğunu,
Məni də xəbərdar edərdin gərək.
Hər gün gözlərimdə ölənə kimi,
Sən məni öldürüb gedərdin gərək…
Mənə inanmadın, ümidlənmədin,
Bir saman çöpü də ola bilmədim.
O qədər imkansız, kasıb oldum ki,
Bir nişan üzüyü ala bilmədim ?!
Adını bilmirdin, anan söylədi,
Çox yaxşı oğlandı, evin tək oğlu.
Məni də bilirdi, kasıb biriyəm,
Adımı qoymuşdu "ac köpək oğlu"
Sən də fikirləşib, mənə "yox" dedin,
Bir qolbaq gətirib, qoluma taxdın.
Dedin ki, unutma, xatırla məni,
Nəsə deyim deyə, üzümə baxdın.
Özünü itirdin, baxışlarımdan,
"Nə olar, bağışla" söylədin mənə.
Əlimdən tutmaqla həmin görüşdə,
Növbəti pisliyi eylədin mənə.
Həmin görüşümüz xatirimdədi,
Xatırla demişdin, xatırlayıram.
Hədiyyə aldığın gümüş qolbağı,
Bəzən istəyirəm dişimlə qıram…
Sən məndə, mən səndə sevgini tapdım,
Mənim tək qoruya bilmədin amma.
Sənsiz yaşamaram, demişdin mənə,
Mənsiz yaşayırsan, ölmədin amma.
Bilmək istəyirəm, biz ayrılanda,
Mənimçün gizlicə ağlamısanmı ?
Mən sənin yerini saxladığım tək,
Sən mənim yerimi saxlamısanmı ?!



Geri dön

sessiz deniz

  • 24 fevral 2015 15:30
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
twkler wehrler goreee

psix)

  • 23 fevral 2015 03:25
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
vauuu ne gozel sozlerdir twk

--------------------
......

Damlam

  • 21 fevral 2015 16:15
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
twkkk...............

--------------------
http:///user/İmza/

Pıtırcık

  • 19 fevral 2015 18:00
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
Mənim tək qoruya bilmədin amma.
Sənsiz yaşamaram, demişdin mənə,
Mənsiz yaşayırsan, ölmədin amma.
Bilmək istəyirəm, biz ayrılanda,
Mənimçün gizlicə ağlamısanmı ?
Mən sənin yerini saxladığım tək,
Sən mənim yerimi saxlamısanmı ?!


nə gözəl sözlərdir recourse

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 19 fevral 2015 17:43
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Maraqli idi tsk

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}