Şeytan insanı azdırmaq üçün hər an fəaliyyətdədirmi?

 
Şeytan insanı azdırmaq üçün hər an fəaliyyətdədirmi?


Şeytan insanı Allah`ın yolundan azdırmaq üçün dayanmadan fəaliyyət göstərir. Bir an belə bundan əl çəkmir, hər yolu sınayır. İnsanın zəif cəhətlərindən yanaşaraq ona öz istəklərini etdirməyə çalışır. Bir ayədə şeytanın insanları azdırmaq üçün fəaliyyət göstərəcəyinə belə diqqət çəkilmişdir:

… Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər. (Nisa surəsi, 60)

(İblis) dedi: "Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (Allah) buyurdu: "Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uyarsa, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf surəsi, 16-18)


Şeytan insanın ən böyük düşmənidir və insanlara vəsvəsə verərək, doğrunu yanlış, yanlışı doğru göstərərək onları dindən uzaqlaşdırmağa çalışır. Ayədə bildirildiyi kimi, insanların Allah`a şükür etməsinin qarşısını almaq istəyir. Ancaq Quranda şeytana tabe olan insanların mütləq ziyan tapacağı bildirilmişdir. Ona görə, insanlar şeytanın hiyləgər tələsinə qarşı ayıq-sayıq olmalı və ona tabe olmaqdan hər vəchlə çəkinməlidirlər.

Bunu da unutmaq olmaz ki, şeytan ancaq səmimi iman gətirməyən insanlara təsir edə bilir. Allah`a şəksiz iman gətirmiş, məhşər günündən əmin olan insanlar şeytanın fəaliyyətindən təsirlənməzlər. Əgər şeytandan vəsvəsə gələrsə, dərhal Allah`a sığınarlar. Allah şeytanın inananlara qarşı olduqca gücsüz olduğunu belə xəbər vermişdir:

Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201)

Şeytan özü də Allah`a könüldən bağlanmış səmimi ixlaslı möminlərə qarşı azdırıcı gücü olmadığını etiraf edir. Bu, Quranda belə bildirilir:

(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (pis əməllərini) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!" (Hicr surəsi, 39-40)


Geri dön

psix)

  • 20 fevral 2015 14:51
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
ibadet eden şexse şeytan yaxinlaşmaz

--------------------
......

Pıtırcık

  • 20 fevral 2015 14:35
  • Məqalə: 440
  • Şərh: 9608
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

Elya Alieva

  • 20 fevral 2015 13:42
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Usss Allax seytana nexlet eylesin

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}